Zal yavaş yavaş digər qruplardaki tələbələrlə dolmağa başlayırdı. Öndəki iki sıra müəllimlər üçün ayrılmışdı deyə, gələn hər kəs arxa tərəflərdən yer seçirdi. Az sonra da çəkiliş qrubu gəldi və kameraları quraşdırmağa başladı. Mənim çıxışım olmasa belə insanlar artdıqca içimdə həyəcan yaranırdı. Səhnə arxasındaki qapı açıldı və içəriyə iki nəfər daxil oldu. əllərində biri qara, digəri sarı olmaqla iki gitara var idi..Və heç biri Kənan deyildi..
Deyəsən günün " bombasını" onlar hazırlamışdı çünki onlar içəri girər girməz hər kəsin üzündə gözlə görülən sevinc hiss yarandı. Onlar üçün ayırılan iki oturacaqda oturub hazırlıqlara başladılar. Gitara ilə bir melodiya ifa edir, sonra sıra ilə nə isə oxuyurdular. Amma oxuduqları hər şey bu universitetlə, imtahanların ağırlığı və müəllimlərin qəddarlığı ilə başlı şeylər idi. Təbii ki, bunu zarafat məqsədli hazırlamışdılar amma bu zarafat altında gerçəklik payı olan növdən idi.
- Yaxşı, uşaqlar hər kəs hazırdı ? On dəqiqəyə başlayırıq - əllərini bir birinə çırpıb hər kəsin diqqətini bir anda özünə çəkən sarışın qız dedi.
Onu tanımırdım. Ancaq hazırlıqlar zamanı bir - iki dəfə görmüşdüm.
Hər tərəfdən bir səs gəldi amma anidən də ara sakitləşdi.
Müəllimlər yerlərini aldı və..Başladılar.
Əvvəlcə aparıcılıq vəzifəsini öz üstlərinə götürən iki tələbə açılış danışığı edib dekana söz verdilər. Sonra bir iki müəllim daha danışdı və çıxışlar başladı. Qısa səhnəciklər, şeirlər, duyğu dolu monoloqlar..
Hər kəs səhnə önünü görərkən mən səhnə arxasında baş verənlərin şahidi olurdum. Məsələn, bir qız həyəcandan qusmuşdu. Başa düşmürəm burada o qədər qorxacaq nə var idi ?
Başqa biri əlində tutduğu kağızdaki mətni kim bilir neçənci dəfə idi ki,təkrarlayırdı və buna rəğmən səhnədə sözləri unudacağına əmin idim. İçəridəki hava məni boğmağa başladı və səhnənin digər tərəfindəki pərdənin arxasında dayanan Ayşənə him cim edərək aşağıya, oturanların yanına gedəcəyimi bildirdim. Mənə baxırdı amma həmin an məni gördüyündən belə əmin deyildim..
Bütün yerlər tutulmuşdu. Heç kimin görməsinə mane olmamaq üçün sıraların ən arxasına, ta ki, qapıya çatana qədər addımladım..
Elə mən qapının yanına çatar çatmaz mətnini əzbərləməyə çalışan qız səhnəyə çıxdı və təxmin etdiyim kimi düz üç yerdə səhv etdi. Oradaca huşunu itirəcəyini düşünsəm də nəysə ki, bu ehtimalım doğru çıxmadı. Qız sözünü bitirər bitirməz, sıxdığı yumruqları ilə birlikdə səhnədən demək olar qaçaraq çıxdı.
Sonra aparıcılar yenidən səhnəyə gəldi və müəllimlərə bir sürprizləri olduğunu deyib geri çəkildilər. Səhnəyə iki oturacaq gəldi və alqışların sədası altında iki oğlan səhnədəki yerlərini aldı..
Çıxış başladı. Onlardan biri ssenariyə görə universitetə balı çatmadığı üçün " kəsilən " , digəri də istədiyi fakultəyə qəbul olduğu halda çox çətinlik çəkən iki tələbənin dilindən danışırdı. Qəbul ola bilməyən tərəf əsgərliyə çağırılarkən necə qorxduğunu, əsgərlik üçün yola çıxarkən başına gələnləri və bir il altı ayda nələr yaşadığını danışırdı. Digəri isə ( əsas bomba ) universitetə qəbul olduğunu öyrəndiyi zaman çox sevindiyini amma bu sevincin ancaq bircə gün çəkdiyini, sonradan dərslərdən, imtahanlardan və müəllimlərdən çəkdiyi izdirablardan danışırdı. Hər müəllimdən danışarkən həmin müəllimin ən çox işlətdiyi sözü deyirdi və bu , tələbələri qəhqəhələrə boğurdu. Bir müddət sonra mən də gülməyə başlamışdım.
Çıxışları bitdiyi zaman tədbir ərzində ən çox alqışı onlar almışdı. Hələki.
Sonra bir neçə sıradan çıxış daha oldu.. Geriyə bir nəfər qalmışdı. Ayşən.
Onu səhnədə görər görməz həvəslə alqışladım. İndi çox da həyəcanlı görünmürdü. Əllərimi birləşdirib çənəmə söykəmiş, gözləyirdim. Mikrofonu düzəldərkən qəribə bir cızırtı səsi gəldi və hər kəs üzünü turşutdu. Ayşən özünü bir anlıq itirsə də gözlərimiz birləşəndə və məni görüb gülümsəyəndə özünü cəld toplaya bildi. Mahnı başladı və Ayşənin hamar səsi bütün zala yayıldı..
Çıxışı hər kəsi olduqca təəccübləndirmişdi. Böyütmürəm, həqiqətən belə idi..Çünki mahnı bitdikdən iki üç saniyə sonra belə insanlar mat məəttəl qalmışdılar. Ancaq mən ürəkdən gülümsəyib əllərimi bir birinə çırpandan sonra hər kəs fikirdən ayıldı və mənə qoşuldular..
- Əla ifa idi..
O qədər səs küyün içində arxadan qulağıma dəyən bu fısıltılı səs diksinməyimə səbəb oldu.
Arxaya çönüb Kənanı gördüyüm an üzümdəki gülümsəmə yoxa çıxdı. Ona bir müddət baxıb sonra yenidən səhnəyə tərəf çöndüm. Digər iştirakçılar da səhnəyə, Ayşənin olduğu yerə doğru çıxır, əllərini birləşdirib baş əyir, qəddlərini düzəldir və eyni hərəkəti təkrarlayırdılar.
Tədbir sona çatmışdı. İnsanlar yavaş yavaş ayaqlanmağa başlamışdı və birazdan biz dayandığımız yerdə izdiham yaranacaqdı.
- Biraz danışa bilərik ?
Ona doğru çönməyə cəsarət etmirdim. Geyindiyi ağ köynək və qara pencəyin içərisində olarkən nə qədər gözəl göründüyünü görməzdən gələ bilməyəcəkdim.
- Qəmər..
Əlini çiynimə qoyub məni özünə doğru çevirmək istəyirdi amma toxunuşunu hiss etdiyim anda özümü kənara çəkdim.
- Gedək- dedim, səsimin çox hirsli çıxmamasına diqqət edərək