Evin tünd havası içimi sıxırdı. Bütün pəncərələri taybatay açıb, evin buza dönmə riskini gözardı edərək içəri dolan təmiz havanın dadını çıxardım. Saçlarım yağlanmışdı. Çimməzdən əvvəl dünən dağıtdığım otağımı eləcə də azca dağınıq mətbəxi yığışdırdım. Vanna otağına getməzdən əvvəl təmiz paltarlarımı seçərkən pişiyim Bulud gözümə sataşdı. Sanki birdən yuxudan ayılmışdım və aylar sonra ilk dəfə həqiqətən evimizdə olduğunun fərqinə varmışdım.
Onu ilk dəfə köhnə məhəlləmizdə gördüyüm zaman yağışdan tamam islanmış, tir- tir titrəyirdi. Ağ tükləri çirkli görünsə də mən onun gerçək gözəlliyini görə bilirdim. Ehtiyacı olan tək şey yaxşı bir təmizlik, biraz yemək və isti ev idi. Onu evə gətirən zaman anamın üzündə yaranan ifadəni unuda bilmirəm. Təəccüblənmişdi amma gözlədiyimin əksinə hirsli deyildi. Onu haradan tapdığımı soruşmuş və boynunda boyunluq olub olmadığını yoxlamışdı.
Qucağına alarkən olduqca təmkinli görünür, üz gözünü də turşutmurdu. Vanna otağına doğru üz tutub onu izləməyimə icazə vermiş, balaca bir vedrəni çox qaynar olmayan isti su və bol köpüklə doldurub pişiyi asta asta içinə salmışdı. Dizim üstə çöküb onu izləyir, heyrətimi gizləyə bilmirdim. Pişiyi iki dəfə suyunu təzələyərək çimizdirib quruladıq. Tükləri quruduqca təxmin etdiyim kimi möhtəşəm gözəlliyə bürünürdü. İri , qara gözləri üzümüzə baxıb sanki təşəkkür və minnətdarlıq edirdi.. Anam içəriyə gedib az sonra bir qab yeməklə qayıtdı. Bişirilən qıymadan bir neçə qaşıq gətirmişdi və pişik onu gözləmədiyim qədər iştahla yemişdi.. O gündən sonra anam pişiklə daha çox maraqlanırdı..
Anamın tamamilə pis insan olduğunu düşünməyimə mane olan şeylər belə şeylər idi. Kiçik hərəkətləri var idi. Amma bu belə onu xüsusi qılırdı gözümdə.
O , pis insan deyildi. Məsələn hər nə qədər kədərli olur olsun ətrafa qarşı hər zaman gülümsəyər, əhvalının pis olduğunu gizləməyə çalışardı. Hərdən düşünürəm ki,bəlkə də səbəb bu idi..Ətrafa qarşı o qədər "oynayırdı" ki, sıra mənə çatanda gücü tükənmiş olurdu. Buna görə mənə vaxt ayırmır, yaxınlıq qura bilmirdi..Amma hər halda o mənim anam idi və hər nə olur olsun içimdə ona qarşı üstünü basdırdığım saf sevgi yatırdı..
İndi isə qarderobumun güzgüsündən gördüyüm, çarpayımın altına qısılan Buludu tanıya bilmirdim. Onu ilk dəfə gördüyüm günki qədər arıqlamışdı. Dəhşətə qapıldım. Cəld aşağı əyilib əlimi ona doğru uzatdım. Bir az geriləsə də yavaş yavaş razılaşıb onu qucağıma almağıma razı oldu. Üz gözünü öpüb onu möhkəm qucaqladım.
İlahi, onu necə unuda bilmişdim? Əlbəttə yeməklərini yeyirdi..Amma sanki o, sevgisiz qalmışdı..Bilmirəm ,bəlkə də anam üçün darıxır, onun qayğısını istəyirdi.
Sanki məni anlayırmış kimi ondan dəfələrlə üzr istəyib özümlə birlikdə vanna otağına aparıb anamla bağlı xoş xatirələri xatırlamasına kömək etməyə qərar verdim.. Məntiqsiz səslənsə də..
Onunla birlikdə vannaya girib suyun dadını çıxardım. Üz gözünü şampunlayıb onu yaxşıca yudum. Anam hər zaman Bulud üçün uşaq şampunları alır, gözünün yanmaması üçün diqqət göstərirdi.
Qurulanıb rahatladıqdan sonra evdəki pişik üçün yeməklərdən qaba qoyub önünə gətirdim və yeməsini izlədim. Çox peşman olmuşdum. Rəsmən vicdan əzabı çəkirdim amma şükür ki, çox gec qalmamışdım..
Çarpayıma uzanıb əlimdəki kitabı vərəqləməyə başladım. Bu, sağollaşmazdan əvvəl Kənanın oxumağım üçün verdiyi " Tatar çölü " kitabı idi. Əlli səhifəyə yaxın hissə oxuduqdan sonra göz qapaqlarımın ağırlaşdığını hiss etdim. Kitabların bu cür gizli gücləri olduğu yəqin ki, bütün insanlara aşikar idi..
