Adsız Bölüm 29

4.2K 297 13
                                    

Sabah sərgi günü idi. Allahım, mənə güc ver ! 

Bütün universitet tələbələri və müəllimlər orada olacaqdı. Üstəlik bir də çəkiliş məsələsi var idi. 

Daha bu cür gedə bilməzdim. Bir az diqqət göstərməli idim özümə. Anamla universitet üçün aldığımız paltarlara baxdım amma bu hava üçün çox nazik idilər. Yeni bir şey lazım idi.Garderobu açıb altını üstünə çevirdim. Heçnə yox idi. Gedib yenisini almaq üçün də vaxt qalmamışdı. Ayaqlarımı yerə aramla vurub əlimi belimə qoyaraq düşünməyə başladım. Nə edə bilərdim ? Sonra birdən addımlarım dayandı. Otaqdan çıxmaq üçün bir addım atsam da davam edə bilmədim. Anamın paltarları.. Bəziləri hələ də orada qarderobda idi. Gedərkən yanına çox az əşya almışdı sonra da arxasınca gəlməmişdi. Özümlə savaşa savaşa nəhayət otağa çatdım. Tərəddüd içində idim amma hiss etdiyim şeylər içində ən ağır basanı yəqin ki günahkarlıq idi. Niyə bilmirəm amma utanırdım da.. Sanki ayıb bir şey edirmişəm kimi gəlirdi. Nəysə ki qarderobun bir qapısını açdıqdan sonra ardı gəldi. Asılqanlar tıxlım tıxlım paltar idi. Burada nə desən tapmaq olar, içindəki şeylərlə ömrünün sonuna qədər geyim barədə dərd çəkmədən yaşaya bilərdin. yubkalar, donlar, ziyafət geyimləri, kürklər, şalvarlar..yəqin ki hamısının da firma malı olduğunu deməyimə eytiyac yoxdur. Bu qadın dəli idi ? Bütün bu şeyləri satsaydın rahatlıqla bir maşının qiyməti çıxardı.Asılqanları bir bir aralayıb geyimlərə göz gəzdirdim. Anam haqlı idi , həqiqətən ölçülərimiz eyni gəlirdi. Anam hər zaman formasına diqqət edən, mütamadi idmanla məşğul olan qadın olmuşdu. 

Bir saata yaxın fikir güləşinin ardından aralarından ən çox bəyəndiyim bir neçə şeyi seçib otağıma apardım. Şəkillərini çəkib Ayşənə atdım.

Qız siyasəti.

O öz bəyəndiklərini, dəri yubka ilə krem rəngi köynəyin şəkillərini geri göndərdi amma mən təbii ki ikisinin də tam əksi olan donu seçdim. Hər zaman bu cür edirdim.

" Hər kəsin fikrini al, öz bildiyini et" məsələsi.

Sabah geyinəcəyim don artıq hazır idi. Bu , parçası çox qalın olmasa da isti tutan qara rəngli dizaltı don idi. Yenə də çox təmtəraqlı olduğunu düşünürdüm amma içlərinin ən sadəsi bu idi. Üzərində heçnə olmaması ( qaş kimi şeylər ) da mənim üçün bir müsbət tərəf.

Sonra altına da qara, bir az hündürdabanlı,dəri ayaqqabı seçdim. Yenə anamın qarderobundan.

Məni atam aparacaqdı deyə çox üşüməyəcəkdim.

Geriyə saç və makiaj qalırdı. 

Təbii ki saç məsələsində ən uyğun və əlimdən ən yaxşı gələn şey saçlarımı düzləşdirib açıq buraxmaq olacaqdı. Üz gözümdə isə o qədər də dəqiq memarlıq tələb olunmurdu. Azca krem, azca solğun dodaq boyası, vəssalam. 

Bunu bəhanə olaraq qəbul etməyin amma həqiqətən sadə üz makiajlı üzdən çox daha yaxşı görünürdü.

Sinif otağına girdiyim zaman bütün başlar bir anda mənə çevrilmişdi. 

Dərsə gec qalmağın əks təsirləri.

Amma təbii , burada tək səbəbin təkcə gec qalmışlıq olmadığını hamımız bilirik. Heç kəsin üzünə baxmadan bir başa yerimə keçdim. Yerimə oturmazdan əvvəl arxa tərəfdəki Fəridin mırıltılarını eşitsəm də şükür ki, nə dediyi qaranlıq qaldı. 

Ayşən bir az üzümə baxdı sonra telefonunu əlinə alıb nə isə etdi. Telefonumu əlimə alıb gülümsəyərək gözləməyə başladım . Təbii ki,  mesajın gəlməsi saniyə çəkmədi. 

Şişirdilmiş tərif bombardumanı.

