Adsız Bölüm 39

3.6K 299 9
                                    

- Əlimdə olmayan bir şeyə görə.. Ya da səbəb tamam başqa idi,bilmirəm..Bəlkə də uşaqca qısqanma idi.. Fəridin valideynləri hər gün dalaşırdı. Atası hər gün anasını döyürdü. Çox vaxt da içkili olurdu. Fərid həmişə inkar edirdi amma bədənində gördüyüm izlərdən bilirdim ki,atasının döydüyü insan təkcə anası deyil. Sonradan atası nə vaxt evə gəlsə Fərid bizə qaçdı. Mənim otağıma girib saatlarla ağlayır, mənimlə birlikdə çarpayının altında gizlənirdi.  Ta ki, anam ona artıq evə getməli olduğunu deyənə, ya da öz anası onu aparmaq üçün qapımıza gələnə qədər.. O pis uşaq deyildi, sadəcə ailə problemləri var idi.. Bir gün fikirləşdim ki, o bizə gələndə ağlamasının qarşısını almaq üçün nə isə fikirləşməliyəm. Biz maddi cəhətdən onlardan hər zaman çox daha zəngin idik. Atamla anam mənə hər zaman xüsusi diqqət ayırır, bir dediyimi iki etmir, istədiyim hər şeyi alırdılar. Fərid bizə hər gələndə atama hər gün tapşırıb aldırdığım oyuncaqları açır, ona bağışlayırdım. Bir uşaq üçün bu yetərli baş qatma idi.. Mən də uşaq idim ,düzdür,amma bir şəkildə onu sakitləşdirməyi bacarırdım..Sonradan Fərid məhəllədəki uşaqlara güclü görünmək, özünü əzdirməmək üçün balaca yalanlar danışmağa başladı. bunlar sıradan yalanlar idi. Məsələn, mənim işıqlı ayaqqabılarımı geyinib bunların özünə aid olduğunu,atasının bayramda hədiyyə aldığını deyirdi. Mən də yalanına ortaq olub, bu onu yaxşı edəcəksə ona ayaq uydurmağa razı olur ,  yalanını ifşa etmirdim. Amma zamanla Fərid vərdişkar oldu.. Yalanlarının ölçüləri gedərək böyüdü və geridönüşü olmayan yollara girdi. Ona uyğun olmayan insanlarla dostluq etdi, onların fikirlərini mənimsəyib qəddarlaşdı..Hər kəsə söz atmağa, dəqiqəbaşı dava çıxarmağa başladı. Mən onunla heç vaxt dostluğumu kəsmədim amma o..Bəlkə də bunu bilərək etmirdi , mənə də bu hərəkəti bilərək etməmişdi..Amma ona nə qədər hirsli oluramsa olum, bir tərəfim, illər əvvəl o qorxudan altını isladan uşağı heç vaxt unuda bilmədi..

Üzünə baxıb Kənanı dinlədikcə Fərid mövzusunun onu necə yorduğunu, kədərləndirdiyini görə bilirdim..Amma hələ də əsas məsələni danışmamışdı. Fərid haqqında danışdığı söhbətlər isə içimdə ona qarşı bir mərhəmət hissi yaradırdı.. balaca uşaqkən bu qədər qorxu içində yaşamaq həqiqətən ağır olmalı idi.. Mən şiddət görmədiyim halda bu cür ağrı çəkirdimsə onun yaşadıqları..

- Fərid sənə nə edib,Kənan?

- Əslində bir başa nə isə etməmişdi..Sadəcə haqqımda bir xəbər yaydı..

- Yalan ?

- Əslində tam olaraq yalan demək doğru olmaz..Sadəcə.. Bilmirəm.. Öz xoşumla seçmədiyim bir şey üçün məni günahkar çıxardı..Öz əlimdə olmadan başqa bir həyatın içinə atıldım, bütün həyatım dəyişdi..Seçimlərim..azaldı..Amma hər kəs səbəbini öyrənmək istəmədən qınamağı seçdi..Sənə insanlar haqqında dediklərim yadındadı? Nəyə inanmaq istəyirlərsə ona inanırlar..Doğru və ya yalnış olması o qədər də önəmli deyil.. Çünki heç vaxt sıradan xəbərlər hadisəyə çevrilmir..Dünya üzərində partlayış edən bütün o qalmaqallar da doğruluğu bilinməyən xəbərlər ucbatından yaranır..

- tam olaraq nə..?

- Qəmər.. Bu günün bu cür keçməsini istəmirəm. Rica etsəm bu məsələni bağlaya bilərik ? Gəl bir az daha yeriyək çünki bir az daha otursam dizdən aşağım donacaq.

