.

4.9K 345 11
                                    

Üzümdə nə görmüşdü bilmirəm amma əllərini yuxarı qaldıraraq təslim olurmuş kimi oturduğu divandan qalxdı.

- Şş..Mənəm..

- Görürəm !

Üzünə baxmağı kəsmişdim və sanki tanımadığım birinin önündə çılpaq dayanmışam kimi hiss edirdim. Bir əlim xalatın yaxalığını bərk bərk birləşdirib sıxır, bir əlim dizimin yaxınlığında bir yerdə nə edəcəyini bilmədən açılıb yumulurdu.

Dəqiqəyə yaxın bezdirici səssizlikdən sonra cəld addımlarla otağıma qaçıb qapını çırparaq bağladım. Amma yenə də üzümü qapıya yaxınlaşdırıb bir şey eşitmək üçün qulaqlarımı şəklədim. İncə bir cırıltı eşidildi. Atam yenidən oturmuşdu. Yerimdə oturub əvvəldən hazırladığım təmiz paltarlarımı geyindim. Saçımdan düşən dəsmalı yenidən başıma sarıdım və suyu yaxşıca hopdurmasını gözlədim. Otaqdan çıxmaq istəmirdim. Onunla üzləşmək, harada olduğunu soruşmaq..anamın çıxıb getdiyini bildirmək.. 

Evin bir açarını həmişə özü ilə daşıyırdı və böyük ehtimal musiqinin səsini də o kəsmişdi. Birdən qapım üç dəfə döyüldü. Yerimdə dik atıldım və səsim çıxmasın deyə əlimlə ağzımı qapadım. Niyə bu qədər ürkək davranırdım ? Həm də içimdəki bu qədər öfkəyə rəğmən..

- Qəmər ?

Bir müddət cavab verməsəm də ikinci dəfə qapını döyən zaman bir başa qapını açıb ifadəsiz şəkildə üzünə zillədim. 

Qəribə səslər çıxarıb üzümü gözləri ilə nəzərdən keçdirdi. Bir şey axtarırmış kimi.. Bəlkə də tamam ortaya çıxan təmiz, azca qızaran yanaqlarım, üzüm nə qədər böyüdüyümü onun üzünə çırpırdı.

- Anam gedib

dedim onu gözləmədən. 

- Bilirəm

- Əlbəttə bilirsən !

- Qəmər, gəl biraz danışaq

- Nə haqqında ? Məsələn dünən gecə harda itib batdığını danışa bilərik. Evdə tək idim ! Tək ! Evə biri girsə nə olacaqdı ? Biri boğazımı kəssə, məni zorlasa nə olacaqdı,hə ?! Hah ! Kimə deyirəm ki ?! Sənin üçün nə fəri var , hə ? Sizin üçün mən kiməm ki ?!

Nəfəs nəfəsə qalmışdım və boğazımın get gedə göynəyib yandığını hiss edirdim. Bu ağlamağın sərhəddinə yaxınlaşdığımı göstərirdi amma ağlamayacaqdım ! Onun yanında ağlayıb balaca qız uşağı kimi zarımayacaqdım !

Təbii ki, bu sözümü atam məni çiyinlərimdən tutub özünə tərəf çəkənə və qucaqlayana qədər tuta bildim.

Sarsılaraq ağlayır və onu var qüvvəmlə qucaqlayırdım.

Lənətə gəlsin ! Mən ki, uşaq idim ! Valideynlərinə möhtac, sevgiyə möhtac balaca qız idim ! Çox şey istəmirdim axı !

- Bağışla..

Pıçıltı ilə deyilən bu söz bütün bədənimə o qədər yumuşaq bir rahatlıq yaydı ki.. Hıçqırıqlarımı uda bilmədim, hönkürərək ağlamağa davam etdim. Atam burnunu çəkirdi və azca titrəyirdi. Ağlayırdı.. Otağımın önündə dayanıb illərdir bu anı gözləyirmişik kimi dayanmadan ağlayır, qucaqlaşır, ağlayırdıq.. 

İllərdir həsrətini duyduğum bu qovuşmaya  bir tərk edişin səbəb olması nə qədər ağır idi..

ƏnWhere stories live. Discover now