Adsız Bölüm 62

3.1K 221 30
                                    

Novruz bayramı üçün təşkil olunan şənliyə gedə bildim. Kənansız.

Yeni ildə geyinmək üçün aldığım qara donumu geyindim. Bədənimə yaxşıca otururdu deyə qum saatını xatırladan belimi ortaya çıxarmışdı. Heç içimdən gəlmirdi getmək amma yenə də daha yaxşı seçimim yox idi. Kənanı nə qədər razı salmağa çalışsam da alınmadı. Eyni şeyləri təkrar - təkrar yaşamaq istəmədiyini, eləcə də insanların xoş günündə gözlərinə görünüb keflərini pozmaq istəmədiyini dedi. Necə olurdu ki, hələ də onları düşünə bilirdi ? Heç cürə anlamırdım..Saçlarımı bu dəfə dalğalı etdim. Maşa ilə bir az burduqdan sonra başımı aşağı salladım və əllərimi saçlarımın arasına salıb silkələdim. Belə çox daha həcmli görünürdü. Artıq bədənimlə bağlı narahatlığım yox idi. Ən azı altı kilo arıqlamışdı. Heç vaxt o qədər kök olmamışam amma indi daha yaxşı hiss edirdim. Bədənimin bütün xəttləri bu paltarın içində ön plana çıxırdı. Amma özümü bəyənirdim. Əvvəlki aylara nisbətən makiyaj mövzusunda inkişaf etdirmişdim özümü. Yenə də çox şişirtmədim. Üzümdəki solğun çillərin üzərini örtəcək qədər qapadıcı krem vurdum, kirpiklərimi qatlayıb tuj vurdum, beləliklə gözlərim özümü belə təəccübləndirəcək qədər ön plana çıxdı. Gözəl görünürdüm. Həqiqətən bəyənmişdim bu məni.. Yarım saat sonra Ayşən gələcəkdi və bizi restorana qədər atam aparacaqdı. Son hazırlıqlarımı tamamladım, üzərimə azca ətir sıxdım və gözləməyə başladım. çox keçmədi ki, Ayşən aşağıda olduğunu demək üçün zəng etdi. Atamla birlikdə evdən çıxdıq. Binanın qapısında bir-birimizi görər görməz güldük. İkimiz də çox dəyişilmişdik. Qarşılıqlı tərifləşdik və hər ikimiz də özümüzə aid olan tərif hissəsini inkar etdik. Niyəsə..Qızlar adətən bu cür edirdi.

Ayşən zümrüd rəngində , olduqca uzun don geyinmişdi. Və sinəsində göz alıcı , daş qaşlı bir sep var idi. Saçlarını arxada toplatmışdı və məndən ikiqat çox makiyaj etmişdi. Haqqını verməliyəm, həqiqətən çox gözəl idi. O qədər arıqlamışdı ki, indi uzun boyu və gözəl üzü ilə məşhur manikenləri xatırladırdı. Bircə problem hündürdaban ayaqqabılarla yeriməyində idi. Daha doğrusu yeriməyə çalışmasında. Tez-tez ayağı burxulur, özünü tarazlayırdı. Dadımıza atam çatdı və önümüzdə dayanan maşına mindik. Hava hələ də soyuq idi və əynimizdəki nazik libaslar heç də isti tutmurdu.

İki saat sonra artıq hər kəs restoranda, masa arxasındaki yerlərini almışdı. Bura olduqca rahat yer idi. İçərisi də göz qamaşdırıcı işıqlarla bəzədilmişdi. Hələ ki, musiqi səsi qulaq batırıcı həddə çatmamışdı. Hər kəs bir -birinə təriflər yağdırırdı. Qızlardan çoxu qarşı tərəfə gözəl olduğunu desə də bir neçə saniyə sonra üzlərindəki gülümsəmə azalırdı.Gizli rəqabət.. Buna bir səbəb olmasa da bu cür bayramlarda, qızlar hər biri normal hallarından fərqlənəndə qəribə bir aura yaranırdı.. Bəlkə nadir hallarda ən yaxın rəfiqələr bir -birini həqiqətən bəyənir və gözəl olduğunu düşünürdü..

Qrupdaki qızlardan bircə Ayşənlə yaxın idim. O birisilər arasında da yaxşı, sakit təbiətli qızlar var idi amma tünlük başımı ağrıdırdı. Az olsun yaxşı olsun deyirdim. Bu arada Ayşənlə qrupdaki bir oğlan arasında yeni yeni nələrsə yaranırdı. Bu, dərslərdə aradabir salamlaşdığım Əli idi. Əli olduqca uzun boylu idi. o qədər uzun idi ki, Ayşən belə onun yanında balaca uşaq kimi görünürdü. Qarşı oturacaqda oturmuşdu və bir gözü Ayşəndə idi. Gizlincə ikisinə göz qoyanda baxışdıqlarını və bic bic gülümsədiklərini görürdüm. çox şirin görünürdülər. Ayşən üçün sevinirdim. o ,həqiqətən yaxşı həyata laiq idi.

Oğlanlar tıxa basa yemək yeyirdi. onların qızlar kimi yemək yemə mövzusunda kompleksləri yox idi. Amma qızlar normal halda bir dəfəyə udacaqları tikəni çəngəl bıçaqla on beş yerə ayırırdılar. Onların bu halı məni güldürürdü. Mən də evdəki qədər rahat deyildim əlbəttə. Amma bu qədər də yox da..

Birazdan musiqilər başladı.

İlahi..Azərbaycan dilindəki oynaq mahnıların sözlərini kim yazırdı ?

