.
Mmm..Bu hadisə yaşanmazdan hardasa dörd beş ay əvvəl Fərid məndən " yığırdı". Məhəlləmizə yeni qonşular köçmüşdü. Və bir dənə də bizim yaşlarımızda oğulları var idi. Uşaq o qədər istiqanlı idi ki,daha ilk gündən sanki elə əvvəldən bizimlə böyüyübmüş kimi davranmağa başlamışdı. Hər kəsə eyni cür davranırdı əslində amma niyəsə Fərid onun mənimlə daha çox vaxt keçirdiyini və mənim də buna etiraz etmədiyimi deyirdi. Uşaqların yanında demirdi, əlbəttə, amma ikilikdə söz atırdı. Mən də hər dəfə bunun sadəcə yalan olduğunu deyir yenidən Fəridlə aramı düzəldirdim.Amma səhəri gün eyni şeylər yaşanırdı. Sonradan Fərid rahat dura bilmədi.Dayanmadan Turala (uşağın adı belə idi) söz atmağa, durduq yerdə dava çıxarmağa başladı. Əvvəl bir şey demək istəməsəm də sonradan bu haqsızlığa səssiz qalmaq istəmədim. Bir neçə dəfə Fəridə xəbərdarlıq etdim. Düzdü, ilk başlarda onunla xoşluqla danışdım.Ən yaxın dostum sənsən dedim.Amma mümkün olmadı. Davamlı olaraq uşaqların içində onu təkləyirdi. Arxadan itələyirdi,ailəsinə söz atırdı. Tural hamımızdan cılız idi. Gücsüz, içinə qapanıq uşaq idi.Fərid də bunun fərqində idi deyə ikiqat üzərinə gedirdi. Bir gün onu ən həssas nöqtəsindən vurdu və anasına qarşı söyüş söydü. Tural onun üzərinə cumub vurmaq istədi amma Fəridin bir yumruğu ilə yerə sərildi. Yenidən yerdə yatan Turalın üstünə yerimək istəyəndə onun önünə keçdim və mane oldum.
Mənə tərs tərs baxdı.İtələməyə çalışdı amma önündən çəkilmədim. Sonra bir sürü söz dedi və axırda da kimin tərəfində olduğumu soruşdu..Mən də açıqca Turalı seçdim.Fərid heçnə demədi..Arxasını çönüb getdi. O vaxtdan sonra bir daha nə mənə nə də Turala ilişdi. Hətta başqa uşaqlarla daha yaxın oldu. Anasıgil dava edəndə çıxıb sadəcə evlərinin önündə otururdu.Onu o cür görmək hər zaman məni incidərdi..Çox səssizləşmişdi..Sanki hər an nə isə düşünürdü..Bu cür səssizlik ona xas bir şey deyildi.. Üzərindən bir iki ay keçdi və bizlə yenidən barışdı. Yenidən normal davranmağa deyib gülməyə başlamışdı..Amma Fəridlə Tural arasında davam edən təktərəfli müharibə heç zaman bitmədi.
Üzərindən çox keçmədi ki, başıma bütün bunlar gəldi və sonradan fəsadları ortaya çıxdı.. Yenə bir gün Fəridlə Tural arasında söz çəp gəldi. Tural bir az daha özünə gəlmişdi deyə ondan daha az qorxurdu.. Fəridlə danışmadığımız müddət ərzində Turalı daha yaxından tanımışdım və onu da ən az Fərid qədər çox istəyirdim..Onlar sadəcə fərqli idi..Tural mənim kimi əl içində böyüdülmüşdü amma Fərid..yaralı idi..
Həmin gün Fərid barmağını sallayaraq Turala gününü göstərəcəyini bildirmişdi.və o gün məhlədəki uşaqlardan bir neçəsi ilə təklikdə danışdığını görmüşdüm. bilirdim ki nə isə planlayır. nə baş verdiyini öyrənməyim asan oldu. hamı bilirdi ki onun ən yaxın dostu mənəm. bu səbəbdən danışdığı uşaqlardan biri ilə söhbət edib məsələdən xəbərim varmış kimi davrandım. uşaq da axşamüstü Turalı məhəllə arxasına bir bəhanə ilə çağırıb döyəcəklərini dedi. Təbii ki elə həmin an Turalı gözdən qoymamağa qərar verdim. Axşamüstü ikiqat əndişə içində pəncərədən məhəlləyə baxırdım. Hamı evində idi amma o uşaqlardan bir ikisi məhəllədə gəzirdi. On dəqiqə sonra uşaqlardan biri Turalın yaşadığı evin qapısını döydü və onu çağırdı. Birlikdə aşağı düşüb həyətdən çıxdılar. Cəld evdən çıxıb arxalarınca qaçırdım ki , həyətdə də bir hayküy qopdu..Səs Fəridgilin evindən gəlirdi..Amma bu dəfə səs küy arasında Fəridin də səsini eşidə bilirdim.. Uşaqlar məhəllə arxasında toplanıb Turalı gözləyirdi ..Burada isə Fərid anasını atasının əlindən almağa çalışaraq atası ilə dalaşırdı..İki seçimim var idi..Şüşələrdən biri haradasa qırıldı və qonşulardan bəzilərinin haya çıxdığını , Fəridgilin evinə tərəf getdiyini gördüm.. Mən isə Turalın yanına qaçdım..
Sakitcə dayanıb onun uşaqlığını dinləyirdim..Burada həm mərdlik , həm çarəsizlik vardı..Qərarsızlıq, peşmanlıq,inciklik..
- Sonradan Fərid bundan xəbər tutdu..Uşaqların yanına çatan kimi Turalı təklədiklərini gördüm. Əllərimi cibimə qoyub onlara doğru sanki heç narahat deyilmişəm kimi yeridim və fit çalaraq onların diqqətini çəkdim. "Plan təxirə düşdü,Fərid gələ bilmir" dedim.. Hamısı qulaqlarını şəkləyib səsi dinlədilər və dağılışdılar..Tural hələ də nə baş verdiyini anlamamışdı..
Bu hadisə Fərid üçün son nöqtə oldu..Tərəfimi bu dəfə həqiqətən seçmişdim onun gözündə..Halbuki,mən sadəcə..kömək etmək istəmişdim..Onun yardımına qaçan qonşular var idi amma Tural tək idi..
Bu hadisədən günlər sonra bir sabah oyandım və hər kəsin mənimlə küsdüyünü öyrəndim..Bütün məhlə uşaqları mənimlə əlaqəni kəsmişdi..Turalla da həmçinin..İkimiz də bir - birimizi sevirmişik və " iş üstündə tutumuşuq " sən demə..
- Bu yalanın bədəlini ödəyən tək sən deyilmişsən demək..
- Tural müvəqqəti olaraq çətinlik çəkdi.Çünki bir neçə il sonra həqiqi sevgilisi oldu. Bir qız. İndi isə Türkiyədə ailəsi ilə birlikdə yaşayır.
Ürəyim göynəyirdi..Həqiqətən göynədiyini hiss edirdim.. Onu içimdə gizlədib hamıdan qorumaq istəyirdim..Kim ona daş atsa mənə dəysin, kim onu incitsə mənim canım ağrısın.. kim ona pis söz desə mənim üzüm qızarsın.. onun üzündə kədər kölgəsi görmək istəmirdim..o qədər az gülürdü ki..gülüş deyilən şey nə qədər əskik qaldığının fərqində deyildi..
amma bunu dəyişəcəkdim..
sevməsə belə onu xoşbəxt edəcəkdim..lazım gəlsə sonuna qədər dostu qalmağa razı olacaqdım..amma o üz güləcəkdi !