Restoran yeməkləri istəmirdim.
Və təbii ki, belə hallarda imdadıma ən sevdiyim yemək çatırdı.
Makaron !
Qaynayan suya bir neçə ovuc makaron töküb duz əlavə etdim və bişməsini gözlədim.
O da acmış olardı yəqin. Süfrəni qurub yeməkləri isitdim və ona bir boşqab hazırladım. Hər salatdan bir az və bir parça da qızardılmış dana əti. Bu yaşda uşağa belə yeməklər vermək düzgün idi ?
Boşqaba başıb çiyinlərini çəkdim . Hər halda bu mənim problemim deyildi.
Makaron da hazır olanda soyuducudan ketçup götürüb masadaki yerimi aldım. Və yüksək səslə " gəl yeməyini ye " dedim. Eşitməmiş olduğunu düşünərək yenidən səslənəcəkdim ki, birdən mətbəx qapısının önündə dayanıb məni izlədiyini gördüm.
Ağzımdaki yeməyi çeynəməyi kəsdim və bir anlıq duruxdum. Sonra da əlimlə qarşımdaki oturacağı göstərib
- gəl otur
dedim.
Oturacağı balaca əlləri ilə geriyə çəkib üzərinə çıxdı. Önündəki boşqaba baxdı amma üzündə hər hasısa ifadə görmürdüm. Yeməyimə geri dönüb çəkgəlimi üç makarona birdən batırıb ağzımı açmışdım ki, qızın diqqətlə bir mənə bir də boşqabıma baxdığını gördüm. Önündəki yeməyə baxmır, diqqətlə makaronları izləyir arada bir də dili ilə dodaqlarını yalayırdı. Bir ona bir boşqabıma baxdım. makaronu bir nəfərlik hazırlamışdım.
- niyə yemirsən?
dedim çəngəlimlə boşqabına işarə edərək. qız üzümə yemək gözləyən pişik balası kimi baxıb dodaqaltı fısıldadı
- makaron..
Əla ! Bir bu çatmırdı.
İçində heçnə olmadığını bilsəm də qazın üzərindəki makaron qaynatdığım qazana baxdım. Qıza baxmaq üçün çevriləndə onu öz yerində yox düz yanımda görüb təəccübləndim. Ayaq barmaqlarının üzərinə qalxıb önümdəki yeməyə boylanırdı. Sonra əllərini qucağıma qoyub üzərimə çıxmağa çalışdı. Nə olduğunu anlamadan özümü geriyə çəkdim və onun qucağımda oturmasını izlədim. Dərindən nəfəs alıb başımı yellədim. Nə edə bilərdim ki ? Yaxşı..elə olsun.
Çətinliklə onun tərəfindəki çəngəli götürüb özünə verdim və makaronları necə həvəslə yediyini izləyərkən gülümsəməyimə əngəl ola bilmədim.
Yeməyi bitəndə qoltuq altlarından tutub onu qucağımdan endirdim. Mənə tərəf dönəndə az qala bütün üzünün ketçup olduğunu və köynəyinin yaxasının da bulaşdığını gördüm.
Vəziyyət elə də yaxşı görünmürdü. Elə üzünü silməyi təklif edəcəkdim ki, əlini üzünə tərəf aparıb üzünə tökülən saçlarını arxaya itələdi.
"A" deyə çıxan səsim tamamlana bilmədi. Gecikmişdim. Saçının ön tərəfi də ketçupdan nəsibini almışdı.
Okay.. İndi işin yoxdursa onu təmizlə..
Əllərini və üzünü silib divanda oturmasını və məni gözləməsini tapşırdım. Mətbəxi yığışdırdıqdan sonra vanna otağına gedib isti suyu açdım. Suyun istiliyini tarazladıqdan sonra qızı çağırıb paltarlarını çıxardım və vannaya saldım. Suya girmək onu o qədər sevindirirdi ki, ayaqları , qolları suyun içində qeyri ixtiyari yığılıb açılır, iç çəkə- çəkə gülməsinə səbəb olurdu. Saçlarını şanpunladığım zaman gözləri göynəməsin deyə gözlərini açmamasını tapşırdım. Bütün bədənini yudum . Əllərini suyun üzərinə çırpdıqca su ətrafa , ən birinci də üz gözümə sıçrayırdı. Üzümü buruşdurub bunun məni narahat etdiyini anlamasını gözləsəm də , üzündə gördüyüm xoşbəxtlik məni susdururdu. Hamam otağından çıxdıqdan sonra cəld paltarlarını , üstündən də öz qalın jaketlərimdən birini geyindirdim. Saçlarını darayıb quruladım. Yaş telləri quruduqca barmaq aralarımdan ipək kimi sürüşüb düşür, saçqurudanın havası ilə yenidən havaya qalxırdı. Günün sonu gözlədiyimin əksinə hüzur dolu keçmişdi. Onunla vaxt keçirmək məni qəribə bir şəkildə rahatladırdı..
Saat doqquz olan kimi sanki bunu anlayırdı. Çünki ard arda əsnəyib yorğun halda divana sərilmişdi. Əlindən tutub onu çarpayıma yatırtdım və yenə keçən dəfə olduğu kimi qucağımda yuxuya getdi. Bir fərqlə.. Bu dəfə gecə yanından ayrılmadım..