Untitled Part 17

4.7K 305 18
                                    

Ayşən telefonumu əlimdən alıb dəli kimi üzərində işləməyə başladı. Facebook, instagram, whatsapp, tumblr. Bütün sosial ağları yazdırıb adıma qeydiyyatdan keçdi. Hər birində ilk özü ilə bağlantı qurub rahatladıqdan sonra telefonu özümə qaytardı.

- İndi nə olacaq ?

- Nə mənada ?

- Yəni yazdırdığın bütün bu şeylər bir işə yarayır ya yox ?

- Əlbəttə. Bax burdan səhifələr axtarıb bəyənirsən. Və ya tanıdığın insanları axtarıb tapırsan və söhbət edirsən. Əladır ! Başın qarışar ən azından.

Dodağımı büzüb telefonu cibimə geri qoydum. Dərs başladı və önümdəki kağızı açıb müəllimin gözümə dəyən bir iki əl qol hərəkətini çəkməyə çalışdım.Elə bu an masamın üzərinə bir şey düşdü. Kağız idi. Sağa sola baxıb haradan gəldiyini anlamağa çalışdım. Amma heç kimdə şübhə çəkən bir şey yox idi. Kağızı açıb içinə baxdım.
" Facebookda dostluq atdım. Qəbul et ;) "

Qaşlarımı çatıb bir dəfə daha ətrafa baxdım amma yenə bir şey görmədim. Telefonumu çıxarıb facebook'umu yoxladım.  Həqiqətən də bir dostluq istəyi görünürdü. Qırmızı işarəyə toxundum. 

Fərid Bagirov

Təsdiqlə     Rədd et

Hesabına göz atdım. Profil şəklindəki özü idi. Bu arxa sırada oturan oğlan idi. Onunla iki üç gün idi ki, qarşılaşırdıq. Daha doğrusu tez tez qarşıma çıxırdı. Şəklini yaxınlaşdırıb bildirmədən diqqətlə baxdım. 

Yalan deməyəcəyəm. Yaraşıqlı idi.  Dünən gördüyüm maşınının önündə dayanıb çəkdirmişdi şəkli. Arxaya çönüb baxmadım amma dostluq istəyini təsdiqlədim. Aradan biraz keçdikdən sonra telefonum incə bir səs çıxardı. Səssiz rejimi seçməyi unutmuşdum və bu müəllimin səsinin bir neçə saniyə dayanmasına səbəb oldu. Telefonumun səsini aldım və ekrandaki dairəvi mesaj qutusunu açdım. 

Qəbul etməyəcəyini düşünmüşdüm yazmışdı

Elə mən də deyə cavab yazdım

" :) "

işarəsini gördüm amma heçnə yazmadım. O da yazmadı.

Dərs bitəndə Fərid yanımdan keçdi. Burnuma gələn cəzbedici kişi ətri niyəsə utanmağıma səbəb oldu. Üzümə baxmadan dəhlizə çıxdı. Ayşən də çıxmaq üçün məni çağırdı amma getmək istəmirdim. Biraz yorğun hiss edirdim və bu gün atam evə birini gətirəcəkdi.

Ləmanı.

Evə getmə fikri ürəyimi sıxırdı.Bilirdim ki, o günahkar deyil. Hələ çox şeyi başa da düşmür. Amma yenə də içimdə ona qarşı bir qısqanclıq var idi. Nə vaxt onun haqqında düşünsəm karandaşım vərəqi daha möhkəm cızırdı. Vərəqin cırıldığını hiss edib əlimi saxladım. Gözlərimi yumub dərindən nəfəs aldım. Bir neçə saniyə eləcə dayandım və gözümü açanda birdən içimi çəkdim. Fərid önümdəki partada üzü mənə dönük vəziyyətdə oturmuşdu.

- Salam

Gülümsəyirdi. Dərisi sərt görünürdü.  Yaşına görə olduqca sərt. 

- Salam

- Niyə burda oturmusan ?

Biz danışmağa başladıqca sinifdəki digər uşaqların da yavaş yavaş diqqətini çəkməyə başladığımızı hiss edirdim. 

Hələ bismillah eləməmiş millətin ağzına söz verib saqqız kimi çeynənmək istəmirdim. Belə şeyləri əlbəttə vecimə almırdım amma yenə də adi bir söz atmaya belə dözə bilməzdim.

- Oturmaq olmaz ki ?!

Cavabım sərt çıxmışdı amma bunu bilərək etmişdim.

Üzü bir an ciddiləşsə də yenidən gülümsəməsinə qayıtdı. Onun bu qədər rahat olması məni təəccübləndirirdi. Mən elə bilirdim Azərbaycanda ümumiyyətlə belə şeylər olmur. Yəni xarici filmlərdəki kimi oğlanlar rahat rahat gülümsəyib təzə tanımağa başladığı qızla flirt etmirdi. Deyəsən özümü həqiqətən çox qapamışdım və bir çox şeyi qaçırmışdım.

- Nə çəkirsən ?

Dəftərimi bağladım

- Önəmli deyil

Bir müddət düz gözlərimin içinə baxdı. O qədər dərinə baxırdı ki, dirənsəm belə tab gətirə bilməyib gözlərimi qaçırdım və ayağa qalxıb dəhlizə çıxdım. 

Ayşən hər zaman olduğu kimi yeməkxanada idi amma bir şey yemirdi. Nə isə yazırdı. yanına oturub o danışana qədər gözlədim. O sırada günlər əvvəl gördüyüm oğlanı axtarmağa başladım. Ortalıqda görünmürdü.

- Ey,nə yazırsan ?

- Xatirə dəftəri ! Sevda verib

- Xatirə dəftəri ? Zarafat edirsən ?

Çiyinlərini qaldırıb yenidən işinə qayıtdı.  Hələ də xatirə dəftəri tutanlar var idi ?! İlahi..







ƏnWhere stories live. Discover now