Toğrulun səsi məni ürpərtmişdi.. Bu cümləni elə demişdi ki,sanki aylardır hər kəsdən gizlədiyim bir şeyi üzümə vurmuşdu..Amma hirslə yox.. Bunu sual olaraq da verməmişdi..Sadəcə anlamışdı..
Onu sevirsən..
Hə, onu sevirəm..Onu çox , çox, çox sevirəm demək istəyirdim.. Hətta təkcə Toğrula yox, hər kəsə..
Amma o an bacardığım tək şey, aşağı doğru boylanan iki damla göz yaşımı kirpiklərimi qırparaq yola salmaq oldu..
O axşam yerimdə uzanarkən ağlıma gələn heçnədə bir məna tapa bilmirdim. Sadəcə Kənanla bağlı yox..Ümumiyyətlə..Ağzımın dadı qaçmışdı sanki..Bərbad hiss edirdim. İndi birdə mənimlə danışmayacaqdı ? Bu nə oyun idi çıxarmışdı ? Anlamırdım..Heçnə başa düşmürdüm..
Toğrulla olan danışığımız elə onun son cümləsindəcə qaldı. Artıq ağlamaq istəmirdim . Niyə ağlamalıydım axı ? Kurtkasını da özünə verib təşəkkür etdim. Amma dəsmalı özümdə saxladım. Burun suyumla dostlaşan dəsmalı özünə qaytaracaq deyildim hər halda. Nə isə. Son dərsə qalmadan evə gəldim. Zəng edib bir az Ləmanla danışdım. Ən pis anlarımda belə kefimi aça bilirdi çünki.
Sabah son dəfə danışmağa cəhd edəcəkdim amma bu dəfə də bugünki kimi davransa mən də artıq öz yoluma gedəcəkdim. Madam ki, o, bu qədər asan mənimlə uzaqlaşa bilirdi,mən niyə edə bilməyim ki ?
Gecə saat onbirdə acdığımı hiss etdim. Ürəyim dəhşətli dərəcədə kartof qızartması istəyirdi. Yaxşı ki, o qədər çətin yemək deyildi. Üç dənə iri karfot soydum. Doğradım,duzladım.Sonra da tavanın altını yandırıb yağın qızmasını gözlədim. Tava qızana qədər içəri otaqdan telefonumu götürməyə getdim. Facebooka gözatdım ki,görüm nə var nə yox. Ayşənlə Əli birlikdə şəkillərini palyaşmışdılar. Ouu. İrəliləyiş var. Buna bir like. Başqaa.. Toğrul Sherlock Holmes izlədiyini bildirmişdi. Bu arada artıq dostluq siyahımda idi. Hər halda yaxşı uşaq olduğuna inandırmışdı məni. Ən azından qrup yoldaşım olaraq. Başqa..Aşağı..aşağı..
Kənandan bir paylaşım. Niyə bu cür adi bir şeyə görə anormal ürəyim özündən çıxırdı ? Adicə dinlədiyi mahnını taglamışdı , vəssalam.. Ekrana baxıb - baxıb dayandım amma bəyənmədim. Qoy elə bilməsin ki, bütün gün onun ana səhifəsindəyəm ! Amma youtuba girib dinlədiyi mahnını qoşdum.
"Metallica - Nothing else matters"
Mahnının sözləri o qədər gözəl idi ki..
"Nə qədər uzaq olsaq da çox yaxınıq.." "Güvəni səndə axtarıram və səndə tapıram"
Elə zənn edirdim ki, bütün bu sözləri mənə o deyir..Ya da düşünürdüm ki, sırf mən bu cür düşünüm deyə bu mahnını paylaşıb.. Təbii ki, bu sadəcə axmaq qız fikirləri idi amma yenə də..
Gözlərimi yumub özümü mahnının möhtəşəm ritminə saldığım zaman burnuma qəribə bir iy doldu. O qədər qəfildən sıçradım ki , çarpayıdan yerə yapışdım. Atam hələ də otaqda idi şükür ki. Özümü tavanın yanına çatdırıb qazın altını söndürdüm. Mətbəxi tüstü bürümüşdü. Dəsmalla tavanı götürüb suyun altına atdım və ehtiyyatla suyu üzərinə axıtdım. Bu da mənim qabiliyyətim. Biyabırçılıq.
Həvəsim qaçsa da artıq kartofları doğramışdım deyə tavanı yuyub yenidən qızdırdım. Bu dəfə alındı.
Səhər universitetə girdiyim andan Kənanı axtarmağa başladım. Deyəsən hələ gəlməmişdi. Tənəffüsə qədər gözləyəcəkdim. İlk tənəffüs zamanı otaqlarına gedib içəri boylandım. Qızlardan birindən soruşdum və az əvvəl çıxdığını dedi. Aşağı mərtəbəyə düşdüm. Orda da yox idi. Yenə yeməkxanaya getdim. Qrupumuzdan bir iki uşaq orada idi. Kənanla yaxın olduğumu artıq hamı bildiyindən sualım onları təəccübləndirmirdi. Yenə elə indicə bura gəlib elə dərhal da çıxdığını dedilər. Universitet qapısından həyətə boylandım. Toğrul həyətdə bir iki oğlanla gəzişirdi. Məni görən kimi barmağı ilə yuxarını göstərib "indicə içəri getdi" dedi bir az uca səslə.