- Bütün bunlara səbəb mənəm ?
Cavab vermədim. Üzünə belə baxmırdım. Əynindəki kofta o qədər də qalın deyildi amma öz qara rəngli kurtkasını mənə vermişdi. Əynindən yenicə çıxardığı çox bəlli idi çünki bədəninin istiliyi hələ də kurtkasında hiss olunurdu.
- Qəmər.. O oğlan. Kənan.. Aranızda nəsə var ?
Bu sual məndə bir neçə sual daha doğurdu. O sualını mənə verərkən hər şeyi düşünürdümü ? Kənan haqqında deyilənləri həqiqətən eşitmişdi ? Bilirdisə bunu mənə necə sual verirdi ? Cavab vermirdim amma o , səbrlə məni gözləyir, üzümə baxırdı. Göz yaşlarım dayanmaq bilmirdi. Və bu içdən - içə daha çox əsəbləşməyimə səbəb olurdu. Birdən Toğrul cibindən bəyaz, tərtəmiz, ütü qatları belə üzərində olan dəsmal çıxarıb mənə uzatdı. O , həqiqətən köhnə filmlərdəki kişiləri xatırladırdı.
Uzatdığı əlinə baxıb sonra baxışlarımı üzünə çevirdim. Qəmzələri yenə orada dayanıb məni salamlayırdı.
- Təmizdi narahat oma, burnumu filan silməmişəm.
Bu cümləsini eşidəndə məni gülmək tutdu. İki saniyə sonra təşəkkür edib dəsmalı götürərək üz gözümü quruladım. Ağlayarkən insan iki qat çox üşüyürdü. Kurtkanın kənarlarını özümə tərəf çəkib eləcə dayandım.
- Buranı bir iki dəfə uzaqdan görmüşdüm amma bu qədər böyük olduğunu təsəvvür etmirdim. Bura gəlmək hardan ağlına gəlib?
Hər sual məni bir az daha incidirdi, çünki sözlərin hamısının bir ucu Kənana bağlanırdı.
- O..
Sözümü tamamlaya bilmədim.
- Kənan ?
Toğrulun köməyinə içdən - içə minnətdarlıq duyub başımı salladım.
- Mm..Bilirdim ki, onun haqqında deyilənlər yalandı..
Qaşlarımı çatıb Toğrula təəccüblə baxdım. O da ətrafda dolanan gözlərini mənə çevirdi və iç çəkərək gülümsündü.
- Gey olduğu ilə bağlı yəni..Açığı bu söhbəti başqa adam yaysaydı bəlkə inanardım amma işin içində Fərid olanda..
Sözü bitmədən ağzını büzdü. Onu sevməyə başlamışdım. Sırf Fərid haqqındaki sözlərinə görə.
- Sadəcə anlamırdım ki, biz hələ birinci kursuq amma Kənan üçüncü kursdur. Necə olur ki, bu söhbət Kənan burada olanda yayılıb ? Fərid olmayan vaxtlarda. Sonra öyrəndim ki, indi yanında gəzdirdiyi o dostlarını bu iş ilə vəzifələndirirb. Fikir vermisənsə hər zaman bir gəzirlər, hamısı da Fəriddən yaşca böyükdü. Danışıqlarını eşitsən ətin tökülər. Bütün gün ana bacı söhbətləri edirlər..
İçimdən " yaxşı bilirəm" deyərək başımı buladım.
- İnanmırdım, ona görə yox ki , Kənanı tanıyırdım. Sadəcə Fəridin bu işə qarışması bəs edirdi. Heç sevmirəm o uşağı. Imm..Təbii ki, onu sevməməyimin ən əsas səbəbi də il başında..İkiniz..
- ilahi..O məsələ doğru..
-Bilirəm..Dedim axı onu tanıyıram. Elə o vaxtdan gözümdən düşdü də. Lap sən onun dediklərini etsəydin belə bunu bu cür ortalıqda danışmamalı idi..
Yaxşı..Etiraf edirəm ki, Toğrula həqiqətən haqsızlıq etmişdim. Amma hələ də onu yaxşı tanımırdım deyə içimdən özümə deyirdim ki, çox da güvənməməkdə fayda var. Bəlkə elə özünü şirin satır deyə bu cür danışır..?
- Mənə maraqlı olan odur ki, niyə Kənan..heçnə etmir ? Yəni,açığı mən olsam haqqımda bu cür söhbət yayanları ən azı yaxşıca çırpardım.
Qaşlarımı qaldırırb Toğrula baxdım.
- Nədi ? Vallah düz deyirəm.. Nəzakətli olmaq da bir yerə qədər..Amma bu zarafat deyil axı..Bir başa şərəf məsələsidir..Özü də hamı bilir ki,söhbəti kimlər yayıb..
Nə deyə bilərdimki ? Haqlı idi.. Amma Kənanın səbəbləri var idi. Hər nə qədər bəzən onu qınasam da çox vaxt anlaya bilirdim..
Ağlamağım kəsilmişdi. Dəsmalla yenidən nəmli kirpiklərimi sildim.
- Dəsmal ? Bunu belə vəziyyətlər üçün daşıyırsan ?
- Əslində tam olaraq hə . Qadınlar çox həssas olur. Durduq yerə ağlayırlar. Bu cür şeylər belə bəzən sakitləşmələrinə səbəb ola bilir, fikirlərini dağıdır.
- Lap bu işin peşəkarı kimi danışdın
Dişlərini ağardaraq güldü. Üst kənar dişlərinin ikisində dəmir tel var idi. Onu əvvəl heç görməmişdim.
- Daha yaxşısan ?
- Hə, çox sağol..
Səssizlik.
- Bayaq dediyimdə ciddi idim,Qəmər. Həqiqətən, əgər istəsən Kənanla danışa bilərəm. Bu cür böyüyəcəyini düşünməmişdim. Yəni aranızın pis olması..Açığı mən heç sizin..
- Deyilik..
Az qala fısıldı ilə cavabladım.
- Aıı..Mən elə bildim..
Dərindən nəfəs alıb başımı salladım.
- Yox.. Sevgili deyilik..
Səsim qırıldıqca qırılır, çarəsizcə titrəyir, peşmanlıqdan ölürdü..
Toğrul bir neçə saniyə üzümə baxıb sakitcə dayandı..Mən isə baxışlarımı yerə zilləmişdim..
- Onu sevirsən..