Səhər açılanda və gözlərimi açanda yerimin içində tək başına idim..
Şənbə günü idi ..Və bu gün az da olsa özümü toplamalı idim..Sabah şənlik var idi..Ayşənin yanında olmalı ,dəstək çıxmalı idim..Kənanla danışmalı, ona qarşı incik olmadığımı və hələ də dost olaraq qaldığımızı deməli idim..Bu hər nə qədər yalan olsa da , inanmağa çalışırdım ki, zamanla həqiqətə çevriləcək..
İsti vanna qəbul edib bədənimin rahatlamasına icazə verdim..Saçlarımı qurulayıb, gözlərimin üzərinə dəsmala bürüdüyüm bir ovuc buz qoydum..
Üzümə nəmləndirici krem vurub soyuqdan yaranan qabıqların yox olmasını izlədim..
Aynanın önündə oturub dəqiqələrlə özümə baxdım..Üzümə toxundum, yanağıma..istidən qızaran dodaqlarıma..
Paltarlarımı geyinib iki -üç tikə yemək yedim və notebook'u açıb "Game of Thrones" serialının birinci sezonunun birinci bölümünü izləməyə başladım..
Və izlədiyim andan etibarən o qədər maraqlı gəlmişdi ki, filmdən ayılanda birinci sezonun sonuncu bölümünü izlədiyimin fərqinə vardım..
Gün keçib getmişdi və heç bir ağrı hiss etməmişdim. Şükürlər olsun..
Təşəkkürlər,Kənan..
Sonuncu bölüm bitəndə saat axşam on iki idi. Və hələ də Kənana cavab yazmamışdım..Telefonu əlimə aldım . Söhbəti çox uzatmaq və olanları təkrar - təkrar xatırlamaq istəmirdim. Sadəcə bir cümlə yazıb telefonu bir kənara qoydum.
" Sabah zalda ol , söz vermisən ! "
***
Sabah tezdən oyandım. Universitetdəki tədbir bitdikdən sonra onsuz da evə geri dönəcəkdim. Bu səbəbdən üstümə rahat şeylər geyinib,saçımı da yuxarıda topladım. Yağış çiskin halında yağırdı. Amma yenə də papaq taxmaqda fayda var idi çünki evə gəldikdən sonra yenidən saçımı yuyub qurulamağa həvəsim yox idi. Hava tam işıqlanmamışdı, bu vaxtlar evdə olmamaq insanın içini ürpədir. Küçələr adətən boş olsa da hər an hər köşədən biri çıxacaqmış kimi hiss edirsən. iti addımlarla dayanacağa doğru addımladım. Şükür ki, çox gözləmədən avtobus gəldi. Atamın tək istirahət günü bazar günü olduğundan onu oyatmaq istəməmişdim. Tədbirləri bazar gününə salmaq hansı ağıllının fikri idi görəsən?
Zalın qapısını açar açmaz səhnədə sağa sola qaçışan tələbələrlə qarşılaşdım. Hələ tədbirin başlamasına bir saatdan çox vaxt var idi. Son hazırlıqlar tamamlanırdı. Səhnənin bir ucunda insanlar replikalarını əzbərləməyə çalışır, bəziləri mikrofonları yoxlayır, bəziləri də səhnə aksesuarlarını qaydaya salırdı. Ayşən böyük ehtimal səhnə arxasında idi. Mən arxa qapıdan gəlmişdim deyə səhnəyə qədər yeriməli oldum. Təxminim doğru çıxmışdı çünki, səhnənin arxasına keçməyimlə Ayşənin boynumu qucaqlaması bir oldu.
- Çox sağol ki, tez gəldin. Qəmər, deyəsən bacarmayacam. Mahnının sözlərini unuduram.
- Ay qız, bəsdi görək ! Həyəcanlanmalı nə var ? Hər gün gördüyün insanlar olacaq. Sadəcə çıx və onları təəccübləndir !
- Burda olacaqsan ?
- Əlbəttə burda olacam !
- Yox, yəni səhnə arxasını deyirəm
Sual məni düşündürdü. Gözlərim zalın oturacaqlarını və qapısının önünü axtardı. Heç kim yox idi.
- Bilmirəm hələ. Tədbir başlasın, görək nə olur.Amma ola bilsin oturanların arasında oldum
- Kənan gələcək?
Gözlərimi Ayşəndən qaçırıb çiynimi çəkdim. Ayşən bir söz demək üçün ağzını açsa da kimsə onu çağırdı.
- Get, get, narahat olma. Hər şey yaxşı olacaq. Hələki buralardayam
- Yaxşı
Yanağımı həvəslə öpüb arxadaki qızın yanına qaçdı. Dayanıb arxasınca baxdım. Ayşən son iki ayda olduqca çəki itirmişdi və mən onu bu gün həmin mavi rəngli paltarda görməyənə qədər bunun fərqinə varmamışdım. Uzun,dalğalı saçlarını açıq buraxmış, sağa sola sovururdu..
Onda gördüyüm bu dəyişim üzümü güldürmüşdü. Sol tərəfimdə dayanan qız şeirə bənzəyən nəyisə təkrarlayaraq ayaqqabısının üzərindəki qaşlara toxunurdu. Şeir tanış gəlmirdi, böyük ehtimal bu da öz müəllimləri haqqında yazılan nə isə məzəli bir şey idi.