Adsız Bölüm 57

2.9K 232 4
                                    

.

İçimdə yaranan o əsəbi boğmağa çalışdım amma Kənan rahatlamış kimi görünürdü..Sanki hansısa səhvdən zamanında qurtulmuş kimi..Amma onu anlayırdım..

Əsas məsələ məni özünə laiq görüb görməməsi deyildi..O sadəcə..Özünü yetərsiz görürdü.. Hər şeyi ideal olan yüzlərlə insandan qat qat daha yüksəkdə olduğunun fərqinə belə varmadan..

Biraz sakitləşib skamyaya oturdum.Az sonra o da yanıma gəldi. Hisslərim bir - birinə qarışmışdı amma indi beynimdə başqa bir fikir canlanırdı..Düşünürdüm ki, o qorxur. Bu fikir elə birdən birə ağlıma gəldi.O andaca. Düşünürdüm ki, Kənan başına gələn hadisənin bilinməsindən çəkinir.Gey olduğu xəbərinin yalan çıxmasını istəmir. Çünki,əks halda özünü çox daha pis hiss edəcəkdi. Axı keçən dəfə bunu özü demişdi.Demişdi ki, özünü işəyaramaz hiss edir və bəzən elə olur ki,insanların gey olduğunu zənn etməsi daha asanına gəlir. İstədim bunu onun özünə deyim amma bu axmaqlıq olardı..onu bu qədər yaralaya bilməzdim.. Dəqiqələr keçdikcə aramızdaki səssizlik də uzanırdı və getdikcə narahat olmağa, yerimizdə qurdalanmağa başlayırdıq. Sonra birdən o danışmağa başladı..

- Daha getsək yaxşıdır

Amma mən getmək istəmirdim.Bu cür olmazdı. Evə gedib düşünməyə başlayacaqdı. Mənim kimi yapışqan, düşük qızla danışmamağın daha yaxşı olacağına qərar verəcəkdi.Əvvəlcə mesajlarıma az- az cavab verəcəkdi sonra tamam kəsəcəkdi əlaqəmizi..Bir şey etməliydim..Amma nə ?

- Gəl dondurma yeyək

Nə ? Dondurma ? Doğurdan ? Mən nə gicləyirdim belə ?!

Kənan üzümə təəccüblə baxdı amma birdən birə gülməyə başladı

- Dəli olmusan ?

- Niyə də yox ? Maraqlı olar

- Hə, qışda sətəlcəm olub ölmək həqiqətən maraqlı ola bilər

- Off.. Qoca babalar kimi danışmağı kəs ! Gəl bir yer tapaq. Xəstələnsək də, ikimiz birdən xəstələcəyik.Ədalətli olacaq !

- Mənim daha yaxşı planım var

- Hıı..Təkliflərə açığam..

O, məni heç vaxt getmədiyim balaca şirin bir kafeyə apardı. Burada hər yer o qədər gözəl dizayn edilmişdi ki, heçnə yeməsən də için isinirdi. Divarlardan fərqli fiqurlu çilçıraqlar asılmışdı, divarlarda indiyə qədər burada olan cütlüklərin şəkilləri asılmışdı. Divarlara taxtalar bərkidilmiş, onların da üzərinə dibçəkdə güllər düzülmüşdü. İçəridə hansısa musiqi səslənirdi . Bu çox həzin və rahatladıcı bir şey idi..

Kənan ,pəncərə kənarındaki masaya tərəf irəlilədi və əvvəlcə mənə yol göstərdi.Buranı yaxşı tanıdığı çox bəlli olurdu. Az sonra o, ikimiz adından da qəribə adlı nəsə sifariş verdi və üzümə baxmadan gülümsədi. Aramızda hələ də bir gərginlik vardı..Və buna nifrət edirdim..

- Kənan..Bayaq olanlar üçün..

- Lazım deyil, gəl bunu unudaq..

- Yox..Mən bunun üçün üzr istəmirəm..Çünki, dediyim heçnə yalan deyil..mən günah iş görmürəm..

- bilirəm, bunun üçün sənə minnətdaram..amma..

- sadəcə gərək təkrar bu söhbətə qayıtmayaydım..Sənə zaman tanımalı idim..Ya da..

- Zaman..Bunun mənim məsələmə heç bir adiyyatı yoxdur,Qəmər..Sənin anlamalı olduğun tək şey budu

- Mən bunu qəbul etmirəm..Sən bəzi şeylərə həddən artıq çox ilişirsən..Çox böyüdürsən..

- Ihhh..

- Yaxşı,yaxşı..Daha danışmayacam..Amma gərək mən artıq bəzi şeyləri dəyişim..

- Məsələn ?

- Səninlə olan bu yaxınlığım..

Kənan bildirməyə çalışmasa da üzündəki ifadə dəyişirdi..Heçnə demədən davam etməyimi gözlədi

- Yəni..Səninlə çox yaxşı hiss edirəm..Amma bu mənə bir tərəfdən də əzab verir..Sən məni dost kimi qəbul edə bilirsən,amma mən..

- Mən səni dost olaraq qəbul edirəm, çünki sahib olduğum tək seçim budu..

Ürəyimdə sancıya bənzər bir şey hiss etdim..Sonuncu cümləsi bütün bədənimdən isti cərəyan keçirtdi..

- Kənan..

Elə bu an sifarişlərimiz gəldi.Bu, uzunsov stəkanların içinə süzülən isti şokolad idi.Daha çox pudingə bənzəyirdi.Orta hissəsində iki dilim yumşaq peçenyə,ən üstündə də kürəşəkilli dondurma vardı.. İlk dəfə idi belə qəribə "üçlü" görürdüm.

Üzülmə əyri üyrü bir gülümsəmə yerləşdirdim amma fikrim hələ də Kənanın cümləsində qalmışdı..

- Sən..

- Qəmər, gəl desertimizi yeyək.Dondurman əriməyə başlamadan dəyərləndir,məncə

Nə etməyə çalışdığını anlayırdım. Yenə qaçırdı.Bir cümlə deyib arxasını çönürdü və məni onunla təkbaşına buraxırdı.. Amma bunu niyə etdiyini də anlayırdım..Dediyim cümlələr onu da əndişələndirirdi.Ondan uzaq durmağımı istəmirdi.Bu ülgüc üzərində gəzməyə bənzəyirdi.Addım atırdı, irəliləməyə çalışırdı amma hər dəfəsində daha çox çıxılmaz vəziyyətə düşürdü..Mənə əl uzatsa hər şey düzələrdi əslində..Ən azından daha asan olardı..Amma o ikimizi də çətinə salırdı..Çünki indiyə qədər əksini sınamamışdı..Bu şansı ona verən biri olmamışdı..

?*^slotn����.J�

ƏnWhere stories live. Discover now