/

7.1K 400 14
                                    

5 GÜN

Otaqda oturub əlimdəki karandaşı masaya vuraraq boş kağıza baxırdım. Heç bir sözün axırına "m" hərfini əlavə edə bilməmək insanı bir müddət sonra çox yorur, lazımsız hiss etdirirdi..Mənim otağım, mənim evim, mənim ailəm deyə bilməmək çox pis idi. Özünü bir yerə aid hiss edə bilməmək bu dünyadaki ən lazımsız hiss idi.. 

Vərəqə xəfifcə bir çizgi atdım və sonra ardı gəldi. Cəmi bir dəfə yuxumda gördüyüm bir cüt göz kim bilir neçənci dəfə idi ki, tərəfimdən təsvir edilirdi. Heç bir özəlliyi olmasa da yadda qalan bir cüt göz.  Yadımdadır ki, çox yaxın məsafədən dayanıb həmin gözlərə baxırdım və içəridən biri sanki ayna tutubmuş kimi əksimi görürdüm. Qorxmurdum, təəccüblü də gəlmirdi. Sadəcə gülümsəyirdim. Sanki göz şəklində yığılmış bir ayna idi və nəyisə anlamağa çalışırdım.  

Rəsm çəkmək beynimin içərisindəki ,  çantada qalmış qulaqcıqlardan daha betər dolaşıq olan fikirlərdən uzaqlaşdırırdı məni. İnsanlara aid nələrisə çəkmək xoşuma gəlirdi. Əyri , yöndəmsiz bir burun ya da qırışlı göz ətrafı kimi..

Hərdən, sadəcə bağça vaxtlarında etdiyim kimi kvadrat bir ev, yanında iki ağac,  evin önündə bir çubuq qadın, bir kişi bir dənə də ikisinin əlini tutmuş çubuq qız çəkmək istəyirdim amma nə isə bir şey məni saxlayırdı. Öz-özümə böyüdüyümü xatırladıb geri çəkilirdim .İşin gülməli tərəfi orasındadır ki, heç uşaq vaxtı da o rəsmdəki kimi xoşbəxt deyildik.

Niyə evlənmişdilər ki ? Əgər aralarında bir sevgi var idisə bu qədər tez nə bitirmiş ola bilərdi aralarındaki münasibəti ? Sözdə evlilikləri gündən günə nazilib tiftiklənir, eybəcər hal alırdı. İş o raddəyə çatmışdı ki, artıq evin içində danışmırdılar belə. Eyni otaqda yatmadıqlarını deməyimə də ehtiyac yoxdur..  İlk dəfə bunu dörd il əvvəl atamı bütün gün boynunu ovaraq gəzən zaman hiss etmişdim. əvvəl qaldığımız evin divanı çox nazik və narahat idi. 

Niyə ayrılmırdılar ? Yəni həqiqətən, hələ də balaca bir uşaq olduğumu, olanları " qanmadığımı " düşünürdülər ? Nə vaxta qədər bir birlərinə dözməyə söz vermişdilər ? Nə vaxta qədər eyni evi paylaşmağa , amma yataqları, yeməkləri ayrı tutmağa razılaşmışdılar ? 

Atamın həyatına başqa qadınlar da girirdi. bunu bilirdim. Hərdən təsadüfən yaxınından keçəndə üzərindən gələn yenicə sıxılmış qadın qoxuları hiss olunurdu. Telefondan "başım çıxmadığını" zənn edirdi amma mesajları oxuya bilməyəcək qədər axmaq deyildim.

Anam bilirdi ? Əlbəttə bilirdi. Məni anamın həyatında olanlar qorxudurdu. Qadınlar kişilər qədər ehtiyyatsız davranmır. Nə etdiklərini, harada olduqlarını anlamaq daha çox vaxt alırdı. Anam haqqında bu cür şeylər düşünmək ürəyimi bulandırırdı amma içimdə inanırdım ki, nə qədər fikrini dağıtmaq üçün ərköyünlüklər etsə də başqa biri ilə münasibətdə olmur. Telefonunda da heç vaxt bu cür şeylərə rastlamırdım. Ya həqiqətən olmayan evliliyinə sadiq idi ya da həddən artıq ağıllı. 

Həyatımın bütün ürək açmayan halları gözümün qabağına gəlməyə çalışsa da , sivri uclu karandaşımı kağızın üzərində rəqs etdirərkən beynimdəki fikirlərin dağınıq izlərini süpürürdüm.

Bu onların həyatıdır, onlar yetişkin insanlardır, nə etdiklərini bilirlər.

Azərbaycanda , Bakıda, bu cürə dininə və mentalitetinə bağlı olan cəmiyyət içində bu cürə valideynlərə sahib olan insan təkcə mən idimmi görəsən deyə düşünürdüm tez - tez.  Deyəsən belə idi, çünki köçdüyümüz bütün yerlərdəki qonşuların hamısı bizdən eyni cürə nifrət edirdi.

Anamla atamla olduğumdan daha yaxın idim. Nisbətən. Amma yenə də bütün bunlar haqqında bir dəfə də olsun ona sual verməmişdim. Çünki fərqində olduğunu bilirdim. Məni göz ardı etməyə çalışsalar da heç olmasa bir dəfə də olsun başlarını yastıqlarına qoyan zaman həyatımı necə məhv etdiklərini hiss edirdilər. İkisi də..

Amma hər şey dəyişəcəkdi. Mən fərqli biri idim. Mən anam deyildim. Atam deyildim. İkisinin idim amma heç biri deyildim. Yeni biri idim. Özüm idim. özümün idim. Və hər şeyi dəyişəcəkdim. Bu xarabalıqdan çıxacaq, öz yolumu tapacaqdım..

ƏnWhere stories live. Discover now