Adsız Bölüm 60

2.9K 224 18
                                    

 Evin qapısını açanda burnuma yenicə bişirilmiş şorba qoxusu doldu.Evdəkilər qayıtmışdı. Amma saat elə də gec deyildi deyə onlardan sonra gəldiyim üçün narahat deyildim. Dəhliz boş olduğundan rahatca əynimi soyundum. Saç başımı düzəldib bir başa mətbəxə keçdim. Təkcə Lamiyə içəridə idi. Qab yuyurdu deyə içəri girdiyimi eşitmədi.

- Salam

dedim köynəyimin qollarını çəkişdirə - çəkirdirə

- Ah, Qəhər, xoş gəldin. Necəsən ?

- Yaxşı..Sən ?

Onunla elə əvvəldən sizli - bizli danışmırdım.

- Şükür Allaha, pis deyiləm. Acsan ?

- Çox yox. Atamgil hanı ?

- Marketə gediblər , çörək yox idi . Ləmanda getmək istədi. Çay süzüm ? Şirniyyat almışıq. kakaolu peçenyələrdən də var, atan deyirdi onları xoşlayırsan

Atam deyirdi ? O,bunu harada bilirdi ki ?. Cavabı bilməsəm də bu , üzümü güldürmüşdü. Nəyi sevib sevmədiyimi öyrənməyə başlamışdı.

- Olar..

Qazın yanına yaxınlaşıb qazanın qapağını köynəyimin qolu ilə açıb içinə boylandım. Toyuq şorbası hərarətlə qaynayırdı. Qoxusu iştahımı açmışdı.Kim bilir neçə ay sonra həqiqi ev yeməyi yeyəcəkdim. Lamiyə əlindəki fincanı mənə uzadıb gülümsədi. Gözlərimi qaçırıb təşəkkür etdim.

Masa arxasına oturdum və iki saniyə sonra o kakaolu peçenyələrdən bir neçəsini balaca boşqab içərisində önümə qoydu.

- Çox sağol.Əziyyət çəkmə.

- Xoşdu..

İşlərini bitirmişdi amma yanımda oturmağa çəkinirdi.Hiss edirdim ki, mətbəxdən çıxsa bunun kobudluq olacağını düşünürdü. Amma mən bunu belə qəbul etməzdim. Hər halda onun mənə bu cür hörmətlə yanaşması xoşuma gəlirdi.

- Sən çay içmirsən ?

Elə bu cümləmi gözləyirmiş kimi su çanağının yanında sürətlə mənə tərəf çöndü.

- Hə ?

- Çay..Sən də iç. Peçenyələr həqiqətən dadlıdı

Başını sallayaraq güldü və şüşə stəkana çay süzüb önümdəki oturacağa əyləşdi.

Əlinin biri nəlbəki kənarında idi, digəri ilə də masanın üzərini sığallayırdı. Üzümə baxmırdı. Yanaqları istidənmi ya da urtancdanmı, bilmirəm,amma qızarmışdı. Onu diqqətlə baxdım.İlk dəfə.Uzun - uzadı..Ləman anasına çox bənzəyirdi. Gözəlliyini, hamar dərisini ondan almışdı. Çöhrəsində elə bir ifadə vardı ki,sanki hər an səni qucaqlayıb dərdlərinə şərik olmağa hazırdır.

Boşqabımı ona sarı barmağımla astaca itələdim. Öncə boşqaba sonra mənə baxdı. Və yenə dodaqlarını çox aralamadan gülümsədi.. Bir dəqiqə keçməmişdi ki, atamgil gəldi. Ləman içəri girər- girməz ayaqqabılarımı tanıdı çünki Qəməəər deyə qışqırdığını eşitdim. Mətbəxə qaçıb qucağıma çıxdı. Belini qucaqlayıb , hər iki yanağından da ürəkdən öpdüm.

- Necəsən ?

- Yaaşı

- Çay istəyirsən ? bax, burada peçenyə də var

Atam ikimizə baxıb gülümsədi. Əyilib saçlarımdan öpdü.

- Peçenyəni sonra yeyərsiniz, sabahdan bəri heçnə yeməyib. İndi nahar edək

Peçenyə yesəm də mədəm hələ də dolmamışdı və o şorbadan içmə fikri belə məni acdırırdı.

- Yaxşı - dedim və süfrəni qurmaq üçün ayağa qalxdım.

Amma Lamiyə süfrəni quracağını bildirdi və əgər mənə zəhmət olmazsa Ləmanın əllərini yumasına kömək etməyimi rica etdi. Təbii ki, razılaşdım. Hər halda iş görməkdən çox daha asan idi.

O gün boğazımdan isti yemək keçərkən özümü həqiqətən yaxşı hiss etdim. Lamiyə, evlərindən turşu da gətirmişdi. Bəlkə də ilk dəfədir ki, bir dəfəyə bu qədər çox yemək yeyirdim. İki boşqab şorba . Həm də bol çörəklə. Həqiqətən çox dadlı idi. Sonda Lamiyəyə təşəkkür etdim və üzünə baxaraq içdən gülümsədim.

Bir neçə saat sonra atam onları evlərinə apardı. Otağıma keçib uzandım. Yorulmuşdum, yuxum da gəlirdi. Bir az Ayşənlə mesajlaşdım amma uzatmadım. Mən yaxın rəfiqəsinə sevdiyi oğlanın geyindiyi corabın rəngini belə deyən qızlardan deyildim. Olduqca az danışırdım , o da inciməsin deyə. Axı bütün bunlar özəl idi.. Mənlə Kənan arasında qalsa çox daha yaxşı olardı..

ƏnDove le storie prendono vita. Scoprilo ora