Adsız Bölüm 20

4.6K 318 134
                                    

 Qaranlıqda yerimizi tapmağa çalışarkən  yanlarından keçdiyimiz insanları narahat etməmək üçün aşağı əyilmişdim .  Çünki film bir neçə dəqiqə olardı ki, başlamışdı. Fərid isə buna əhəmiyyət vermədən dümdüz yeriyir, insanların " cıkkıltılarına" fikir vermirdi. Yerimdə oturana qədər ayaq üstə gözlədi və arxamızdaki cütlüyün narahatlıqlarını vecinə belə almadı. Boğazını təmizləyərək o da ağır - ağır yanımda oturdu və aldığı popcorndan birini mənə uzatdı. Gülümsəyərək qəbul edib təşəkkürümü bildirdim. Film boyunca bir dəqiqə belə olsun rahat hiss edə bilmədim. Fərid dayanmadan yan yörədəki insanlara baxır, tez tez arxaya çönür, bir birlərinə yaxın olan adamlara baxıb başını bulayırdı. Dodaqaltı nə isə desə də anlaya bilmirdim. Film salonunun işıqları yananda qaçarcasına oradan çıxdım və bir an əvvəl evə getmək istədim. Fərid dayanmadan israr etdi və əl çəkməyəcəyini biləndə bir şey içməyə razılıq verdim. Elə ticarət mərkəzində oturduq. 

- Hə, nə deyirsən ? Filmi bəyəndin ?

- Hə, pis deyildi. Sən ?

- Rus dilini elə də yaxşı bilmirəm

Cümləsini deyərkən üzündə azca hiss olunan utanma ifadəsini gördüm amma belə dürüstcə sözünü deməsi xoşuma gəlmişdi

- Bəs niyə filmə gəldik ki ? 

- Qızların belə şeylərdən xoşu gəlir deyə eşitdim

Gülümsədim

- Yəni sırf qızların başını bişirmək üçün istifadə etdiyin bir şeydi ? Elə olsun

Üzü birdən ciddiləşdi

- Elə deyil.  Baxır hansı qıza. Ağlı başında oğlanlar hər qıza eyni cür yaxınlaşmaz. Özünü tanıyan qız üçün amma, nə istəsən eləmək olar. Təki abır həyası olsun

Niyə bilmirəm amma onun danışıq tərzi də xoşuma gəlməməyə başlamışdı. Özünü tanıyan qız nə deməkdir axı ?!

Susqunluğumu görüb üz ifadəsini yumuşaltdı. 

- Hə, biraz söhbət elə görək 

- Nə söhbət ?

- Nə bilim, nə istəsən

- Ağlıma bir şey gəlmir

Yenə ürəyim sıxılmağa başlamışdı. Burdan bir an əvvəl çıxmaq istəyirdim. Birdən Fəridin yenə kiməsə acıqlı acıqlı baxdığını gördüm. Çönüb o baxan tərəfə baxdım. Masalardan birində iki nəfər oturmuşdu və böyük ehtimal sevgili idilər. Oğlan qızın əlini tutmuşu və qız da oğlanın üzünü sığallayırdı.

- Çox əsəbi birinə oxşayırsan

Fərid yuxudan ayılmış kimi mənə tərəf çöndü

- Mən ? Əsəbi.. Yox. Sadəcə belə şeylər xoşuma gəlmir. insan içində belə şeylərə yaxşı baxmıram. Əl ələ tutmaq nədi ? Belə şeylər eləmək düzgün deyil

- Necə şeylər? Məsələn, sənin bu gün mənim qulağıma dediyin şey də elə o cür bir " şeydi " də

Fərid bic - bic güldü

- Yox, gözəlim, o başqa bu başqa. O vaxt sinif otağında bir iki qız var idi. Onlar da önəmli deyil. Amma burda bu qədər kişinin içində qızın bir oğlanın əlini tutması yaxşı deyil. Əxlaqı tam olan qız belə şeyə yol verməməlidir.

Bədənimin qaşınmağa başladığını hiss edirdim. bu məndə adətən stress və ya əsəb hissi keçirdiyim zaman baş verir

- Demək belə ? Başqa nələr xoşuna gəlmir, məsələn ?

- Yaxşı görək, niyə mənə elə baxırsan? İndi sənə qəribə görünür, sən hələ uşaqsan, elə buna görə xoşuma gəlirsən. O biri qızlar kimi üzündə bir ton makiajla, ya da sən də məni bağışla dalın başın çöldə qoyan paltarlarla gəzmirsən. Amma bunları da bilməlisən ki, gələcəkdə sənin üçün daha rahat olsun. Məsələn bu gün sabah birini sevsən o nə istəsə etməlisən. Qadın kişinindir. O nə desə etməlidir. Mənim xoşuma gəlmir ki,  qızın başını yalanlarla doldurub evlənəndən sonra qadağa qoyasan. Elə əvvəldə demək yaxşıdı. Şərt şum məsəli.

