Hava tutqun və boğucu idi amma mənim gözümdə indi hər yer çiçək açmış, səmada quşlar dövrə vururdu. Universitet başlayandan bəri evə ilk dəfə idi ki, bu qədər sevincli halda qayıdırdım..
Qulağımda " Oscar And The Wolf - Princes " mahnısı..Ətrafımda sadəcə ağzı tərpənən, səslərini eşitmədiyim insanlar..Və avtobus sürətləndikcə gözümümn önündən keçib arxamızda qalan mənzərələr..
Kənanla olan söhbətimizi kim bilir neçənci dəfə idi ki, beynimdə təkrarlayır, sanki bunun doğru olmadığını anlayıb bu xoş fikirdən alıyacağımdan qorxurdum..
Paltomun cibindəki açarı çıxarıb qapının kilidinə saldım.Amma fırlanmadı. Qapı açıq idi. Atam tez gəlmiş olmalı idi. Qapı zəngini basıb gözlədim.. Və bu gözləmə müddəti təxmin etdiyimdən də uzun çəkdi. Qaşlarımı çatıb anlamağa çalışdım. Qapı zəngini təkrar basdım. Nəysəki bu dəfə eyni şey təkrarlanmadı. Qapı toxmağının burulması ilə çıxan şanqırtı səsinin ardından atamın əndişəli siması ilə qarşı qarşıya qaldım. Qapı önündə donub qalmış, içəri keçməyimə icazə vermək istəmirmiş , susqunluğumuzun illər boyu uzanıb getməsini arzulayırmış kimi dayanmışdı. Səbrim azlırdı. İrəliyə doğru bir addım atdım və atam könülsüz də olsa kənara çəkildi.
Ayaqqabılarımı çıxararkən hələ də qapını bağlamamışdı. Qəddimi düzəldib üzünə baxdım və qulaqcıqlarımı çıxarıb sözə başlayan tərəf olmağa qərar verdim.
- Nə olub ? Niyə elə baxırsan ?
Cavab verməsinə gərək qalmadı çünki Ləman qaçaraq yanıma gəlib qılçalarımdan yapışaraq məni aşağı çəkməyə çalışdı. Atamın bu cür gərgin olmasının səbəbi Ləman olma bilməzdi təbii.. Tək məntiqli cavab üçüncü nəfər idi. Ləmanın anası.
Bəlkə də əhvalım o gün o qədər yaxşı olmasa idi verəcəyim reaksiya çox daha böyük olardı. Amma o gün sadəcə gözümü süzdürərək başımı buladım və paltomu asılqana asaraq heçnə demədən otağıma keçməklə kifayətləndim. İşin ən pis tərəfi isə otağıma keçmək üçün əvvəlcə qonaq otağına daxil olmalı olduğum gerçəyi idi.. Qərara aldım ki, başımı yerdən qaldırmayım. Beləliklə, istəmədiyim simaları görmək məcburiyyətində də qalmayacaqdım.
Niyəsə həyəcanlanmağa başlamışdım. Böyük ehtimal bunun səbəbi keçirdiyim əsəb hissi idi.
Amma otağa nə qədər qərarlı girdimsə marağıma yenik düşməyim də bir o qədər ani və gözlənilməz oldu. baxışlarım sadəcə bircə anlığa, yavaş hərəkətli bircə saniyəliyə , divanda oturmuş olan qadına yönəldi və dərhal sürətimi artırıb otağıma keçdim. Qapını istədiyimdən daha möhkəm çırpdım və bu , bir anlıq utanmağıma ya da peşman olmağıma səbəb oldu.
Təəccüblənmişdim.
Qadın təxmin etdiyimdən çox fərqli idi. Yaşlı idi. Yəni çox yaşlı yox amma mən düşündüyüm qədər gənc olmadığı dəqiq idi. Anamdan daha çəkili , orta boylu , qısa saçlı idi. Qısa saçlı dediyim , normal qısa saçlı deyil, o, saçını eynilə kişilərinki kimi qısa kəsdirmişdi. Olduqca da baxımlı görünürdü.
Anamda gördüyüm təmtəraqlı "baxım" deyildi bəlkə bu,amma..Hər halda bunların bir fərqi yox idi.. Bu atamın seçimi idi və görünür , ideal bədən ölçüləri onun üçün birinci planda deyildi.. İçəridə insanı dilxor edən səssizlik hökm sürürdü. Dərsdən tez gəlmişdim və onları hazırlıqsız tutmuşum. Getməyə fürsətləri olmamışdı amma niyə burda idilər ki? Sonra birdən fikirlərimi bir kənara sıyırıb otağıma göz gəzdirdim.
Bu nə zibil idi belə?
Otağım tərtəmiz idi ! Yataq dəstlərimin üstlüyü dəyişdirilmiş, masamın üzəri xüsusi diqqətlə yığılmışdı.
O..yəni o, otağıma girmişdi ? Hansı haqla ? Sizi lənətə gələsiz !!
İçim əsəbdən alışıb yanırdı. Bu qədər iç içə olmağa dözə bilmirdim. Həyatımıza, ən özəlimizə bu qədər rahatlıqla girə bilməsi məni çilədən çıxarırdı. Atamın nə deyəcəyi vecimə deyildi, ona həddini bildirəcəkdim !
Qapını sərtcə açıb özümü içəri, qonaq otağına atdım. Getmək üçün ayaqlanmışdılar amma məni görər görməz duruxdular. Atamla əvvəlcə mənə sonra çəkinərək bir birlərinə baxdılar.
- Otağıma kim girib ?!
- Qəmər, bir az..
- Kim girib ?!!! - rəsmən bağırırdım - Niyə mənim otağıma girib, niyə əşyalarıma toxunub ? bunu sizdən istəyən oldu ? ona necə icazə vermisən ? Necə, necə ? !! O niyə buradadır, niyə dibimizə qədər gələ bilir, niyə, niyə ?!! Siz ikinizdən də heçnə istəmirəm. Ondan gələn heçnəyə ehtiyacım yoxdur ! Eşidirsən?!!!
Səsim titrəməyə başladı və dərhal özümü otağıma atdım. Qapını yenə çırpmaq istəyirdim amma ağlıma bir fikir daha gəldi və özümə əngəl ola bilmədim. Masamın üzərindəki bütün o səliqə ilə yığılan kağız qələmləri, bütün yastıq yorğanları, hətta qarderobumun içindəki paltarları belə yerə fırladıb dağıtdım. İçəridən səs gəlmirdi. Bir an üçün üzlərini təsəvvür etməyə çalışdım. Böyük ehtimal, atam bu üzümü yeni gördüyü üçün şoka girmiş, qadın da necə bir manyak olduğumu anlamağa çalışırdı. Sonra bir səs gəldi.. Ləman ağlayırdı. Əllərim bir anda qəflətən dayandı və hərəkət edə bilmədim.
Qadının səsini ilk dəfə o an eşitdim. Qızını sakitləşdirir, nə isə deməyə çalışırdı. Atam isə heçnə demirdi. Bir müddət sonra " gedək" dedi və ondan eşitdiyim tək söz bu olarkən dizlərimin üzərinə çöküb darmadağın etdiyim otağımın və yerə saçılmış əşyalarımın ortasında qala qaldım..