Yuxuya getmək üzərəykən ağlıma bir fikir gəldi və bu fikirin verdiyi həyəcanla gözlərim birdən açıldı.
Ona mesaj yazmaq istəyirdim və artıq bəhanəmi də hazırlamışdım. sanki kitab haqqında fikirlərimi paylaşmaq istəyirmişəm kimi söhbətə girəcəkdim. Facebooka girdim və adını axtarışa verdim. Mesajımı görməsi üçün əvvəlcə dostluq atmalı idi və etdim. Ekrana baxıb dəqiqələrlə gözləsəm də bildiriş gəlmədi. Qəbul etməmişdi. Telefonum qucağımda yuxuya getdim.
Eyni yuxunu yenə gördüm..Qaranlıq, göz təsviri,ayna,əksim..
Yuxudan oyananda atamın gəlmiş olduğunu eşitdim. Yerimdə oturub özümə gəlməyə çalışdım. Bulud yeməyini bitirmiş, xalçanın üzərində qıvrılmışdı. Bir az daha yaxşı görünürdü və bu , gülümsəməyimə səbəb olmuşdu. İçəri otağa keçəndə atamın divanda uzanıb xəbərləri izlədiyini gördüm.
- Oyana bilmisən ?
Cavab vermədən bir başa mətbəxə keçib özümə çay süzmək istədim. Nəysəki, çay isti idi. Atam evdə olarkən çaydanın soyuq olma ehtimalı olmazdı. Çay içməyi çox sevirdi.
Təmiz saçlarımın dibi qaşındı. Hər dəfə yeni yuyub fenlə qurudanda bu cür olurdu. Atamın yanında oturdum.Divanımızın yeganə yaxşı xüsusiyyəti əməlli başlı uzun olması idi.
- Ləmandan xəbərin var ?
Sualım atamı həqiqətən təəccübləndirmişə bənzəyirdi amma üzündə gülümsəmə olmasa da onunla maraqlandığım üçün sevindiyini hiss edirdim. Və ən önəmlisi..Ləman üçün həqiqətən darıxmışdım. Onu ən son görəndə qucağıma belə ala bilməmişdim.
- Hə, bu gün danışdım. Yaxşıdır
Heçnə demədən başımı salladım.
- Səhər gətirim ?
- Gətirə bilərsən?
Sualım nəzərdə tutduğumdan daha həyəcanlı səslənmişdi və bu özümü dərhal geri çəkməyimə səbəb olmuşdu. Atam isə bu dəfə gülümsəmişdi
- Əlbəttə. Sən nə zaman istəsən
- Hə..Sabah gəlsə görə bilərəm..Həm də biri gün dərs yoxdu..Yəni..
- Yaxşı..Paltarlarından da gətirərəm, burda qalar
gülməmək üçün özümü sıxmalı oldum. Çox sevinmişdim amma yenə sadəcə başımı sallayaraq təsdiqləməklə kifayətləndim.
- Mən otağımdayam
- Oldu
Çayım və iki qəndimlə otağıma keçdim. Çox dərs yox idi amma yenə də bir göz atıb yenə çarpayıma keçərək Tatar çölünə davam etməyə qərar verdim. Təzəcə rahatlanmışdım ki, birdən gözüm yorğanımın altında qalan telefonuma sataşdı. Ekrana baxdım və facebookdan bir bildiriş və bir mesaj işarəsi gəldiyini gördüm. Tələsik telefon kilidini açıb bir başa mesajı açdım.
Al-la-hım !!!
Kənandan idi. Boğazımdaki nəbzin şiddətlə döyünməyə başladığını hiss etdim.
" Salam" yazmışdı gülümsəmə işarəsi ilə..Dərhal cavab yazdım və şükürlər olsun ki cavab bu dəfə gecikmədi. Beləcə söhbətə başladıq və kitabdan, dərslərdən,musiqidən,filmlərdən danışdıq.
Mənə "Game of thrones " serialını izlədiyini və tövsiyyə etdiyini dedi. Seriala baxdığını öyrənəndə təəccübləndim çünki onun bucür şeylərdən xoşu gəlmədiyini zənn etmişdim. Amma ona serialı izləyəcəyimə dair söz verdim.
Sonra Buludla bir şəklimizi göndərdim və ardından o da mənə Buludun çox şirin olduğunu və bir gün onu görmək istədiyini dedi. Dərsə apara bilməyəcəyim üçün bunun çox da mümkün olmadığını desəm də sonradan tətil günlərindən birində onu gəzməyə apararamsa bir parkda görüşə biləcəyimizi təklif etdi. Bu mümkün idi. Razılaşdım. Ləman altıncı gün evinə qayıdacaqdı amma bazar günü tək olacaqdım. Atam isə artıq tək başına bir yerə getməyimə etiraz etmir, bunun mənim inkişafım üçün vacib olduğunu deyirdi.Əla ! Yenə içim tərifsiz sevinc hissi ilə dolmuşdu. Hər dəfə sonu pis bitirdi amma bu dəfə fərqli olmasını arzulayaraq onunla gülümsəyərək sağollaşdım və kitabıma geri döndüm..