Adsız Bölüm 59

3.1K 232 27
                                    

Başını buladı.

- Sən nə düşünürsən bəs ?

- Mmm.. Mən düşünmürəm ki, qızlar mütləq axşamlar barlara getməlidir, ya da gecə saat üçdə oğlan dostları ilə parklarda gəzməlidir. Yəni..Əlbəttə, onlar azad olmalıdır,amma azad olmaq müqavilində beyinlərini girov qoymamalıdırlar.. Ağıllı qadınlar hər zaman idealım olub..İşləyən,öz ayaqları üzərində dura bilən, kişiyə möhtac olmayan amma onlara hörmət etməyi bacaran,sadiq qala bilən qadınlar..Bilirsən, bir çox insan deyir ki, sədaqət ancaq qadınların boynuna qoyulur. Bu , təbii ki, doğru deyil.. Amma sədaqət elə bir şeydir ki, bunu qarşılıq üçün etməməlisən. Nə də qarşılığı yoxdursa bundan vazkeçməməlisən. Başa düşürsən nə demək istəyirəm ? Tutalım əgər bir kişi sənə sadiq qalmırsa , bu, o demək deyil ki, sən də mütləq xəyanətə baş vurmalısan. Bu hər iki cinsə də aiddir.. Sonraa.. Azad olmaq üçün mütləq saçını çəhrayı rəngə boyamaq lazım deyil, məsələn, ya da üzünü deşik deşik edib sırğalar taxdırmaq..ya da nə bilim..Siqaretə başlamaq, narkoman olmaq..Evin yolunu unudacaq qədər içki düşkünü birinə çevrilmək..sinələrini kişilərin gözünə soxan paltarlar geyinmək..Bunlar azadlıq deyil,çox zaman axmaqlıqdır..Əlbəttə ki,saç rəngini dəyişə bilərsən amma bunu sırf istədiyin üçün edərsən və ya nəsə xüsusi bir mənası olduğu üçün bədəninin bir hissəsinə tatoo vurdurarsan.. Amma məntiqlə,ağılla..Daha xarici saytlara baxıb hər modda olan şeyi öz üzərində sınamamalısan..Bunları etmək ən başda özünə haqsızlıq etmək deməkdir..Özünü nəsnələşdirmək,fiqur olaraq görməkdir.. Mən qadınlara hörmət edirəm,onların hər birinin sevgiyə , qayğıya laiq olduğunu düşünürəm..Amma bəzən məntiqlərini çox ucuz şeylərə dəyişə bilirlər..Sadəcə bəzən vaxtında yanlarında olub " lazım deyil" deyən biri olmalıdır.. Çünki onlar kişilərə nisbətən daha duyğusal olur..Necə deyərlər, " İstənilən qızın üzünə taxdığı " güclü " maskasının altında sevgiyə möhtac balaca qız uşağı yaşayır.."

Kənanın sözünü kəsmədən onu dəqiqələrlə dinlədim..Dodaqlarından süzülüb çıxan hər söz üfüqlərimi genişləndirirdi..Ondan çox şey öyrənmək olardı..

Evə getmək üçün ayaqlandıq. İşçilərdən biri bizə yaxınlaşıb şəkil istəyib istəmədiyimizi soruşdu.Kənanla bir- birimizə baxıb bir neçə saniyə dayandıq.Sonra ilk öncə mən çiynimi çəkdim sonra da o qaşlarını qaldırıb " nə bilim ?" deyirmiş kimi dodağını büzdü.

Masa olmayan bir pəncərə kənarında yan yana dayanıb kameraya baxdıq..Nə əl ələ tutuşmuşduq,nə qucaqlamışdıq bir- birimizi.. Sonradan aparatdaki şəklimizə baxdıq.Hər ikimizin də üzündə dərin gülümsəmə vardı..İkimiz də xoşbəxt görünürdük..

Daha sonra restoranda işləyən başqa bir cavan oğlan əlində kiçik bir not kağızı və qələmlə yanımıza gəldi və istəsək bir cümlə yaza biləcəyimizi bildirdi. Arxa tərəfdəki divara baxdıq.Divar başdan ayağa bu cür rəngbərəng kağızlarla dolu idi.

- İkinizdən biri digərinə ithafən bir cümlə yaza bilər. İstəsəz ikiniz də yaza bilərsiniz amma bir -birinizə. Ya da sevdiyiniz insana. Ya da..Belə bir şey..

Oğlan gülümsəyərək bizə baxdı ,bizsə bir - birimizə. Kənan oğlandan kağız və qələmi alıb bir masa kənarına keçdi.

- Yazmaq istəyirsən ?

- Mən..Bilmirəm..Sən ikimiz əvəzindən yazsan ?

Bir iki saniyə üzümə baxdı amma mənə baxmırdı əslində..Nə isə düşünürdü.Sonra həqiqətən gözlərimə baxdı və gözlərində bir parıltı hiss etdim..

- Nədi ?

- Bir cümlə ağlıma gəldi. Adı yadımdan çıxıb amma bir kitabdan oxumuşdum. Onu yazmaq istəyirəm..Sənə ithafən..

Cümləni soruşmağıma macal vermədən əyildi və yazmağa başladı.Sonra kağızı bir başa oğlana uzatdı. O da divara yaxınlaşdı və üzərində Kənanın əl yazısı olan not kağızı divardaki yerini aldı. Divara yaxınlaşıb onun olduqca kiçik hərflərlə yazılan cümləsini oxudum..Sonra yanımda dayanan üzünə baxıb gülümsədim..

" Pis insanlar böyüyər. Sən uşaq qalmısan .."

ƏnWhere stories live. Discover now