Adsız Bölüm 23

4.3K 297 43
                                    

- Alo ?

- Hə ata,buradayam

- Nə dediyimi eşitdin ? Ləmanın paltarlarını filan yığ, evə çatıram, aparım onu evə qoyum sonra bir dəfəlik gəlim 

Üç gün nə tez keçib getmişdi.. 

Ləmanın getmə vaxtı idi, amma niyə buna pis olurdum ? Hə,artıq adı ilə səslənirdim. Hər dəqiqəmi onunla keçirmişdim. Yeməklərini yedizdirib onunla birlikdə yatmışdım. İndi də atam onu hazırlamağım üçün zəng etmişdi..

Hisslərim çox tez dəyişirdi. Bu barədə gücsüz idim. 

Kaş dəyişə bilmə şansım olsa idi..

Bu dünyada insanlara tez bağlanmaq qədər yorucu başqa bir şey yox idi !

- Yaxşı, hazırlayaram.. Haradasan indi?

- Yarım saata orda olarıq

"ıq" .

o da yanında olacaqdı. heçnə demədən telefonu söndürdüm. Ləman içəri otaqda kağıza nələrsə qaralamaqla məşğul idi. 

Onunla keçirdiyim vaxt hər şeyi unutdurmuşdu amma atam hər şeyi yenidən xatırlamağıma səbəb olurdu.

Onun ikici ailəsi.

İçəriyə gedib Ləmanın gecə paltarlarını, bir iki saç aksesuarını və digər hər şeyini balaca çantasına yığdım. Yanıma çağırıb paltarını dəyişdirməli idim.

- Ləman,bura gəl

Hər dəfə olduğu kimi dediyimi dərhal etdi. Bir əlini gözünə aparıb ovuşdurmağa başladı və sağ ayağını içəri doğru ataraq balaca ayaqları ilə yanıma doğru yeridi.

- Atam gələcək, evə gedirsən

Qaşlarını çatıb üzümə baxdı.

- Getmək istəmirəm !

Doğru sözü tapmaq üçün bir müddət gözlədim

- Anan üçün darıxmamısan ?

Sualım onu düşündürdü amma çiynini çəkib dodağını büzdü. Boynumu qucaqlayıb bir neçə dəqiqə eləcə dayandı. Onu bağrıma basıb gülümsədim.

Balaca şeytan.

Özünü sevdirməyi elə gözəl bacarırdı ki..

Nəysə ki, bunun sadəcə bir müddətlik olduğunu və yenidən görüşəcəyimizi bildirib onu inandırdım və paltarlarını dəyişdirib saçlarını səliqəyə saldım. Atam yenidən zəng edəndə onu qucağıma alıb binanın çıxış qapısına endim. Qapıdan çıxmadan gözlədim və atam gəlib onu məndən aldı. Atamın boynunu qucaqlayıb maşına oturana qədər mənə tərəf boylandı. Qadınla üzləşmək ,  onu görmək istəmirdim. Bilmirəm, bu deyəsən bir az , anama xəyanət edirmişəm kimi hiss etdirirdi. Qaçaraq evə çıxıb atamın verdiyi bir neçə ərzaq və meyvə səbətini mətbəxə qoyub, yerlərinə yerləşdirmədən otağıma keçdim. çarpayıda oturub ətrafa, döşəməyə boş boş baxdım.

İşlər qarışırdı.. Nə baş verirdi bilmirəm amma işlər dəqiq qarışırdı..

əllərimi geriyə uzadıb başımın altına qoyaraq özümü çarpayının üzərinə atdım. Gözlərimi yumub düşünməməyə çalışdım..

İkinci gün universitetə gedə bildim. Bir günü buraxmışdım.

Ayşən məni görər görməz boynumu qucaqladı və məni yerimə doğru sürüklədi. Üzündə sanki məni təsəlli etmək istəyirmiş kimi qəribə  bir şey var idi

ƏnWhere stories live. Discover now