Adsız Bölüm 33

3.7K 305 10
                                    


Vəziyyətin bir anın içində tamam dəyişməsi necə qəribə haldır.. Bir an üçün çox xoşbəxt olursan sonra bir çönüb baxırsan ki, hər şey toza qarışıb, uçub gedib həyatından.. O gün atam evə gəlincəyə qədər gözümü qırpmadım. Yerimin içində, dizlərimi qucaqlayıb keçmək bilməyən dəqiqələr boyunca ağladım.. Beynimdəki suallar bütün varlığımı qəddarcasına qamçılayırdı..

Birdən gəlmədi? Ya bir də heç vaxt qayıtmasa ?

Bir uşağın tək qorxusunun valideynləri olması nə böyük bədbəxtlikdir.. Bütün həyatım, güvənim incə sapdan asılı idi.. Hər an qopmağa hazır, lənətə gəlmiş nazik bir sap!

Onu yeni tapmışdım..Eyni evdə yaşasaq da atamı yeni tapmışdım..Belə tez itirmək dözülməz sancı verirdi.. Onu itirmək istəmirdim..itirmək istəmirdim..

Qapı kilidinin səsini eşidər eşitməz var qüvvəmlə içimi səkdim və dərhal əlimlə ağzımı qapadım. Gözlərimdən axan yaşların sürəti iki mislinə çıxmışdı..

Gəlmişdi..

Ağzımı yastığa qapayıb hıçqırıq səslərimi boğmağa çalışırdım. Sonra atam yanıma gəldi. Otağım qaranlıq olsa da nəfəs nəfəsə qalışımdan ötrü oyaq olduğumu anlayıb işığı yandırdı. Və məni görər görməz solğun üzündəki inciklik ifadəsi yumuşaq qayğı ilə əvəz olundu..Yanıma gəlib məni bağrına basarkən susdu..

Onu içimə çəkmək istərcəsinə qucaqladığım, dönə dönə..dəfələrlə üzr istədiyim zaman sadəcə susdu..

Sakitləşirdim. Gərginliklə saatlarıdr sıxdığım bədənim atamın qolları arasında yumuşalır və bu , bədənimin birdən birə tonlarla ağırlıq daşımış kimi yorğun düşməsinə səbəb olurdu.

- Qəmər..

- Ata - əlinin birini iki ovucumun arasına aldım - bilirəm.. bağışla..axçaqlıq etdim..uşaqlıq etdim..etdiklərim həddən artıq idi,

amma..sizi burda görməyi, üz üzə qalacağımı düşünməmişdim. otağıma girdiyini düşündükcə artıq tamamilə səni məndən aldğını, aramızda heç bir bağ qalmadığını düşündüm. ona hər şeyi edə bilmə ixtiyarı verdiyini, hətta istəsə məni gözardı edib, heçə saya biləcəyini..və sənin bunlara səssiz qaldığını..

- Qəmər..Sən nələr danışırsan? Yəni həqiqətənmi mənim belə alçaq biri olduğumu düşünürsən ? mən elə bilirdim bir artıq bir birimizi anlayırıq. Zənn edirdim ki,artıq mənə inanırsan..Sənə yaxşı ata olmaq üçün çabaladığımı görürsən..

Qaçlarını çatdı amma bu hirsdən deyildi..Daha çox bir insanın " harada səhv etdim görəsən ?!" deyə öz özünə sual verdiyi ana bənzəyirdi..

- Mən sənə inanıram..Ata,mən..Səni itirməkdən qorxuram..Digərləri vecimə deyil..Mən sadəcə səni..

- Məni itirməyəcəksən..Mən hər zaman yanında olmağa hazıram.Sadəcə istəyirəm bir az daha - doğru sözü tapmaq üçün bir neçə saniyə gözlədi - təmkinli olasan..

- bu gün niyə burda idiniz ?

- Ləmanı həkimə apardıq, sonra işə gedəcəkdik və evdən bir iki şey götürəcəkdim. Ona görə bura döndük. Lamiyə də evə bir əl gəzdirmək istədi. Mən etiraz edim buna ehtiyac olmadığını desəm də, onun bunu həqiqətən istədiyini gördüm..Qəmər, o pis insan deyil..onu sevməyə məcbur deyilsən, bunu sənə dəfələrlə demişəm..Amma o, Ləmanın anasıdır.Bir az daha..Hörmətlə yanaşsan..Yəni əlbəttə mən bunu onun özünə də demişəm.Sənin üçün nə qədər çətin olduğunu..O səni incitmək istəmir.Sadəcə istəyir onu tanımaq üçün ən azından bir şans verəsən..Bəza zamanlarda üz tuta biləcəyin, güvənə biləcəyin bir insanın olmalıdı..Ailən olmasa belə, onları əvəz edəcək, ən azından sənə səmimi gözlərlə baxan biri..

Onun köməyinə ehtiiyacım olmadığını demək istəsəm də özümü tutdum.Üzündən anladığım qədərilə bu gün atamı həqiqətən utandırmışdım. Sonra düşündüm..Bir halda ki,atam ona bu qədər güvənir..

Yox, onunla ünsiyyət quracaq deyildim ! Bəlkə də başqa biri olsaydı onu hətta sevərdim də..Amma atamın həyatındaki qadın idi..Və o mənim anam deyildi !

İşin gülməli tərəfi isə öz anamın məni atıb getmiş olması idi..




ƏnDove le storie prendono vita. Scoprilo ora