***
Bütün yol boyu özümü təmkinli tutmaq üçün çırpındım. Fikrimi dağıtmağa çalışdıqca az əvvəl yaşanan o şeylər inadına ağlıma gəlirdi..
Avtobusdaki insanalara baxıb onlar haqda bir şeylər düşünmək hər zaman işə yarayırdı amma bu dəfə ondan da ümid yox idi..Nə pəncərə kənarında oturub yuxuya gedən yaşlı dayı,nə anasının qucağında ayaq üstə dayanıb mənə baxan balaca uşaq,nə əynində qalın palto olsa da ayaqqabısı yırtıq olan xala..Çünki indi onlara baxanda iki qat ağlama hissinə qapılırdım.
Mahnı ! Mahnıya ehtiyacım var idi. Playlistimi qarışdırdım və "David Guetta - Hey Mama ft Nicki Minaj" mahnısını qoşdum.
Okey, pis deyil. Hə, həqiqətən işə yarayırdı. Az da olsa. Qulaqcıqlarımdan ruhuma enerji dalğaları yayılır, içimi rahatladırdı.
Lənətə gəlmiş yol isə bitmək bilmirdi. Normalda yarım saata çatdığım evə indi , bir əsr vaxt keçdikdən sonra belə qovuşa bilməmişdim.
Qapımızı açıb özümü içəriyə atar atmaz elə döşəməyəcə çöküb yerə oturdum. Ayaqqabılarımı çıxarıb bir yanıma qoydum və gözləməyə başladım. Nəfəslərimi tənzimləməyə çalışır,bunun böyük bir faciə olmadığını özümə xatırladırdım.. Sevməyə bilər, dost olaraq görmüş ola bilər..Bu pis bir şey deyil.. Yox, deyil..Hələ də dost qala bilərik..Ya da kim bilir, bəlkə zamanla özümü sevdirə belə bilərəm..Başımı əllərimin arasına alıb bir neçə dəqiqə gözü yumulu halda oturdum. Sonra dərindən nəfəs alıb, nəfəsimlə birlikdə içimdə üst - üstə minən sıxıltıları da çölə qovmağa çalışdım..
Bir əlimi döşəməyə , digər əlimi də dizimə dayaq edib ayağa qalxdım və paltomu çıxarıb asılqana keçirdim. Əyilib çantamı götürərəkən dəhlizin bir neçə yerində qəribə, ağımtıl mayelər gördüm. Qaşlarım çatıldı. Nə baş verdiyini anlamağa çalışdım. Mayelər püre halında , çox da duru olmayan , yapışqan bir şeyə bənzəyirdi. Hə, bu tam olaraq əzilmiş yemək kimi idi.
" Bu.. "
Əvvəlcə mətbəxə keçdim sonra qonaq otağına, oradan da öz otağıma. Mətbəx təmiz idi amma qonaq otağındaki divanın önündə bir yerdə yenə həmin mayedən var idi.
Bulud !
Otağımı axtarmağa başladım. Çarpayının altına , masanın kənarlarına baxdım. Və ən sonunda onu qarderobun böyür tərəfində qıvrılmış halda tapdım. Uzandığı yerdə xırıldayırdı. Əllərimlə ağzımı tutub yanına diz çökdüm. " Bulud, Bulud.. Allahım..Bulud, nə olub sənə ? " Əlimi qarnına aparıb sığallamaq istədim amma halsız vəziyyətdə yerdə uzanan Bulud birdən birə elə sıçradı ki, yerimdə donub qaldım. Ayağa qalxar qalxmaz qəribə səslər çıxarmağa, öskürməyə sonra yenidən qusmağa başladı. Ən sonunda halsız düşüb ayaqları üzərinə çökdü və başını qolları üzərinə qoyaraq gözlərini yumdu. Gözlərim yaşlarla dolmuşdu..