İki dərs bitdikdən sonra hər kəs aşağı mərtəbəyə çağırıldı. Əyin başımı çəkişdirə çəkişdirə addımlamağa başladım. Hündürdaban ayaqqabı üzərində yeriyə bilmək kimi bir qabiliyyətim var idi ama paltarlarım həqiqətən narahat hiss etdirirdi. Niyə hər kəs mənə baxır, bəzi qızlar da  gözlərini süzdürürdü ? Ayşən qoluma girib mənlə bərabər addımlayır tez tez də həyəcanlanmamağımı tapşırırdı. Bütün dəhliz boyu müxtəlif əl işləri, aksesuarlar, rəsm əsərləri və güllər yerləşdirilmişdi. çox iştirakcı artıq yerlərini almışdılar amma hələ də öz işim gözümə dəymirdi. Sonra, ən mərkəzə, dəhlizin düz ortasına çatdıq. 

Orada idi. Mənim işim öz yerini alıb mənə doğru gülümsəyirdi. İçimdə qəribə bir duyğu seli yarandı. Ayşənin əlini sığallayıb ondan ayrılaraq öz işimin yanındaki yerimi aldım. Niyə mənim çəkdiyim şəkli düz mərkəzə qoymuşdular bilmirəm amma bunun o qədər də əhəmiyyəti yox idi. Əksinə, qürurlanırdım. Hər kəs sıra ilə dəhlizdə gəzir, əl işlərinə baxır, bir birlərinə bəyəndikləri şeyləri göstərirdi.

Mənim rəsmimin önündən keçərkən, əmin deyiləm, bəlkə də mənə elə gəlirdi amma hər kəsin üzündə eyni ifadə yaranırdı. Bir tərəfləri sanki təəccüblənirdi amma digər yandan nə isə bir şeydən narazı qalmış kimi idilər. Heç kim heçnə demirdi. Cəmi iki qız, böyük ehtimal rəfiqə idilər, rəsmi görər görməz açıq aşkar içlərini çəkib mat məəttəl bir neçə saniyə dayandırlar. Sonra mənə doğru baxıb

- Özün çəkmisən?

dedilər.

Ciddisiniz siz ?! Pərvərdigara..!

Nəysə ki, daha sonra təsdiqimi eşitdilər və bir ton tərif yağdırdılar. Sonra arxalarını dönüb getdilər amma bir müddət sonra yanlarında beş altı nəfərlə geri qayıtdılar. Yanılarında gətirdikləri adamlara əllərini uzadaraq rəsmimi göstərib heyran heyran baxmağa davam edirdilər..

Fikrim dağılmışdı. öz özümə deyirdim ki, adi sərgidə belə bu qədər həyəcan olursa gör bu işi peşəkar səviyyədə görsən və öz sərgini keçirsən nə olar.. Bir neçə saniyə sonra yenidən özümə gəldim. Hələ də rəsmimin qarşısında idilər amma yeni gələnlər  o iki qıza nə isə dedilər və qızların üzündəki ifadə bir anda ciddiləşdi.  Hamısı birdən narazı halda dağılışıb gedərkən arxalarında bir nəfərin dayandığını gördüm.

Artıq kim olduğunu bilirsiniz.

Onunla ilk ,pəncərə kənarında qarşılaşdığımız vaxtda olduğu kimi yenə dodaqları bir birindən aralı halda dayanmış, yanında dayandığım rəsmimə baxırdı. Əl ayağımın bir birinə dolaşdığını, təzə təzə keçməyə başlayan həyəcanımın iki qat artaraq geriyə qayıtdığını hiss edirdim. Gözlərini qısıb şəklin bütün hissələrini gözdən keçirirdi. Üzündə gördüyüm ifadənin adını tam olaraq qoya bilmirdim. Bu onun işi idi deyəsən. Öz hisslərini elə hala gətirirdi ki, istənilən insan ayırd etməkdə çətinlik çəkirdi. Sonra birdən, sanki bayaqdan bəri  şəkilə diqqətlə baxan insan o deyilmiş kimi baxışlarını mənə yönəltdi. Saçlarıma baxdı, sonra dodaqlarıma, sonra üzərimdəki paltara və ən sonunda da ayaqqabıma.

Sıfır ifadə ilə.

Sonra yenidən rəsmə geri qayıtdı amma bu dəfə gülümsəyirdi. 

Nə düşündüyünü bilmək istəyirdim, sual vermək,salamlaşmaq, necə olduğunu soruşmaq.. Niyə burada iştirakçı kimi olmadığını öyrənmək, niyə çəkdiyi şeyləri hər kəsdən gizlədiyini soruşmaq..Amma kilidlənib qalmışdım. O qədər qapalı görünürdü ki.. 

- Özümü başqasının gözündən görmək..

dedi nəhayət, əsrlər boyu davam edən susqunluqdan sonra. 

Bir şey de, Qəməər, bir şey de, cavab ver, ya da bir sual.Danış!

Tam bir söz demək üçün ağzımı açırdım ki, o yenidən cümləsini təkrarladı və danışmağa davam etdi

- Özümü başqasının gözündən görmək..Olduğum kimi..Bu qədər ildən sonra..Sadəcə olduğum kimi görmək..

- Mən..

Cümləmi tamamlamağımı gözləmədən  arxasını çönüb getdi..Və mən yanında dayandığım əl işimlə baş başa qaldım.. Üzərində onun simasını təsvir etdiyim əl işimlə..




ƏnDonde viven las historias. Descúbrelo ahora