Adsız Bölüm 34

4.8K 328 28
                                    

- Bura nə qəşəng yer imiş..İlk dəfədir görürəm

- Hə, mən də ilk dəfə görəndə bu cür təəccüblənmişdim.Sonradan demək olar hər gün, ya da hər ehtiyacım olan zaman gəldim.

Kənanla dərs bitdikdən sonra həyətdə universitetin həyətində qarşılaşdıq.O ,  mənə yaxınlaşmağa tərəddüd etsə də mən kiminsə bizi izləməsi ehtimalından zərrə qədər narahatlıq duymurdum. Bir başa yanına gedib salam verdim. İlk danışığımızla müqayisədə indi çox daha sərbəst idim. Tək narahat olduğum tərəf dünənki gecəm çox pis keçmişdi deyə göz ətraflarımda yaranan şişlik idi. Həm ağladığım üçün , həm  gec yatdığım üçün, üstəlik də tez oyandığım üçün şişlik nəzərə çarpacaq qədər böyük idi. Amma niyəsə bundan utana bilmirdim. Sinif otağına ilk girdiyim zaman Ayşən narahat üz ifadəsi ilə nə olduğunu soruşdu. Film izləyərkən ağladığımı deyib sözü "fırlatdım". Əlbəttə, inanmamışdı amma yenə də hər zamanki kimi üstələmədi. Bütün dərs boyunca başımı masa üzərində birləşdirdiyim qollarımın üzərinə qoyub başımdaki kəskin ağrının keçməsini, gözümdəki göynəmə hissinin azalmasını gözlədim. Dərs bitər bitməz uşaqların yarısı evə, yarısı da hazırlıq üçün ümumi zala üz tutdu. Ayşənə bu gün də onlara qatıla bilməyəcəyimi deyib üzrxahlıq etdim. Ehtiyacım varsa mənimlə bərabər qala biləcəyini təklif etdi. Amma ona narahat olmamasını, birbaşa evə gedib yatacağımı bildirdim. 

Həqiqətən planlaşdırdığım şey bu idi. Amma həyətdə ayaqqabı iplərini bağladıqdan sonra mənə sarı dönən Kənanı görər görməz planlarım dəyişmişdi. Onunla vaxt keçirəcəyimi bilmirdim ,düzdür..Amma yenə də evə getməli olduğumu unutmuşdum..

Çox az tanıdığım oğlanla belə səmimi davrandığım üçün yəqin ki, çox insan məni qınayardı..Amma bu kimin vecinə idi ki ? şəxsən mənim deyildi..Bu günə qədər hər zaman öz doğrularımla yaşamağa məcbur olmuş, çox zaman da xeyrini görmüşdüm..

" İnsan çəkdiyini bilər " deyə bir söz var.Həqiqətən bu cürdür..Ətrafdakilər buz dağının görünən hissəsinə baxıb olduqca rahat şərh bildirə bilirdilər, amma mənim qəlbim buz dağının özəyində, ən dərinində və görünən hissədən aşağıda qalmışdı.. Yaşadıqlarım mənə öyrətmişdi ki, nə qədər izdiraba məhkum olursan ol, işin ən ağır tərəfi məruz qaldığın ağrılar yox, göz yaşlarını silən şeyin öz əllərinin tərsi olması olurdu.. 

Təklikdən bezmişdim..Amma hər yoldan keçəni də həyatıma alacaq qədər aciz deyildim..  

Birinə necə güvənə bilərdiniz ? Etdiyi hərəkətlərə görə ? Yox..Bir insana güvənərsiniz, çünki ona güvənməyi seçərsiniz.. Doğruluğa qalsa , həyatınızda elə insanlar olar ki, bütün ömrü boyu tək bir səhv hərəkətinə şahid olmazsınız..Amma ürəyinizə yaxın gəlməz..Bəzən özünüzü məcbur edərsiniz, özünüzə, qəlbinizə,ağlınıza yeritməyə çalışarsınız, inandırmağa çalışarsınız ki, o insan idealdır..Səni sevir, qoruyur,sənə qarşı səhv etmir..Amma bu işlər belə baş tutmaz.. Gedib harada əlaqəsiz bir insan varsa onu sevərsiniz.. Bəzən kim olduğunu bilmədən, bəzən doğru və ya yalnış olduğundan əmin olmadan..

Mənə görə inanmaq da, sevmək də, güvənmək də tək bir şeyə əsaslanır..Sevə bilmək üçün də, inana bilmək üçün də bunları istəməyiniz kifayət edir..İnanırsınız, çünki inanmağı seçirsiniz..Sevirsiniz, çünki sevməyi seçirsiniz..Bütün dünya əksini desə də onun dediyinə inanırsınız..Çünki inanmağı seçirsiniz, pis biri olmadığına inanırsınız..

Bu axmaqlıqdır? Əlbəttə elədir..Amma heç kim sevginin ağıl işi olduğunu iddia etməyib..

Əgər bu yola girmisinizsə, demək eyni zamanda bir az axmaq olduğunuzu da qəbul etmisiniz..

ƏnWhere stories live. Discover now