Heyrətdən ağzım açıq qalmışdı. Bu nə danışırdı belə ? əlimdəki kofeni başından aşağı tökməmək üçün rəsmən özümlə mübarizə aparırdım.  Yəni kişilərin hamısı bu cür idi ? Həqiqətən bu cür insanlar mövcud idi ? Fəridə uzaqdan baxan zaman həqiqətən yaraşıqlı, geyimi dəbə uyğun birini görürdün. Amma danışmağa başladığı zaman ürəyin bulanırdı. ən azından məndə bu cür olmuşdu. Üzünə baxa baxa qalmışdım və deyəsən o bunu bir cür heyranlıq olaraq qəbul etmişdi, çünki üzündəki ifadə egosu xoşallanan insanınki kimi  hal almışdı.

- Sənin nələrdən xoşun gəlmir məsələn ?

- Beyin yerinə saman gəzdirənlərdən

Möhkəmdən güldü.

- Elə mən də onu deyirəm də, bu insanları qınamaq lazım deyil.  vaxt gələcək hamısı etdiklərinin bədəlini ödəyəcəklər. Sən hələ bu qadınlara bax.
O , sol tərəfimizdə dayanan iki orta yaşlı qadını göstərdi. Qadınlar ikisi də olduqca baxımlı, gözəl görünürdü. 

- Əyinlərinə şalvar keçirib ortalıqda gəzirlər. Utanıb ölmürlər. Bu yaşda qadın geyiminə fikir verməlidir. Hələ saçlarının rənginə bax. Sarı saç sizin haranıza yaraşır axı ? 

Başını buladı.  O nə danışdığını həqiqətən eşidirdi ? Kim olduqlarını bilmədiyi iki qadını artıq dünyanın ən pis insanları etmişdi . Mən isə onlara baxanda , yaşlarına meydan oxuyan, həyatın dadını çıxaran iki xanım görürdüm.

- Mən ümumiyyətlə qadın xeylağının şalvar geyinməsinə yaxşı baxmıram. 

Təəccübüm bir az da artdı

- Sən heç də..sən hələ ki, öyrənmə yolundasan. İnan mənə vaxt gələcək, mənə təşəkkür edəcəksən. İnsanlar sənə hörmət edəcək

- Sən nədən danışırsan?

- Qəmər, madam ki, bu qədər açıq söhbət oldu aramızda, mən də sənə sözümün canını deyim. Səndən çox xoşum gəlir. Elə ilk gündən. İki həftəyə yaxın vaxt keçib. Özünü aparmağın, az gülməyin, geyimin,  bayaq dediyim kimi üzünün " təmizliyi" həqiqətən xoşuma gəlir. İstəyirəm əlaqəmiz daha yaxın olsun. əgər sən də razı olsan, bizimkiləri göndərərdim bir ad qoyardılar.

- N..Nə ?!

- Başa düşürəm bu çox ani oldu amma həqiqətən fikrim ciddidir. Şərt deyil ki, hər şey olub bitə. Amma elə ad qoyarıq. hamı da bilər ki, sən mənimsən. Dəyib dolaşan, söz atan olmaz. Olsa da kəlləsini qopararıq!

Oturacağıma söykənib üzünə baxdım. " O , indi güləcək, elə bu saniyələrdə güləcək " dedim öz özümə. "Zarafat edirdi. Bu bir zarafat olmalı idi. pis bir zarafat. "

- Məni ələ salmısan ?

- Nə ? yox..Yox, əlbəttə yox ! Bax görürsən, səni qınamıram, ətrafda o qədər özünü tanımayan gədə güdə var ki, qızlar da bilmir kimə inansın. Narahat olma, mən sənin adına ləkə gətirmək fikrində deyiləm. Fikrim ciddidir səninlə!

Gözlərim yuvalarından çıxacaqdı. Əsəb məni əsir alırdı. Bütün bu " yaxşı oğlan" və " yaxşı qız " sözləri ilə başlayan cümlələr məni boğmağa başlamışdı.

- Qulaq as, bu gün bura səninlə birlikdə gəldiyim üçün böyük ehtimal bütün həyatım boyu özümü lənətləyəcəm. Amma sən sən ol, bir də mənimlə bu dəli axmaq fikirlərini bölüşmə, eşidirsən ? ümumiyyətlə qabağıma çıxma. Ciddi düşünürmüş, hah !  And içirəm ki, səni elə yerindəcə boğub öldürərəm. O vaxt anlayarsan ki, ciddi olmaq nə deməkdir !

Çantamı götürüb yerimdən dəli kimi qalxdım. ətrafdaki demək olar hər kəs səsimə tərəf çönmüşdü. Fərid təəccüb içində üzümə baxırdı. 

" Əla !" dedim öz özümə. " Elə mən də susmağını istəmişdim ! "

- Hə, unutmadan,  arada bir beyninin tozunu al.  O qədər çirklənib ki, insanlığın görünmür !







ƏnHikayelerin yaşadığı yer. Şimdi keşfedin