Adsız Bölüm 16

5K 316 23
                                    

Bir qızı daha var.. Atamın bir qızı daha var. Cümləsi bitər bitməz masadan qalxıb otağıma qaçdım. Atam ardımca gəlib qapımı döydü və çox sakit səslə adımı səsləməyə başladı.

- Qəmər, gəl danışaq. Sənə hər şeyi başa salacağam

 Hıçqırıqlarım məni o qədər boğurdu ki, deyil danışmaq, nəfəs ala bilmirdim belə

- Qəmər.. Xahiş edirəm, gəl bir az daha məni dinlə..

- Get burdan ! 

- Qızım..

- Qızım demə mənə ! 

Atam bir söz daha dedi amma bunu o qədər asta səslə demişdi ki, səsi havada asılı qalmışdı. Üzümü yastığıma basdırıb öyüyənə qədər ağladım. Bir qızı daha vardı.. Demək bu qədər müddət ərzində bütün sevgisini, vaxtını ona bəxş etmişdi. Bizdən hər gedəndə onun yanında yatmışdı. Mənim atam ona daha çox atalıq etmişdi.. Mən gecələr boyu ildırımdan qorxub ağlayanda, çarpayımın altında var olduğuna inandığm canavarlardan qorxub səssiz səsiz hıçqıranda o digər qızını ovutmuşdu.

Məni sevməmişdi.. Bir zərrə sevgiyə möhtac olan məni vecinə belə almayıb, onun saçlarını hörmüşdü. Onu parka aparıb gəzdirmişdi. Birlikdə yemək yemişdilər, dost idilər, oyun oynayırdılar ! Bütün uşaqlıq dövrümü onu gözləyərək keçirmişdim, başqa birinin uşaqlıq dövrünü bəzəməklə məşğul olduğunu bilmədən..

Ölmək istəyirdim..  Bu qədər lazımsız olmaqdansa kainatın içərisində yoxa çıxmaq istəyirdim.. Əriyib səmaya qarışmaq, günəşə yaxınlaşıb isinmək istəyirdim.. 

 Bir saata yaxın zaman keçdi və az da olsa sakitləşdim. Gözlərim o qədər şişmişdi ki, ətrafımdaki hər şeyi  sanki bir çizginin ardından görürdüm. Qalxıb oturdum. Ev səssiz idi. Bir an içində ürəyim qorxu ilə alışıb yandı. Getmişdi ? Atam getmişdi ? Yenə o qızın yanında idi ? Məndən bezib bir dəfəlik getmişdi ?

Özümdən asılı olmadı ağzımdan yüksəs səslə " ata " sözünün çıxması. Gözlərim yenidən dolmuşdu və səsim getdikcə boğunuq çıxırdı.. Otağımdan tələsik çıxıb dəli kimi yenə mətbəxə qaçdım..

"Ataa! " 

Hönkürə hönkürə ağlayır , titrəyən bədənimi güclə hərəkət etdirirdim

- Qəmər ?

Atam arxamda dayanmış, üzünə qəribə ifadə yerləşmişdi. Kədərli görünürdü, ən az mənim qədər kədərli.. Qaçaraq belini qucaqlayıb daha möhkəm ağlamağa başladım

- Ata, getmə, yalvarıram,  sən də buraxma məni.. Sən də getmə..

- Körpə balam, səni buraxıb hara gedərəm ? Ağlama, heç yana gedən deyiləm, eşidirsən ? 

Çiynimdən tutub üzümə baxmaq istədikcə onu daha çox qucaqlayır, ayrılmağa cəsarət etmirdim.. Mənə inanmasını istəyirdim. özümü inandırmağa çalışırdım. Onu həqiqətən sevdiyimi bilsin, ona dəyər verdiyimə əmin olsun istəyirdim..

- Qəmər, sakitləş, sən Allah ağlama.. Gəl otur, gəl.. Yox , gəl əvvəlcə üzünü yuyaq. Gəl mənimlə..

Vanna otağının qapısını açıb mənimlə birlikdə içəri keçdi. Soyuq su ilə üzümü yuydu. Burnumu çəkə bilmirdim , özümü saxlaya bilmirdim. Qusmağa qaşladım . Atam saçlarımı əlinə yığıb kürəyimi sığalladı. 

Utanmışdım. 

 Bir müddət daha üzümü yuyub ənsəmi isladaraq sakitləşməyimi gözlədi. Üz gözümü qurulayıb mənə baxdı. Gözlərinə baxa bilmir, nəfəsimi tarazlamağa çalışırdım. Məni yenidən qucaqladığı zaman ürəyinin necə sürətlə döyündüyünü eşidə bilirdim artıq. Kaş ora girə bilsəm dedim öz özümə.. Kaş qəlbinin içinə girib ömür boyu orada qalsam..

