Və tək bir söz demədən qollarını mənə sarıyıb yanağımı , sinə hissəsində qalan başıma söykədi. Mənə nə olmuşdu bilmirəm amma göz yaşlarımı saxlaya bilmirdim. Çiyinlərim sarsılmağa başlayır, sanki bir -birimizdən başqa heç kimimiz yoxmuş kimi qollarından yapışırdım. Dəqiqələr sonra göz yaşlarım kəsmişdi amma hələ də onun qolları arasında idim. Gözlərim yumulu halda sinəsinə söykənmişdim. Barmaqlarım biləyinin üzərində dayanmışdı və atan nəbzini hiss edirdim. Yaşadığını hiss edirdim.. Yaşadığımı hiss edirdim..
Sonra o, məni xəfifcə özündə aralayıb aşağı doğru baxan üzümə sarı boylandı. Kürəyimi sığallayır, bir söz deməyimi gözləyir, yaxşı olduğumdan əmin olmaq istəyirdi.
- Niyə mənə heçnə danışmırsan? Niyə mənə güvənə bilmirsən?
- Sənə güvənmədiyimi düşünürsən ? Qəmər, sən həyatımda gördüyüm ən, ən yaxşı insansan.. Bu güvən məsələsi deyil..
Gözlərimin düz içinə baxır, bir söz deməyimi istəyirdi. Mən isə sözləri dünyanın o biri ucuna rədd edib bir neçə santimetr aralımda dayanan , soyuqdan üşüyən o dodaqları öpmək istəyirdim.
- Kənan.. Mən..
De, Qəmər. De. Onu sevdiyini de..!
- Səni də bu cansıxıcı şeylərə ortaq etdiyim üçün məni bağışla. Dedim axı, rəsimlərə baxmaq yaxşı fik..
- Kənan , səni sevirəm..!
Bəzi anlar var, hansı ki, o an bütün həyatın durduğunu, dünyanın fırlanmadığını, şəlalələrin havada donub qaldığını, əqrəblərin dayandığını hiss edirsiniz..adrenalinin təsirindən anidən yüksələn nəbzinizin səsi sonradan sürətlə azalmağa başlayır amma siz hələ də eşidə bilirsiniz..
bıpdıpbıpdıpbıpdıp - bıpdıp - bıpdıp - bıpdıp -dıp-dıp-dıp......dıp.....dıp....
Kənanın donub qalan üzünə baxarkən və dəli kimi sahib olmaq istədiyim o iki dodağının arasından çıxan ilk sözün nə olacağını gözləyərkən bax həmin anı yaşamışdım..
- Qəmər..
Adımı demişdi, elə də pis sayılmazdı...hə ?
- Kənan ? – dedim ümid dolu baxışlarla
Başını bulayaraq qollarını üzərimdən çəkdi və yanımdan uzaqlaşmağa başladı.
Və o an həyat iki qat sürətlə davam etməyə, dünya dəli kimi fırlanıb başımı döndürməyə, şəlalələr gurultu ilə yerə çırpılmağa davam etdi..
Amma əqrəb, onun üzündəki narazı ifadəni gördüyüm həmin anda donub qaldı və nəbzim yenidən atmağa casərt etmədi..
Kənan bir irəli bir geri gedib qəfil dayandı və gəlib önümdə durdu. Mən yerdən xeyli hündürdəki daşın üzərində oturmuşdum və o, ayaq üstə idi. Amma yenə də üz-üzə dayanmışdıq.
- Qəmər, mən dost olduğumuzu düşünürdüm.. Mənə bu gözlə baxdığını..
Ah çəkər kimi bir səs çıxarıb əlləri ilə üzünü tutdu. Sonra yenidən üzümə baxdı.
- Məni sevə bilməzsən..Sevməməlisən.. Çünki mən..Mən səni sevə bilmərəm. Səni ancaq dostum olaraq görmüşəm.. Sadəcə yaxın dost olaraq..
Danışarkən nəfəsi havada buraxlanır, bəmbəyaz, günahsız buludları xatırladırdı. Üzüm bu buludların arasında itdikcə.. onun soyuq nəfəsini üzümdə hiss etdikcə gözlərim qapanır, gerçəklərə təslim olmağı rədd edirdi.
Göz yaşlarım donmuşdu sanki. Sadəcə onu dinləyirdim.
- Bağışla məni..
Üzümü əlləri arasına alıb sanki bir müddət " bağışladım " deməyimi gözlədi..və hətta bunu deməyim üçün gözləri ilə yalvardı..
- Unut getsin..
Xəyaldan ayılmış kimi gözlərimi ondan çəkib çaşqınlıqla sağa sola baxdım. Çantamı çiynimə taxıb yola düzəldim. Qolumdan tutub saxlamağa çalışsa da məni buraxması üçün rəsmən yalvardım. Çünki orada qalsaydım, qəlbini qırardım.. Və onu qırdığım üçün ikiqat qırılardım..Bunun təmiri olmazdı..
Bir az sakitləşdikdən sonra onunla danışacağıma söz verdim və zorla da olsa əlindən qurtulub dayanacağa doğru qaçdım..