FİNAL !

6.7K 355 235
                                    

Yol boyu Ümid dəfələrlə təşəkkür etdi. Bilmirdim o , bunu niyə edir..Yəqin ki,məndən bucür cavab gözləmirdi. Onu qınamırdım, məni tanımırdı axı..Necə biri olduğumu bilmirdi.. O , mənə minnətdarlıq edirdi amma əslində mən ona qarşı daha çox minnətdar hiss edirdim..Həyatımın ən gözəl xəbərini gətirmişdi mənə..Amma yenə də qəribə hiss edirdim. Xatırladım ki, mən bir dəfə də bu cür olmuşdum. Kənanın gey olduğunu eşidəndə. Ümid , özü haqda bunu mənə deyəndə də eyni cür hiss etmişdim. Özümdən asılı deyildi. Təbii ki, ona hirslənmirdim.Amma nə bilim..qəribə gəlirdi. O , çox yaraşıqlı oğlan idi. Mavi gözləri işıqda parıldayırdı. Üst başı hər zaman səliqəli görünürdü. Üzü tərtəmiz idi. Yəni normal bir qızın ağlını başından alacaq tipdə idi.

Arada bir nəyəsə ehtiyacım olub olmadığını soruşurdu. İndi biz, Ümidin evinə gedirdik. Kənan orada qalıbmış iki gündür. Əvvəlcə tərəddüdsüz hə desəm də sonradan bir az narahat oldum. Tanımadığım birinin evinə gedirdim nə də olsa.. Amma olsun.. Kənanı görəcəkdim. Mənə ehtiyacı var idi..

Ümidin üzündə..sanki könhə tanış birinin ifadəsi var idi.. Çoxdan tanışırmışıq kimi hiss edirdim. Böyük ehtimal Kənanla bu qədər yaxın olduqları üçün bu cür düşünürdüm.

- Şey..Evdə..

Ümid sualımın yarım qaldığını görüb gülümsəyərək mənə baxdı.

- Rahat ol

- Eviniz..Tək yaşayırsan ? Yoxsa ailən..

- Mənim ailəm yoxdu,Qəmər.. Məni övladlıqdan siliblər.

- Şey..Bağışla..

İlahi, bu valideynlərə nə olmuşdu belə ?!

Cavab vermədən çiynini çəkərək gülümsədi.

Ona , kədərlənməməsini demək istəyirdim. Mənim anamın da məni tərk etdiyini..onu anladığımı demək istəyirdim amma susdum.

- Az qalıb, indi çatacağıq

Başımı salladım. Yaz yağışı yağırdı amma üşütmürdü insanı.. İlin ən sevdiyim zamanlarından birində idik.. Beş dəqiqə sonra Ümid maşını bir binanın qabağında saxladı. Ehtiyyat kəmərini açıb maşından endim. Onu gözləyərkən ətrafı gözdən keçirdim. Bura , köhnə binaların yerləşdiyi bir yer idi. Səmt olaraq dəqiq tanımırdım amma şəhərdən çox uzaqda deyildik.

- Gəl

Çox da yeni olmayan liftə keçdik və Ümid səkkizinci mərtəbənin düyməsini sıxdı. Lift o qədər darısqal idi ki, mərtəbəyə çatana qədər içəridəki oksigenin tamam tükəndiyini hiss etdim. Danışacaq bir şey tapmadığımızdan arada bir - birimizə baxıb gülümsəyirdik.

- Öndən buyur

Qırmızı bir qapının önündə dayandıq. Ümid qapını açıb məni içəri aldı.

- Bax, buradadır. İki gündür o otaqdan çıxmır. Xahiş edirəm..

Cümləsini tamamlaya bilmədi. Sadəcə üzümə baxıb başını salladı sonra da gülümsədi.

- Mən çıxıram, siz rahat - rahat danışın. Səni aparmaq lazım olsa Kənan mənə zəng edər ,yaxşı ? Hələlik..

- Hələlik..Şey..Çox sağol..Hər şey üçün..

Ümid əlini çiynimə qoyub xəfifcə sıxaraq gülümsədi.

- Hələlik- deyib qapıdan çıxdı.

Ayaqqabımı çıxardıb ətrafı yoxladım. Heç kəs görünmürdü. Çantamı və plaşımı da elə dəhlizdə qoyub Ümidin göstərdiyi otağın qapısı önündə dayandım.Şüşəsi olmayan qapı idi və içəriyə kölgəm düşmürdü. Buna görə də yaxşıca cəsarətimi toplaya bilirdim. Və birdən qapının qulpunu burdum. İçəridən hələ də səs gəlmirdi. Başımı irəli uzadıb içəriyə baxdım. Orada idi.. Qəlb atışlarım az qala məni boğurdu.. Varlığını hiss edirdim. Bu otaq onun nəfəsləri ilə dolu idi..Dərindən nəfəs alıb gözlərimi yumdum. Qulağında qulaqcıq olduğundan heçnə eşitmirdi və üzü pəncərəyə dönük olduğundan məni görmürdü.. Saçları yastığa dağılmışdı.. Üzünü görmürdüm amma gözlərinin yumulu olduğunu hiss edə bilirdim.. Hava tutqun olduğundan içəri elə də işıqlı deyildi. Yağış damcıları pəncərədən aşağı doğru süzülürdü. Addım - addım yaxınlaşırdım.. Dizlərim titrəyirdi. Özümü hansısa evə gizlincə girən oğru kimi hiss edirdim yenə.. Onun düz arxasında dayandım. Azca irəli əyildim.. Həqiqətən, gözlərini yummuşdu.. Onu bu cür məsum halda görmək üzümü gülümsətmişdi.. İstiliyini hiss etdikcə onun üçün nə qədər darıxdığımı daha yaxşı anlayırdım.. Burnumun ucu göynəyirdi desəm şişirtməzdim.. Ehmalca çarpasının bir ucunda oturdum. Əlimi onu səksəndirməmək üçün yavaşca irəli uzadıb çiyninə qoydum.. Bir anlıq düşündüm ki, bəlkə də yuxuya gedib amma yox. Yenə də yüngülcə diksinib mənə doğru çöndü. Üzündəki təəccüb hissi bir neçə saniyə gecikdi. Yəqin elə zənn etdi ki, bu bir xəyaldı. Həqiqətən, mənim burada nə işim var idi ? Hansı cəsarətlə buralara qədər gəlib onun yanında oturmuşdum..?

ƏnWhere stories live. Discover now