İki saat keçdi. Heçnə danışmamışdıq. Atam özümə gəlməyim üçün hər şey edir, aldığı şirniyyatlardan öz əli ilə yedirdirdi. Bir az tv izləyib sonra da hazırladığı borşu yedik. Ağladıqdan sonra bədənim o qədər üşüyürdü ki, atam məni bir adyala bürümüşdü.  Yemək içimi yaxşıca isitdi və birdən göz qapaqlarım ağırlaşdı. Yuxum gəlirdi amma yatmaq istəmirdim.  Atama baxdım.  yuduğu qabları yerlərinə yığırdı. 

- Neçə yaşı var ?

O , əlini saxladı. gəlib yanıma oturub alnımdan öpdü. əlimi ovucları arasında saxlayıb gülümsədi.

- üç 

- anamın bundan xəbəri var idi ?

Atamın üzü soldu

- Bundan əmin deyiləm

- Bəlkə o..

- Yox, buna görə getməyib.  Anan bundan əvvəl aşiq olmuşdu

- Aşiq ? Yəni o adama aşiq olub ?Sən hardan bilirsən ? 

- Baxışlarından başa düşmüşdüm. İş yerində tanış olmuşdular. Bir dəfə qarşılaşmışdıq. Bizi tanış etdi amma sadəcə iş yoldaşı olduğunu deyərək. təbii ki, bunun sadəcə iş münasibəti olmadığını ona baxdığı zaman anlamışdım..

- bundan necə əmin ola bilirsən ?

- O baxışı tanıyırdım, çünki.. Vaxtilə mənə də o cür baxmışdı..

- Bəs sən ? Yəni o qadın kimdi ?

- Bu biraz qarışıq məsələdi..  Mən onunla əvvəl qaldığımız binada tanış olmuşdum.Üst mərtəbədə qalırdı. Əri ölmüşdü və tək yaşayırdı..

- Adı nədi ?

- Lamiyə

- Uşağı soruşuram

- Hə.. Ləman

- Ləman..

- Qəmər, mən səni onu sevməyə məcbur edə bilmərəm. Amma unutmamalısan ki, bütün bu olanlar onun günahı deyil.. 

- Bəs o bizimlə yaşasa anası buna nə deyəcək ?

- O bizimlə həmişəlik qalmayacaq, sadəcə arada bir..

- Bəs siz.. Yəni münasibətiniz.. Belə qeyri qanuni..

- Bunları düşünmək üçün hələ vaxtımız var. Onun məndən hansısa tələbatı yoxdur.. Qəmər, o yaxşı insandır, inan mənə tanısan sevərsəm.. Amma dediyim kimi buna heç bir məcburiyyətin yoxdur..

Yediyim dırnaqlarıma baxırdım.  indi də barmaq ətrafımdaki ətləri didişdirməyə başlamışdım.

- Onu görmək istəyirsənmi?

- İndi ?

Təəccübdən donub qaldım

- Canlı olaraq demirəm ki.. Şəklini görmək istəsən..

Çiyinlərimi tərpədib cavab vermədim. Atam saçlarımdan öpüb içəri otağa getdi və pul qabı ilə geri qayıtdı. Pul qabını açıb içəri gözündən bir şəkil çıxardı..

Onun şəklini yanında daşıyırdı..

Şəkli mənə uzadıb gülümsədi. Əllərim titrəsə də özümə hakim olmağa çalışırdım. Gözlərimi şəklin üzərində gəzdirdim. Bu , bap balaca, ön dişləri mırıq, sarı saçlı bir şey idi..Gülürdü və mırıq dişləri arasından dili görünürdü  və gözləri güldüyü üçün ensiz çizgi şəklində idi. Saçları günəş kimi parlaq, dərisi ağappaq,siması gözəl idi.. Saç rəngini böyük ehtimal anasından götürmüşdü. Əynində mavi rəngli don var idi və çiyinlərinə mələk qanadı taxmışdılar. Atamın onu sevməməsi imkansız idi.. O elə şirin idi ki...

Heçnə demədən şəkli atama qaytardım və başımı atamın çiyninə qoydum. Atam əlini digər çiynimə qoyub məni özünə çəkərkən pul qabı qucağında açıq vəziyyətdə dayandı. Orada bir şəkil daha vardı..

Bu mən idim..





ƏnHikayelerin yaşadığı yer. Şimdi keşfedin