Sərginin sonlarına yaxın atam universitetə çata bildi. Mən artıq onu görmüşdüm və uzaqdan məni necə maraqlı gözlərlə axtardığını izləyə bilirdim. Bütün sərgi iştirakçılarını gözdən keçirib tanış sima axtarırdı. Sonra gözlərimiz toqquşdu və ikimizin də gülümsəməsi dərinləşdi. Atam yanıma gəlib bir baş yanımdaki portretə baxdı.
- Qəmər, bu əla alınıb !
Heçnə demədim amma sabahdan bəri yaşadığım bütün o qarışıq hisslər, həyəcan , bu cümlə qarşısında solda sıfır qalmışdı..Atamın üzündə gördüyüm o heyranlıq ifadəsi içimə tək bir duyğu doldurmuşdu..
Qürur..
Özümlə qısa bir anlıq da olsa fəxr edə bilmişdim.. SOnra sərgi bitdi və evimizə qayıtdıq. İşlərimiz sərgidə qaldı. Böyük ehtimal bir çoxu geri qaytarılacaq ən çox bəyənilən parçalar universitetin bir köşəsində bir neçə günlük də olsa tamaşaya qoyulacaqdı..
Atamla birlikdə evə çatar çatmaz məxtəbə girişdik. Birlikdə yemək hazırlayıb yaxşıca yedik, sonra da hərə öz otağına çəkilib bir neçə saat dincəldi.
Təbii ki,bundan əvvəl vanna otağına gedib üzümdəki "maska"dan xilas oldum. Köhnə görüntüm geriyə qayıtmışdı amma bundan zərrə qədər narahat olmurdum.
Başımı yastığa qoyar qoymaz yuxuya getdim..
Qaranlıq bir boşluğa doğru sürətlə dartılırdım amma heç cürə yerə çırpılmırdım. Sonra bir anın içində ayaqlarım üzərində dayandığımı hiss etdim. Üzümü görmürdüm amma əllərim saçlarımda gəzirdi. Sonra əllərimi irəli ozadıb tutunmağa bir şey axtardığımın fərqinə vaxrdım. Yuxumda göz qapaqlarımı qısıb bir işartı, görüntü axtardığımı hiss edirdim. Sonra əlim bir şeyə toxundu. Buz kimi , sərt amma divardan fərli olaraq səthi dümdüz bir şey idi.. Diqqətimi daha da topladım və qarşımda özümü görüb arxaya doğru sıçradım.. Baxdığım şey ayna idi. Sonra bir az daha geriyə doğru addımlayıb ona uzaqdan baxdığım zaman bunun bir göz olduğunun fərqinə vardım.. Və gözlərimi açdım.. Eyni yuxunu görmüşdüm yenə..Bunun mənası nə idi ?
Oyanmışdım amma qalxmaq istəmirdim.Oxumalı olduğum dərslər olsa da ayağa durmaq bütün bu cansıxıcı şeylərlə vaxt keçirmək istəmirdim. Birdən atam qapımı çalıb başını içəri uzatdı.
- Qəmər, bir təklifim var
- Nə olub ?
- Parka getmək istəmirsən?
- Nə ?
- Sənə demək yadımdan çıxdı.. Bu gün Ləmanın ad günü idi. Sərgidən çıxdığımız vaxt yadıma düşdü. Deyirəm bəlkə onu evindən götürüb bir yerə aparaq ? Parka məsələn?
Ad günü..Bir dəfə də olsun qeyd etmədiyim gün.. Heç kəs doğulduğum günə görə özünü xoşbəxt hiss etməmişdi və indi öz atam digər qızına ad günü programı hazırlayır, üstəgəl də bunda mənim də iştirak etməyimi istəyirdi..
- Axı hədiyyə almamışam..Yəni..
Hədiyyə? Mən nə danışırdım belə ? Ona niyə hədiyyə alasan ki ?! Hələ nəyi sevib sevmədiyini belə bilmirsən !
- Bunu dərd etmə. Yolda bir şey fikirləşərik. Yəni razısan ? Həm sənin üçün də dəyişiklik olar
Hə, mənim üçün böyük dəyişiklik olacaq, orası dəqiqdir..
Bu sabahkinin əksinə indi əynimi ola bildiyincə qalın geyindim. Amma yenə də çölə çıxanda üşüdüyümün fərqinə vaxrdım. Bu soyuqda nə park ? Atama bunun yaxşı fikir olmadığını deyib, hansısa bir restorana getməyin Ləmanın səhhəti baxımından daha doğru qərar ola biləcəyini bildirdim. Dərhal da razılaşdı.