Adsız Bölüm 69

4.3K 213 21
                                    

Ayşənlə görüşüb tez -tez parka , kinoya gedirdik. O , əsasən türk filmləri xoşlayırdı amma mən bucür filmlər izləyərkən sıxılırdım.Hamısı o qədər şablon olurdu ki..

Bəzən görüşlərə Toğrul da qatılırdı.. Onun hissləri nə aləmdə idi bilmirəm,amma ona həm də buna görə hörmət edirdim ki, mənim bu barədə cavabımı biləndən sonra bir dəfə də olsun bu mövzunu açmamışdı. Rahatımı pozacaq kiçik bir hərəkət etməmişdi.. Sadəcə bildirirdi ki, mən buradayam.İstədiyin zaman gəl.. Onu ümiddə saxlamaq istəmirdim. Bilirdim ki, onu sevə bilmərəm..Ürəyimdə o qədər kövrək bir yara var idi ki, üfürsəm də göynəyirdi.. Amma Toğrula dəyər verirdim. Həqiqətən..

Kənan arada mesaj yazırdı, necə olduğumu soruşur, hekayəsindən hissələr atır, bəzən də mahnılar göndərirdi.. Hər dəfə o , bunları edərkən gözüm dolurdu amma eyni zamanda gülümsəyirdim də.. Əslində , düzünü desəm ondan bu cür ayrı qalana qədər bilmirdim ki, onu bu qədər çox sevirəm..

Bəzən onu dəhlizdə görürdüm. Yanımda Toğrul və Ayşən ilə birlikdə onun yanından keçirdim.. Bir - birimizə baxıb gülümsəyirdik amma ikimiz də çox kədərli idik.. Və bunu ancaq ikimiz hiss edirdik.. Bilirdim ki, o da mənim üçün darıxır..Amma mənim onun üçün darıxdığım qədər yox..

Üzündəki ifadəni tanıyırdım.. Hər an ağlayacaq uşaq kimi baxırdı..Amma mən hələ də onunla yenidən danışmağa hazır deyildim..Beləcə bir ay keçdi..Artıq ağacların yarpaqları yaşıllaşmağa başlamışdı. Bəzən evdə tək başıma uzandığım zaman özümü Kənanın yerinə qoyub düşünürdüm. Əgər hər şey ortaya çıxsaydı..Əgər onun gerçək həyat hekayəsini hərkəs öyrənsəydi nə olardı ? Onun həyatını yaşasaydım necə olardım ? Düşünürdüm ki, mən Kənanam. Həmin vaxt ən az onun qədər qapanırdım içimə. Kimin üzünə baxsam özümü günahım olmadığı halda günahkar hiss edirdim. Bilirdim ki, keçdiyim hər yerdə mənim haqqımda danışılır. Həm də doğru olmayan şeylər..Belə baxanda, doğruları danışmaq kimə maraqlı olardı ki ? Yalan hər zaman daha cazibədar gəlirdi insanlara , çünki yalanı istədiyin qədər dəyişdirə bilirdin, böyüdüb kiçildə bilirdin, üçbucaq kimi hansı bucağından dartsan uzanırdı amma , qırılmırdı, formasını itirmirdi. Kənan olan zaman qulağıma fısıltılar gəlirdi..İnsanların gözündə xəstə, səfil bir adam idim.. İnsanlar xəstəliyim haqqında danışanda elə aura yaradırdılar ki, sanki bədənimin hansısa hissəsi zədəlidir deyə , digər mənəvi duyğularım da artıq yoxdur. Bu , görmə əngəlli birinin yanında dayanıb yüksək səslə onun görə bilməməsi haqqında danışmağa bənzəyirdi. Adam istəyirdi , qışqırıb desin ; Eey , mən buradayam.Sizi eşidə bilirəm !

Bu, həqiqətən dözülməsi çətin sınaq idi..Hələ - hələ bir kişi üçün..

Qəlbim Kənana nə qədər qırıq olsa da, içimdə ona qarşı ən azı bir ananın övladına bəslədiyi qədər mərhəmət hissi yaranmışdı.. Onu nə qədər hirslənsəm də bir dəfəlik kəsib ata bilməzdim..

Ona qarşı kin bəsləmək mənim üçün buzdan heykəl düzəltmək kimi idi.. Üzünü gördüyüm an hər şey əriyib yox olurdu..

İnsan dualarında yer verəcəyi insanı seçərkən diqqətli olmalı idi.. Ən azından əmin idim ki, o, bunun üçün doğru insandır..Nə olur olsun..

***

Havalar gedərək mülayimləşirdi.. Mayın ikisi idi. Dərs bitmişdi. Ayşən Əli ilə görüşəcəkdi deyə evə tək getməli oldum. Universitetin həyətindən tam çıxacaqkən biri arxadan qolumu tutdu. Ürpərərək geri çöndüm.. Bu..

ƏnWhere stories live. Discover now