..

5.7K 348 25
                                    

1 GÜN



 Anam qapıdan içəri girər girməz nələrinsə yolunda getmədiyini anladım. Normalda da gülərüz deyildi amma nə isə pis bir şey olanda (ümumi bədbəxtliyi xaricində yəni) bunu hiss edə bilirdim. 

Ayaqqabılarını elə ayaqlarının köməyi ilə çıxarıb hərəsini bir tərəfə tulladı.  yağış yağırdı və saçları tamam islanmışdı. Sanki orada deyilmişəm kimi üzümə belə baxmadan yanımdan keçib öz otağına girdi. Saniyə belə keçməmiş geri qayıtdı və qolumdan sərtcə tutub məni də otağa doğru sürüklədi. Nə olduğunu anlamağa çalışırdım və ürəyim çoxdan dəli kimi əsməyə başlamışdı. Anam qayğı göstərmirdi, soyuqqanlı idi bəlkə, amma mənə qarşı heç zaman belə sərt davranmazdı. Fiziki baxımdan.

Bir anda özümü aynanın qarşısında dayanarkən gördüm.Arxadan qollarımı sərtcə tutub " bax!" deyirdi. 

- Nə görürsən ?!

Bu sual, bu ayna və aynada gördüyüm əksim gördüyüm yuxunu xatırlayıb gülümsəməyimə səbəb oldu. Və görünən odur ki, bu reaksiyam anamı təəccübləndirərək duruxmağına səbəb olmuşdu.

- Nəyə gülürsən ? Sənə bir sual verdim

- Sual nə idi ?

Sual əlbəttə yadımda idi amma bu yolla da olsa anamla dialoqa girə bilmək gözəl idi. Həyəcanım yerini inanılmaz bir marağa vermişdi və bu oyun xoşuma gəlirdi.

- Dedim ki, nə görürsən ?

- Özümü

- Arxandaki nədir bəs ?

O özünü nəzərdə tuturdu ? Nə deməyə çalışırdı , nəyi başa salırdı öz zənnincə?

- Sə..ni..

- Hə.. Mən! Sənin anan ! İşə yaramaz, bədbəxt, sevilməyən biri. Bütün bu illər ərzində dörd divar arasında sıxılıb qaldım. Kim olduğumu unutdum ! Qadınlığımı..Qürurumu..Mənəviyyatımı itirdim ! Nəyə görə ? Kimə görə ?!

" Kimə görə ? "

Valideyniniz sizi , onun həyatını məhv edən bir  işəyaramaz olaraq görsəydi hiss etməli olduğunuz şey nə olmalı idi ? Günhakarlıq ? Axı nəyə görə ? Bir halda ki, onlar özləri  öz mənfəətləri üçün məndən istifadə ediblər. 

- Buna artıq dözə bilmirəm, Qəmər.

O,yenə yaxınıma gəlib üzünə yayılmış tuju ilə və soyuqdan quruyub dərisi soyulmuş dodaqları ilə, dibinin boyası azca gedən saçları ilə önümdə dayandı. Qollarımı tutub məni ola bildiyincə sərt şəkildə irəli geri salladı.

- Başa düşürsən ? Elə bu gün bu evdən gedirəm. Sənin də, o işə yaramaz atanın da canı cəhənnəmə ! Eşidirsən məni ?! Eşidirsən ?! Rədd olsun həyatımdan. Buna dözdüyüm bəsdir ! 

O qarderobunun bir yanından çemodanını çıxarıb əlinə gələni onun içinə tıxışdıran zaman sadəcə səssizcə dayanıb onu izlədim. Bir qadının düşdüyü bu sarsıdıcı vəziyyəti yaddaşımın ən qaranlıq yerlərinə həkk etdim. Əslində ona qarşı hiss etdiyim şey əsəbdən ziyadə minnətdarlıq hissi idi. Nəhayət ki, bir addım atır, həyatına davam edirdi. Dediyi sözlər vecimə deyildi. Onları ürəkdən demədiyinə əmin idim. Ən azından mənimlə bağlı olan hissəsini.

Aynanın önündə dayandı və üz gözünü təmizlədi. Saçlarını qurutmadan yığdı və üzünə yenidən pudra vurub tuj izlərini itirdi. Bir də ətirindən yaxşıca vurub yenə yanımdan üzümə baxmadan keçdi. Ona tərəf dönmədim. Qapıya yönəlməsini , qapını çırpıb getməsini izləmək istəmirdim. Sadəcə bir sualım var idi..

- Biri ilə gedirsən ?

O qəflətən dayandı. Nə mən ona tərəf çöndüm,  nə də o. Cavab belə vermədən qapını gözlədiyimdən də möhkəm çırparaq pilləkənlərlə aşağı endi. Mətbəx pəncərəsinin önünə keçib onun binadan çıxışını və aşağıda gözləyən Jeep'ə minərək əsarətindən qaçmasını izlədim..

ƏnWhere stories live. Discover now