Rəqslərə ilk başlayanlar da əlbəttə oğlanlar oldu. Sonra qızları dəvət etdilər. Bir saat daha keçdikdən sonra bayaqki kübar xanımları tanımaq mümkünsüz idi. Ayaqqabılar çıxmışdı. Donların ətəkləri əllərə yığılmışdı. Və hər kəs dəli kimi nağara ritmi tuturdu. Bəziləri həqiqətən gözəl oynayırdı. Oğlanların isə hamısı demək olar peşəkar rəqqas idi. Bir saat daha keçdikdən sonra işıqlar söndü və xarici musiqilər eşidilməyə başladı. Ayşən təngnəfəs özünü yanıma atıp qolumdan yapışdı. Etiraz etsəm də güc etibarilə hələ də ondan aşağıda idim. Mərkəzə doğru gedib uşaqların arasında dayandım.

Rihanna'nın səsi insanı oynamağa sövq edə bilirdi. Çox hərəkət bilməsəm də irəli- geri addımladım. Beş on dəqiqə keçdikdən sonra bir az daha rahatlamışdım və qaranlıqda kiminsə mənim bərbad rəqs hərəkətlərimə fikir verəcəyini düşünmürdüm. Mahnılar bir- birini əvəzləyirdi. Dj'lər adi mahnıları elə hala gətirirdi ki, qanında axan damarın da atılıb düşməyə başlayırdı. Əl çalır, gülür, fırlanırdım. Bir az sonra tort kəsildi. Novruz bayramında bunun xüsusi bir mənası yox idi yəqin ki..Sadəcə şirniyyat əvəzi verilirdi.

Nəfəsimi yenicə tənzimləmişdim və bəlkə də iki litrə yaxın su, meyvə şirəsi içmişdim. Sonra işıqlar yenidən sondü. Və restorana həzin bir musiqi yayıldı. Oxuyan bir qadın idi. Amma kim olduğunu bilmirdim. Masalardaki insanlar yavaş yavaş azalmağa başlayırdı. Oğlanlar qızların əllərindən tutub restoranın mərkəzinə aparırdı.Hər yer qaranlıq olsa da üzlərdəki sevinci görmək olurdu. Bəzi qızlar rəqsə dəvət edilərkən gözlərinin içi parıldayırdı. bunlar, böyük ehtimal xoşları gələn oğlanlar tərəfindən dəvət olunanlar idi. Bəziləri də elə belə. Ayşən yüz faiz birinci sırada idi ,çünki Əli ayağa qalxıb biz tərəfə gələn zaman Ayşən masanın altında tutduğu əlimi sıxırdı.

Münasibətin ən gözəl, ən şirin dövrünü yaşayırdılar. Hələ hər şey yeni başlayırdı.

Kənanı xatırlamamağa çalışırdım amma hər zaman beynimin içində bir yerdə idi. Arada bir gözdən itir, arada bir önə çıxıb gülümsəyirdi..Bəzən onu xatırladığım zaman belə ürək döyüntülərim sürətlənir, əl- ayağım bir- birinə dolaşırdı. İki gün idi ki,üzünü görmürdüm.Sadəcə telefonda mesajlaşırdıq. Amma hiss edirdim ki, ən son aramızda keçən danışıqların izləri hələ də tam silinməyib.. Məndən uzaq durmağa çalışırdı.. Hər nə qədər bunun səbəbini onun şəxsi problemlərinə yozsam da, içdən içə məni sadəcə bir qız kimi bəyənmədiyi üçün uzaqlaşması ehtimalı gözümü qorxudur, içimi kədərə boğurdu.

Yenə səssizləşməyə , kədərlənməyə başlamışdım ki, çiynimin üzərində hiss etdiyim ilıq bir əl diksinməyimə səbəb oldu. Mənə sürpriz etmişdi ? Gəlmişdi ??

Gözlərimi sevinclə sıxdım. Gülümsəyərək arxaya çönüb ona baxdım..Amma..Üzümdəki gülümsəmə gəldiyi kimi qəflətən də solub getdi. Bu, qrupumuzdaki Toğrul idi. Yuxarından üzümə doğru boylanır, səmimi şəkildə gülümsəyirdi. Onunla çox söhbətim olmamışdı, haqqında heçnə bilmirdim amma bir iki dəfə sinifdəkilərin onun başına toplaşdığını görmüşdüm. o,danışanda hər kəs yüksək səslə gülürdü.

İki yanağı da qəmzəli, qaraşın, şirin oğlan idi. Əlini irəli uzadıb gözlərini üzümdən çəkmədən dedi:

- Masada ikimiz qalmışdıq. Dedim bəlkə, rəqs etmək istəyərsən mənimlə ?..

Masaya doğru çöndüm. Həqiqətən heç kəs yox idi. Əvvəlcə rədd etmək istədim amma burada tək başına oturub digər qızların masaya qayıdanda kinayəli baxışları altında əzilməyimə ehtiyac yox idi. Havada qalan əlini tutdum və oturacağımı arxaya çəkməsinə icazə verdim. Birlikdə uşaqların yanına getdik və bir neçəsinin yanından keçərək düz mərkəzdə dayandıq. Toğrul hələ də üzümə baxıb gülümsəyirdi. Onun çöhrəsində çox xoş aura var idi. Əlimi ovucunun içərisinə qoydum və sonra o , mənə bir addım da yaxınlaşıb qolunu belimə sarıdı. Uzun qolu belimin tamamını qavradı. Və beləcə rəqs etməyə başladıq. Bu işdə olduqca yaxşı idi. Ən azından toxunuşları və addımları qüsursuz idi.

����6�

ƏnTempat cerita menjadi hidup. Temukan sekarang