Bulud, indi yox..Yalvarıram, bircə indi ölümü seçmə.. Cəld ayağa qalxıb incitməməyə çalışaraq onu yerdən götürdüm. Adyala büküb evdən çıxdım. Bu yaxınlarda baytar görməmişdim amma axtaracaqdım. Atama zəng edib vəziyyəti danışdım və onu xəstəxanaya aparmaq istədiyimi bildirdim. Atam isə ən yaxında yerləşən baytar həkimin işlədiyi yerə gedən avtobusun nömrəsini deyib, birazdan yanıma gələcəyini bildirdi. Təlaş içində Buludun artmaqda olsan xırıltılı səsini qulaqardı edib baytarın yolunu tutdum..
O gün, Bulud həyatını itirdi. Həkimin əlləri altında yoxlanışdan keçərkən və həkim hər dəfə qarnına toxunanda onun əlini cırmaqlayarkən əlimdən heçnə gəlmədi. Həkim, Buludun xəstə və yaşlı olduğunu deyib onu bir iynə ilə yatızdırmağın ən yaxşı çarə olduğunu , çünki hal hazırda çox əzab çəkdiyini bildirdi. Uşaq kimi həkimə qarşı dirənib onu öldürməsini rədd edirdim. Sonra atam qolunu çiyinlərimə atıb məni sakitləşdirməyə çalışdı və bunun Bulud üçün ən yaxşısı olduğunu başa saldı. Yaşlı gözlərimlə Buluda baxıb üzündə kiçik bir ümid axtardım amma bağlı gözlərində və xırıltılı səsində əziyyətdən başqa heçnə yox idi.. Gözlərimi sıxıb özünü atamın qolları arasına atıb içimi çəkə çəkə ağladım.. Dəqiqələr sonra Buludun səsi getdikcə azaldı , qarnı gözlə görülməyəcək dərəcədə yavaş hərəkətlə irəli geri getməyə başladı və tamamilə dayandı..
Atam işdən icazə alıb gəlmişdi deyə məni evə ötürdükdən sonra qayıtmalı oldu. Yolda sakitləşmişdim bir az amma evə girər girməz yenə ağlama başladım.. İlahi..Niyə hər şey bu qədər üst üstə gəlirdi.. Niyə mənim də adi insanlar kimi xoşbəxt olmağa haqqım yox idi ? Bu şansı kim almışdı əlimdən ?
Yerləri təmizlədikdən sonra mətbəxə keçdim. Pəncərələri açıb düz önündə yerləşdirdiyimiz masa arxasında oturdum.
Belə bir ifadə var idi : " Bir ağrını unutmağın ən yaxşı yolu başqa bir ağrıdır " . İfadənin doğruluğunu təsdiqləmək nə qədər incitsə də bu, həqiqətən belə idi. Dərsdən gələndə beynimdə başqa bir şey var idi.. İndi isə tamam başqa..
Orada neçə dəqiqə oturdum bilmirəm..Amma gözlərimdəki şişkinliyin gedərək aşağı endiyini hiss edirdim. Telefonumu şalvarımın cibindən çıxarıb saata baxdım. Beş tamam idi. Və iki mesaj gəlmişdi. Biri Ayşəndən , digəri Kənandan..
Ayşən , şənlik üçün hansı saç modelini seçəcəyimi soruşurdu. Çünki, universitetdəki göstərilərdən sonra restorana gedəcəkdik. Lido'nu tutmuşdu uşaqlar.
Yeni il, şənlik, təmtəraqlı geyimlər, rəqslər..Heç biri içimi bir nəbzə də olsa sevindirə bilmirdi..
Ona cavab yazmadan digər mesaja keçdim.
" Qəmər..Haradasan ? Xahiş edirəm, məndən uzaqlaşma. Qəlbini qırdım, bağışla məni..Mesajımı görən kimi mənə yaz, ya da zəng et. Yaxşı olduğunu bilmək istəyirəm "
Zibil ! Zibil !
Ağlama, ağlama, ağlamaa !!!
Ekrana baxır, Kənan adının üzərinə toxunur, içimi çəkə - çəkə ağlayırdım..
Məncə göz yaşlarını da idarə edə bilən, istənilən zaman dayandıra bilən hansısa düymə olmalıdır..