Adsız Bölüm 55

3.7K 231 20
                                    

.

Beləcə günlər həftələri, həftələr ayları qovdu..İmtahanlarımız bitdi,anamla atam rəsmi olaraq boşandı..Anam bir dəfə də olsun zəng etmədi və ya görmək üçün gəlmədi. Ləman hər gün bir az daha böyüyürdü..Saçları uzanır, dişləri yavaş yavaş görünürdü. Kənanla hər zamankindən daha çox görüşürdüm. Onunla olan bu yaxınlığım insanların eynilə Kənana etdikləri kimi mənimlə də aralarına məsafə qoymasına səbəb olurdu..Amma bu kimin vecinə idi ki ? Bütün dərs aralarında onunla gəzirdim, dərs bitən zaman imkan olsa bir yerə gedirdik. Birlikdə rəsmlər çəkirdik və ya yeni bəstələdiyi mahnılarından dinləyirdim.. Haqqında olan gerçəkləri heç kimə danışmamışdım. Çünki bunun üçün çox daha yaxşı bir planım var idi..Fərdilə cəmi bir dəfə üzləşdim.Və ona hər şeyi bildiyimi amma səbəb nə olur olsun heç bir insanın bu qədər alçalmamalı olduğunu bildirdim. Üzü əsəbdən qıp qırmızı qızarmışdı. Amma indi ondan zərrə qədər çəkinmirdim..O , özü ilə o qədər savaşırdı ki, başqalarına özünə verdiyi zərərin onda birini verə bilməzdi..Özü özünün cəzası idi.. Sadəcə arada düşünürdüm ki, niyə uşaq ağlı ilə dediyi bir yalanın bu qədər böyüməsinə icazə verib ? Heçmi vicdan əzabı çəkmədi böyüdükcə ? Heçmi keçmişə dair tək bir xatirə gəlmədi ağlına üzünü qızardan ? heçmi Kənanı nə vəziyyətə saldığını görəndə gecə yuxusu qaçmadı ? Onu bağışlaya bilmirdim..Mən o qədər mükəmməl biri sayılmazdım.. "İnsanların pisliyinə yaxşılıqla cavab vermək onlara veriləbiləcək ən böyük cəzadır" kimi cümlələr gözəl səslənirdi amma mən buna əməl edəcək qədər müqəddəs insan deyildim.. Mənə görə hər kəs etdiyi səhv hərəkətin cəzasını almalı idi. Bu hökmən faciəvi bir şey olmamalı idi ,əlbəttə..Sadəcə insan anlamalı idi ki, etdiyi şey yanlışdır.. çünki işin sonunda bir cəza olmursa bir müddət sonra həmin səhvi təkrarlamağa başlayırsan..Məsələn günah olduğunu bildiyin halda hər hansısa filmin müəyyən hissələrinə baxmaq kimi ( özünüz anladınız ) Təbii bu ən bəsid nümunədir..Və ya gizlicə evdən bir az pul götürərsiniz amma o an həqiqətən ehtiyacınız olar. İşinizi həll edərsiniz, üzərindən bir az vaxt keçər və aydın olar ki, evdəkilər evdən pul götürüldüyünü anlamayıb. Və bu sizə yeni bir şans kimi görünər..Təkrarlayarsınız..Ta ki, ananız və ya atanız bu söhbəti açana qədər..

Təbii ki,Fəridə bir cəza vermək mənim işim deyildi. Bunun qərarını Kənan verməli idi.Hərçənd, mən bunun geçəkləşməyəcəyinə əmin idim.. O tam olaraq bayaq dediyim pisliyə yaxşılıq prinsipi ilə yaşayanlardan idi..Düzü bəzən ona həsəd aparırdım amma bəzən də bu məni çilədən çıxarır, gözümə axmaqlıq kimi görünürdü..Hər halda içdən içə onun haqlı olduğunu hər zaman bilirdim..Yaradılışı bu cür idi..O, mükəmməl olmaq üçün yaradılmışdı..

Bir gün parkda gəzərkən bir şey oldu..Etiraf edirəm ki, bu məsələni hər xatırlayanda üzüm qızarır, amma olsun..Bu da bir növ cəzadır..

Parkda gəzərkən Kənan bir tərəfdən söhbət edir mən isə telefonuma kontur yükləyirdim.. O, dünən axşam izlədiyi bir filmdən həvəslə danışırdı. 1+1 adlı film idi ya da belə bir şey.. Fiziki qüsurlu bir adam və onun qaradərili baxıcısı haqqında. Filmin gülməli hissələri çox idi anladığım qədərilə, çünki bir neçə səhnə danışdı ki, həqiqətən özümü tuta bilmədim və özümə söz verdim ki, həmin filmi mütləq izləyəcəyəm. Daha sonra rəqəmlərin yazılı olduğu kağızı vecsiz şəkildə əlimdən yerə buraxıb söhbətə qayıtdım. Filmin adının nə olduğunu təkrar soruşdum ki, yadımdan çıxmasın amma cavab gəlmədi. Yan tərəfə başımı çevirəndə Kənanın arxada qaldığını hiss etdim. yerə atdığım şifrə kağızını götürüb zibil qutusuna atırdı.

ƏnWhere stories live. Discover now