.Özümü idarə edə bilmirdim. Sözlərimi ölçə bilmirdim..
- Qəmər, bir qulaq as..
- Nədi ? Yoxsa sevilmək xoşuna gəlirdi ? Hər iki cins tərəfindən də bəyənilmək qürurunu oxşayırdı ?
İfadəsi gedərək dəyişir, daha çox kədərə bürünürdü.
- Fəridi də o qədər müdafiə edirdin. Sənə nələr etdiyini bildiyin halda ! Sənin bu etdiklərin dostluq filan deyil, bildiyin axmaqlıqdır ! Axmaqlıq !
Nəfəs nəfəsə qalmışdım. Kənan sakitcə dayanıb üzümə baxır,sözümün bitməsini gözləyirdi.Onun bu cür səssiz olması məni daha çox özümdən çıxarırdı.Və birdən birə ərgənliyimə geri qayıtdım..Buna görə özümə nifrət edirəm amma onun yanından qalxıb evə getmək üzrə yola qayıtdım. Çaşıb qalmışdı amma adımı deməyi bacardı..Bu məni dayandırmır əksinə addımlarımı daha çox sürətləndirməyimə səbəb olurdu..
- Qəmər,dayan..
Dayanmırdım..Dayana bilmirdim.Ondan uzaqlaşmalı idim çünki nə deyir desin anlayışlı ola bilməyəcəkdim..Mən də digər insanlar kimi idim..Sırf məni sevmir deyə ona acıqlı idim..Öz hisslərimi önəmsəyib onunkiləri heçə sayırdım..
- Qəmər, mən gey deyiləm !
Deyəsən qulağıma səs dəyirdi, eşitmək istədiklərimi eşidirdim..Amma yox..Bu xəyal ola bilməyəcək qədər gerçək idi. Ona sarı çöndüm və qaşlarım çatıq halda üzünə baxıb dediyi cümləni təkrarlamasını ya da açıqlamasını gözlədim. Yanıma gəldi..Və yenə bayaqki sakitliyinə qayıdıb üzümə baxdı..Gülümsəmirdi..
- Xahiş edirəm, gəl otur.Sənə hər şeyi danışacağam.
Disrəyimin yaxınlığında dayanan əlindən qurtulub irəlilədim və yenidən daşın üzərində oturaraq qollarımı çarpazladım.
O da az sonra yanımdaki yerini alıb dərindən iç çəkdi.
Səssizlik.
- Başlayacaqsan ya yox ?
- Aıı..
Sonra yenidən dərindən nəfəs alıb başını bulayaraq gülümsədi
- Ah, Qəmər..Bu heç asan deyil..Bütün bunları danışmaq və həqiqət olduğunu özünə xatırlatmaq..
- Axı sən dedin..
- Hə, gey olub olmamağımla bağlı dediyim şey düzdü. Gey deyiləm..Amma..
- Amma ?
Üzümə baxıb " bir az anlayışlı ol " deyirmiş kimi başını yana əyərək üzümə baxdı. Gözlərimi ondan ayırıb ayağımla torpağı eşdim.
- Bu çox uzun zaman öncə olub. On iki on üç yaşımda olarkən başıma heç də arzulamadığım bir iş gəldi. Uşaqlarla gizlənqaç oynadığımız zaman heç kəsin girməyə cəsarət etmədiyi bir yerə girdim. Bura çox da dərin olmayan, quyuya bənzər bir yer idi..Yəni mən elə zənn edirdim. Sən demə ora tikinti ləvəzimatları və kəsici alətlərin yığıldığı bir yer imiş və olduqca dərin imiş. Tələsik halda ora doğru qaçdım.Cəmi dörd saniyəm qalmışdı. Ayaqlarımın ikisini də içəriyə doğru sallayıb əllərimi buraxdım və mənə o an sonsuzmuş kimi gələn bir boşluğa düşüb ən sonunda yerə çırpıldım..Vücudumda o ana kimi həyatımda hiss etdiyim ən kəskin və şiddətli ağrını hiss etdim . Hər yer qaranlıq idi və mən yuxuya getdiyimi düşündüm.Gözümü açanda bir xəstəxanaya gətirilmişdim və hər yerim sarğı içində qalmışdı. Anam ağlamaqdan şişmiş gözləri ilə mənə baxırdı və gözlərimin açıldığını gördüyü an gülümsəyərək üz gözümü öpmüşdü..Amma atam başını bulayaraq otaqdan çıxmışdı..
Eşitdiklərim beynimdə bir neçə fikir formalaşdırırdı. Amma danışa bilmirdim.
- Qısacası..Bədənimin bəzi hissələri bir daha düzəlməyəcək şəkildə zədə aldı.
Yumruqlarını sıxırdı və yanaqlarının qızardığını görə bilirdim..Artıq üzümə belə baxa bilmirdi.
- O zamanlar uşaq idim və bunun hər hansısa bir problem yaradacağını düşünmürdüm..Amma illər ötdükcə digər məhlə uşaqlarının danışdığı bəzi şeylərin mənim başıma gəlmədiyini hiss etdim..