İsrar etmək istəsəm də bacarmadım. Zamana buraxmaq ən yaxşısı idi. Belə belə hər şeyi öyrənəcəkdim. Bir az daha səbr.. Bu dəfə yemək artıqlarını yanımızdaki zibil qutularına atan mən oldum və Kənan Buludu qucağına aldı. Ayşən mesaj yazaraq evdən çıxdığını və birazdan " Zara" da olacağını bildirdi. ora getmək Ayşənin fikri olsa da mən də etiraz etmədim çünki yaxınlığında olacaqdıq. Onu gözlədiyimi yazıb telefonu cibimə qoyacaqkən rəsim qalereyasına girib Ləmanın dünən çəkdiyim şəkillərindən birini Kənana göstərməyə qərar verdim. Bir az aşağı əyilib ekrana baxdı və ekrandaki mırıq dişləri ilə ürəkdən gülümsəyən qıza baxarkən o da güldü.

- Wow! Bu qədər gözəl olduğunu təxmin etmirdim. Bacısını kölgədə qoyub !

Ona baxdığımı görüb göz vuraraq asta səslə güldü.

- Doğma bacım deyil

Kənanın üzü yenə təəccüblə donub qaldı. Bir söz demək üçün ağzını açsa da heçnə demədi.

- Atamın ikinci ailəsi olduğunu anam getdikdən sonra öyrəndim. Başlarda qəbul etmək istəməsəm də zamanla  vəziyyət o yerə çatdı ki, atamdan onu bizə gətirməsini istəyəcək oldum.

Üzümə sanki " səninlə qürur duyuram " deyirmiş kimi içdən səmimiyyətlə baxıb

- Nə gözəl

dedi.

- Hə..

- Sən çox yaxşı insansan ,Qəmər.. Çalış hər zaman belə qal..İnsanlara şans verə bilmək çox az insanın bacardığı bir şeydir..

- Bəlkə də şans verən mən deyiləm..Biri məni şansa dəyər görür..Nəticədə həyatıma gələn insanlar mənim üçün sadəcə xoşbəxtlik gətirib..

Dediyim cümlənin ona aid olan hissəsi yerinə çatarkən Kənan başını aşağı saldı,bir müddət susdu sonra üzümə baxdı..Amma bu dəfə nə bir söz dedi,nə də gülümsədi..

Baxışlarını qaçırmasına səbəb yenə telefon zəngi oldu. Buludu mənə verib telefona cavab verdi. Zəng edən Ümid idi. Deyəsən ,  Kənana işinin bitdiyini və hazırdırsa evə gedə biləcəklərini bildirdi. Çünki Kənan hələ on- on beş dəqiqə daha burada olacağını,sonra gedə biləcəklərini dedi. Böyük ehtimal Ayşən gələnə qədər məni tək qoymaq istəmirdi və bu içimin ürpərməsinə səbəb olurdu..

Həyatım boyu keçirdiyim ən gözəl az sayılı günlərdən biri idi..

Telefon danışığı bitdikdən sonra Buludu yenidən qucağına alıb barmağı ilə üzünü sığallamağa başladı.

- yeni il şənliyinə gələcəksən ?

Sualım onu biraz düşündürdü

- Bilmirəm,mən..Bunun yaxşı fikir olduğundan əmin deyiləm. İnsanları narahat etmək istəmirəm..

- Narahat etməzsən ! Niyə narahat olsunlar ki ?! Əgər olsalar da bu onların problemidir ! İstəmirlərsə çıxıb getsinlər !

Emosiyaya qapılıb səsimin tonunu yüksəltmişdim. Kənan üzümə baxıb qaşlarını qaldıraraq gülümsədi. Cümləmin sonunda səsimi qəflətən azaltdım. çox utanmışdım.

- Bilmirəm, Qəmər..insanların ifadələrini görərkən mənim də əhvalım çox yaxşı olmur..

- Xahiş edirəm, gəl. Mənimlə birlikdə oturarsan. Mənim yanımda heç kim heçnə deyə bilməz !

Qərarlı ifadəm və danışıq tərzim onu bu dəfə daha ürəkdən güldürmüşdü. başını sallayaraq

- Ah,Qəmər..

dedi.

- Yaxşı, bu barədə düşünəcəm.Söz verirəm

- Əla !

gözlərimin içi gülürdü amma ona bildirməkdən utandığım üçün başımı aşağı salırdım.

Dəqiqələr sonra Ayşən gəldi. Rəsmi olaraq tanışmasalar da Kənanı görər görməz gülümsədi. Onları tanış edib ayaqüstü bir az danışdıqdan sonra sağollaşdıq və Kənan gözdən itənə qədər arxaya boylandım..

ƏnDonde viven las historias. Descúbrelo ahora