Adsız Bölüm 27

4.3K 298 12
                                    

- Səncə nə baş verib ? Yəni bu qədər böyük nə olmuş ola bilər ki?

- Bilmirəm, Qəmər, amma hər nə olubsa insanların hamısı ona qarşı çıxıb. Öyrənməyə çalışacam. Narahat olma. Amma gördün nə gözəl ifa edirdi ? Uşağın əlindən də hər şey gəlir aa..

Ayşən böyrümə xəfif disrək atıb güldü.

Hazırlıqlar bu günlük bitmişdi. Ayşən təbii ki, seçilmişdi və iştirak edəcəkdi. 

Ayşənin ifası sonuncu çıxış olduğundan ifası bitər bitməz zaldaki demək olar hər kəs dağılışdı.  Kənan səhnənin arxasına qayıdıb gitarasını qabına yerləşdirərkən Ayşən pıçıltı ilə nələrsə deyib məni əli ilə yanına, səhnənin önünə çağırdı. Tərəddüd içində " sus " işarəsi edərək yanına getdim və pilləkanların yardımı ilə səhnəyə çıxdım. Ayşəni qucaqlayıb təbrik etdim. Əlləri buz kimi idi. Amma görünür həyəcanını gizləmək məsələsində məndən çox daha yaxşı idi.

Qulağıma tərəf əyilib fısıldadı:

- Onu gördün? İnana bilirsən ?

- şşş

Kənan gitarasını çiyninə taxıb yanımızdan keçərək zaldan çıxmağa çalışırdı. Ayşən " ıı" dedi yüksək səslə. Cümləsinə başlamazdan əvvəl qoluna vurub susmasını istəyəcəkdim amma gecikmişdim

- Əla idi, çox sağol !

Kənan Ayşənin ona səsləndiyini bir iki saniyə gec anladı , şübhə içində geriyə çevrilib Ayşənə baxdı. Sonra yenə o tanış gülümsəməsi təşrif buyurdu aramıza.

- Önəmli deyil. Səsin..Əla idi !

Ayşən utansa da eşitdiyi tərifin ürəyinə necə yayıldığını hiss edə bilirdim. Kənanın gözləri mənimkilərlə birləşdi amma niyəsə gülümsəməsi soldu. Sonra yenidən ikimizə baxıb gülümsəyərək arxasını çönüb getdi.

Həmin gün ora necə , çıxışı olmayacağı halda niyə gəlmişdi bilmədik amma hər halda orda idi..

Məni narahat edən tək şey bilinməzlik idi. Bir şey var idi bizmədiyimiz. Və öyrənmək üçün rəsmən içim içimi yeyirdi..

O qədər halsızlaşmışdım ki, evə zar zor çatdırdım özümü. Başım dayanmadan fırlanırdı. Bu da qızdırmam olduğunun xəbərçisi idi. Lap uşaqlıq vaxtından bu cür olurdum. Nə vaxt hərarətim olsa gözlərim qaralır, ətrafı görə bilmir, çox vaxt elə olduğum yerə yıxılırdım. Çarpayımı güclə tapdım . Evdə dərman yox idi. Bizim evə dərman demək olar girməzdi.

Açıq havada daha yaxşı hiss edirdim amma evdəki istilik niyəsə ard arda asqırmağıma səbəb olur, başım daha da ağırlaşırdı. Gözlərimi aça bilmir, şiddətli dərəcədə üşüyürdüm. Yorğanımın altına girib yenə dünənki kimi uzandım. Amma bu dəfə yuxumun gəlməsində bir qəribəlik vardı. Sanki isti, qaynar bir şey məni udur, içinə çəkirdi. Saatlar keçmişdi deyəsən çünki atam məni sarsaraq oyatmağa çalışanda pəncərədən havanın qaraldığını görmüşdüm. Gözlərim tam açılmır, huşum aydın şəkildə yerinə oturmurdu. Görüntüləri kəsik kəsik görürdüm. Atamın siması başımın üzərində gah aydınlanır, gah bulanırdı. Sonra bir yüngüllük hiss etdim. Havaya qalxmışdım. Böyük ehtimal atamın qucağında idim və bir az keçdikdən sonra yanaqlarıma dəyən sərin külək artıq çöldə olduğumuzun işarəsi idi. harasa gedirdik.. Son gördüyüm şey maşının içərisində yanan sarı işıq oldu..Sonrası qaranlıq..

Gözümü açanda otağımda tək başına idim. Bədənim yüngülləşmişdi. Səhər açılmışdı və pişiyim otağın içərisində dövrə vururdu. İçəri otaqlardan addım səsləri gəlirdi. Atam tək deyildi. Bir anlıq heçnə xatırlaya bilmədim. Kim olduğumu , harada olduğumu.. Sonra rəsmlər yerinə oturmağa başladı. Bir ara gözlərimi xəstəxana otağında açmışdım. Qoluma iynə vurulurdu və burnumda xəstəxana dəhlizlərinə xas qoxu var idi. Sonra gözlərimi açanda bir tibb bacısı gülümsəmişdi. Sonra BİRİNİN ÇİYNİNƏ SÖYKƏNMİŞ VƏZİYYƏTDƏ BİR MAŞININ İÇİNDƏ YOLDA GEDİRDİK. İNDİ isə evimdə idim. 

ƏnDove le storie prendono vita. Scoprilo ora