- Çox gözəl görünürsən- o qulağıma doğru əyilib dedi.
Belə bir şey gözləmirdim deyə biraz utandım.
- çox sağol
- Biz çox danışmamışıq qrupda. Sən.. adətən tək başına oturursan
Musiqi çox yüksək idi deyə qışqıraraq danışırdıq.
- Hə..
- Adım Toğruldu
- Bilirəm
Cavabım onun gülümsəməsini daha da dərinləşdirdi. Qəmzələri dərin çuxurları xatırladırdı.
- Mmm..
Daha heçnə demədi. Arada bir yenə nə isə demək üçün yaxınlaşırdı amma böyük ehtimal narahatlıq verməmək üçün bu fikrindən dönürdü. İki dəqiqə sonra mahnı kəsildi. Digər həzin mahnı başladı amma mən yerimə keçmək istədim. gülümsəyərək əlimi əlindən çəkdim, o da nəzakətlə əlini önə tutub keçməyim üçün yol göstərdi.
Biz masanın eyni tərəfində otururduq. Aramızda iki oturacaq daha vardı deyə onu görməmişdim. İndi isə oturacaqlar hələ də boş idi. Bir neçə qurtum ərik suyu içdim. O isə telefonuna baxdı və bir iki saniyə sonra yanımdaki oturacağa keçdi. Əvvəlcə fikir vermədim amma üzümə baxmağı kəsmədi deyə " nədi?" sualı verirmiş kimi üzünə xüsusi ifadə ilə baxdım. Sadəcə gülümsəyirdi. Başını bulayıb o da danışmadan " heçnə" dedi. Qaşlarımı çatıb nə olduğunu anlamağa çalışsam da üzünə baxarkən hirslənə bilmirdim.
- Nə isə demək istəyirsən ?
- Yox..Sadəcə baxmaq istəyirəm
Ouu.. Cəsarətli imiş.
- Bunu biraz daha ( oturacağını işarət edərək dedim ) uzaqdan etsən olmaz ?
- Uzaqdan baxım ? Bunu universitet başlayandan bəri edirəm.Amma görünür bu işə yaramır.
- Okey..y..
Ağzım açıq halda ona baxırdım. Bu həqiqətən baş verir ? Düşündüm ki, bəlkə də o içkilidir.
- Sən ..Həqiqətən çox gözəlsən..
Deyəsən nə isə tərslik var idi. Hə, o, dəqiq içkili idi.
- Çox sağo....l..
sözümün arxasını fərqində olmadan uzatdım çünki həqiqətən təəccüb içində idim. Sonra boğazımı təmizləyib baxışlarımı ondan çevirdim. Qalxmaq istəyirdim ki, işıqlar aydınlandı. mahnı bitmişdi və qızlardan çoxu yerlərinə qayıdırdı. Ona yerinə keçməsini söyləmək üçün çöndüm amma artıq bunu etmişdi..
Günün geri qalanında o qədər də fövqaladə hallar baş vermədi. Uşaqlardan bir neçəsi sağlıq dedi, müəllimlərdən danışıb güldük biraz. Sonra biraz daha rəqs və s.
Bütün gecə sağ tərəfimə baxmayım deyə çırpındım. Toğrulun baxışları üzərimdə idi. Bunu hiss edə bilirdim. Yəni həqiqətən o hər zaman belə olub ? necə olub ki, bir dəfə də olsun hiss etməmişəm ?
Yenə o danışanda uşaqlar qəhqəhə ilə güldü. bu cür insanlar olur. Adi bir hadisəni belə elə danışırlar ki, gülməkdən ölürsən. Toğrul da həmin tiplərdən idi. Üzünə baxmasam da səsini eşidirdim. Hər söhbətinin sonunda ciddi durmağa çalışsam da bacarmırdım. bu işdə həqiqətən yaxşı idi. O danışarkən digər uşaqlara baxırdım. Hər biri maraqla onu izləyirdi. belə başa düşdüm ki, qrupdan heç kəsin onunla bir dərdi yoxdur. Təkcə murdar Fərid yenə qaşqabaqla onu izləyirdi. Allah bilir onunla arasında da hansı mənasız problem yaratmışdı. İlahi, ona həqiqətən çox hirsli idim. Zaman keçdikcə və haqqında öyrəndiyim şeylərlə ona qarşı yumuşalacağımı düşünürdüm amma Kənanı döydükləri günki sifəti ağlımdan çıxmırdı.. Ona nifrət edirdim..Sadəcə nifrət edirdim. Heç başa düşmürdüm bura niyə gəlib ? çəkilib dururdu qıraqda. Heç qrupdan bir nəfər də sevmirdi onu. Digər qruplardaki uşaqlardan özünə oxşar bir iki avara tapmışdı, arada çaqqal sürüsü kimi gəzirdilər.Vəssalam.