Adsız Bölüm 40

3.8K 284 5
                                    

Yeni ilə şənliyinə qədər qalan son bir həftə içərisində hər gün Kənanla görüşdüm. Mən universitetin həyətində görüşməyi təklif etsəm də, o, niyəsə bir başa keçən dəfə getdiyimiz açıq sahədə görüşməkdə təkid edirdi. Hələ də nələrdənsə çəkinir, yanımda sərbəst ola bilmirdi. Amma təkbətək qaldığımız zaman bəstələdiyi yeni mahnıları ifa edir və oxumağım üçün yeni kitab adları tövsiyyə edir,arada bir də yanında gətirirdi.. Cümə günü idi. Mən bir az tez gəlmişdim deyə çantamdan kağız karandaş çıxarıb ətrafda gördüklərimi və görə bilmədiklərimi çəkməyə başladım. Gördüyüm şey buludlarla örtülən səma idisə görmək istədiyim bəmbəyaz qar dənəcikləri idi. Gördüyüm şey boş ərazı idisə, görmək istədiyim şey indi sadəcə gövdəsi qalan ağaclar idi.. Gördüyüm şey boş , iri daş parçası idisə, görmək istədiyim şey saçları küləkdə qayğısızca dalğalanan Kənan idi...

Rəsmim təzəcə forma almağa başlamışdı ki, Kənan gəldi. Arxadan yaxınlaşıb gizlincə rəsmimə baxmaq istəsə də addım səslərini eşidib arxaya baxdım rəsmi gizlədərək.

- Ey ! Başqalarının işinə qarışmaq nəzakətsizlikdir !

- Əslində etdiyim şeyə tam olaraq " qarışmaq " demək olaz. Mən sadəcə baxırdım..

- Bəzən insanların görülməsini istəmədiyi şeyə baxmaq ən böyük cinayət sayılır  !

Əllərini təslim olurmuş kimi yuxarı qaldırıb başını buladı.

- Yaxşı, yaxşı.. Gözlətdiyim üçün bağışla. Bir az işim çıxdı

- Eybi yox. Hə, iki gün qaldı..Nə düşünürsən?

Üzümə baxıb nədən danışdığımı anlamağa çalışdı

- İlahi ! Unutdum demə ! Düşünəcəyinə söz vermişdin !

- Hə..Şənlik..Mmm, bir düşünək. Gəlsəm qarşılığında nə alacam ?

Dodaqaltı gülürdü . Ağzım açıq halda üzünə baxıb " sənə inana bilmirəm ! " deyirmiş kimi başımı salladım.

- Nədi ? Bir qarşılığı olmalıdı ya yox ? Nəticədə ora adi adamla getmirsən. Hər kəsin diqqət mərkəzində olacaqsan və bil görüm buna səbəb kim olacaq ? Hər kəsin nifrət dolu baxışları altında addımlayacamsa buna dəyəcək bir şey olmalıdı!

Oyununa davam edir, ona inanmağımı istəyirdi. Əlimi çənəmin altına qoyub düşünürmüş kimi etdim.

- Mmm, yaxşı, əgər qəbul etsən rəsmi sənə göstərəcəm !

- Elə bu ? - deyərək üzünü turşutdu.

Qoluna yüngülcə yumruq vurdum amma sanki çox incitmiş kimi əli ilə vurduğum yerin üzərini qapayıb özünü sağa - sola sovurdu.

Heçnə demədən boş baxışlarla üzünə baxıb ciddiləşməsini gözlədim. Bir müddət davam edib gözucu mənə baxdıqdan sonra boğazını təmizləyib ciddiləşdi.

- Razılaşdıq..

- Afərin sənə !

Zoraki gülümsəməmdən cəsarət alıb başını irəli uzadaraq rəsminə baxmağa çalışdı.

- Şşş, indi yox ! Hələ bitməyib. Sən söhbət elə, mən də o sırada tamamlamağa çalışım

- Axı bu haqsızlıqdı ! Tək başına danışmaq darıxdırıcıdı !

- Ihım.. - deyib onu qəsdən " yola verirdim "

Dərindən nəfəs alıb əllərini şalvarının cibinə qoydu.

ƏnWhere stories live. Discover now