Yatmaq istədim amma alınmadı. Bir az gərnəşib ayağa qalxdım və rəsm çəkmək qərarına gəldim.. Elə xüsusi şeylər deyildi..Cızma qara.. Son zamanlar o qədər qarışıq idim ki, rəsm işlərinin başını buraxmışdım. Amma çəkməyə başladıqca bunun üçün necə darıxdığımı hiss edirdim.. Rəsm çəkmək, karandaşın ucunu kağız üzərində hərəkət etdirmək həqiqətən ruhuma dərman idi..
Novruz bayramı üçün yenə şənlik var idi. Keçən dəfəki kimi Lido restoranını tutmuşdular. Çünki sinifdən birinin tanışı idi restoran sahibi. Və bu da qiymətləri daha münasib edirdi.Ümid edirdim bu dəfə gedə biləcəm. İstəyirdim Kənan da gəlsin amma o bizim qrupdan deyildi deyə bunun düzgün olmayacağını deyirdi. halbuki, istəyənlər yanlarında qrupdan olmayan rəfiqələrini,hətta qohumlarını gətirirdi.Əsas o idi pulunu əvvəlcədən ödəyəsən. Bu barədə onu razı salmağa çalışacaqdım amma ümidim yox idi..
Həm də bu gün olanlar..Nə qədər gözəl bitən gün olsa da bəzi şeyləri görməzdən gələ bilməzdim..Üstələyə bilməzdim..Onu bezdirmək istəmirdim.Özümü gözdən salmaq da..Amma ..
Nə edəcəyimi bilmədim və qərar verdim ki, bir filmə baxım. Game of thrones bitmişdi çoxdan və yeni sezon hələ çəkilirdi. Ona görə, Kənanın keçən dəfə danışdığı filmi izləyəcəkdim. Tam adını xatırlamırdım amma 1+1 yazan kimi google,sağolsun, filmi tapdı..
Həqiqətən çox gülmüşdüm,amma ağlamışdım da. Əla film idi. Orada əngəlli adam baxıcısına deyir
- İflic bir adamı harada tapa bilərsən?
Baxıcısı da cavab verir ki,
- Bilmirəm.Harada ?
Kişi də cavab verir ki
- Ən son gördüyün yerdə
Bilirəm, bucür cümləyə gülmək heç doğru deyil amma həqiqətən filmin həmin hissəsində çox gülmüşdüm. Hə, bir də tablo alma hissəsində.
Filmlər çox zaman vaxtın necə keçdiyini unutdururdu. Bu,əsasən bir şeydən qaçırsansa işə yarayırdı.
Amma bəzən elə olurdu ki,qaçdığın şeyləri daha çox xatırladırdı..
Əsasən sevgi filmlərində bu cür olurdu..Sən normal həyatda adi bir səbəbə görə əli qolu bağlı vəziyyətdə otururdun, əlacın olmurdu.Amma filmin birində adam dünyanı dağıdıb ən sonunda əlində tutduğu bir buket çiçəklə qızın qapısını döyürdü. Bax o vaxt , o adamı da,qadını da lap elə o filmi çəkən rejissoru da söyüb filmi bağlayırdın.
Bu aşiq olma işi həqiqətən axmaq bir şey idi. ən adiyyatsız şeylər belə sənə onu xatırladırdı. Durduq yerə gözün dolurdu. Yeniyetmələr kimi dəqiqəbaşı haldan hala girirdin.
Ən qərarlı olduğun məsələlərdə belə " bəlkə ?" sualı yaranırdı. Nə bilim..
Amma o ki, bir yerdə görürdün, lap elə adicə şəklinə baxmaq olsun..O üzü, gülümsəməni və ya ciddi bir ifadəni gördüyün an " hər şeyin canı cəhənnəmə" deyib dəli kimi ağlamağa başlayırdın.. Ya da dəfələrlə iç çəkirdin..Ən pisi də elə o olurdu..
MObil telefonumun ekranında Kənanın şəklinə kim bilir neçənci dəfə idi baxırdım.. Uzun saçlarına, ağ, solğun dərisinə, çənə sümüyünə toxunan barmaqlarına baxıb səfeh kimi gülümsəyirdim.. Bəzən dəli kimi öz özümə danışırdım hətta.. Kim ki, deyir uşaq vaxtı ya da gənclkən olan şeylər gəlib keçici şeydi, məndə gözünün içinəcən yalan danışırdı..Elə ən saf, ən duru,ən dolğun sevgilər bu yaşlarda yaşanırdı.. Vallah doğru sözümdür..İşin içinə ki,nəfis girdi,ehtiras girdi sehir pozulurdu.. İnsanlar onda da sevirdilər bir - birlərini amma belə yox..
Onun şəklini ekranda hər görəndə içimə uşaqca sevinc dolurdu..Sanki hansısa nağıl kitabındaki bir səhifəni çevirirsən və səhifənin arxasında qarların arasında işıqları yanan, isti,güvənli , balaca bir ev görürsən..
Bilirsən ki,orada sənə heç bir zərər gəlməz..
Böyüklərin hansı bucür hiss edir sevdiyi insanın şəklinə baxanda ?
Uzaq başı, " burada nə cazəbədar düşüb" deyə düşünür, sonra da yatmazdan əvvəl onu xəyalındaki fantaziyaya dəvət edirdilər..
Kənanın üzünə hər baxanda özümə içdən içə bir söz verirdim..Bütün dünyaya inad, böyüklərə inad, yaraşıqlı oğlanlara və o bərbəzəkli qızlara inad..bütün rəngli gözlərə ; mavilərə,yaşıllara, qaralara inad..Onun ekranda gördüyüm gözlərinə hər gecə verdiyim söz var idi..
" mən ən gözəl səni sevəcəm, qəhvə rəngi.."
;line-I�� �R