ardı :)

6K 296 118
                                    

"..əgər qadın açıqlama üçün bir fürsət verirsə, deməli, artıq səni bağışlayıb.."

***

Böyük ehtimal artıq hər kəs restoranda idi və dəli kimi əylənirdilər. Ayşənin yadına belə düşmürdüm yəqin, çünki son ayrıldığımızdan bu yana bir dənə də olsun mesaj yazmamışdı. Şənlik altıda başlayacaqdı və hal hazırda saatlar səkkiz qırxı göstərirdi.Amma ondan incimirdim, əksinə rahatlamışdım.

"Game of Thrones" un ikinci sezonunun yarısına gəlmişdim. Bu serialda tək bir qanun var : Heç bir ovraza bağlanma. Çünki hamısı ölür.

Həqiqətən deyirəm. Təəccüb üstünə təəccüb yaşayırsınız amma bu sizi seriala o qədər bağlayır ki, göz altlarınız qaralana qədər ekran başından ayrıla bilmilrsiniz.

Mənim ən sevimli obrazım Tyrion Lannister oldu. Adam o qədər gözəl cümlələr qururdu ki, hər dəfə üzümü güldürməyi bacarırdı. Amma düşündürürdü də..

Məsələn , bir səhnədə o, qarşısında dayanan Jon Snowa deyi : " Sənə bir tövsiyyəm var. Nə olduğunu, kim olduğunu heç vaxt, unutma. Çünki dünyanın geri qalanı da bunu heç vaxt unutmayacaq. Kimliyini bir zireh kimi əyninə geyin və qarşılarında dayan. Belə olduqda heç kəs səni kim olduğunla vurub, incidə bilməyəcək "

O cümləni xatırlayarkən əvvəl sadəcə gülümsəyirdim..İndi xatırladığımda isə, bir tərəfim onu bir mesajla Kənana göndərməyimi istəyirdi.. Nə düşünərdi görəsən?..

Başımı qatmağa çalışırdım..Onu düşünməməyə..Ya da ağlıma gələn bəzi görüntüləri uzaqlaşdırmaq istəyirdim.. Onu sadəcə necə insan olduğunu düşünərək qiymətləndirməli idim amma özümdən asılı deyildi..Başqa bir şeylə məşğul olmaq istəsəm də əlimdə olmadan onun şəxsi həyatını düşünməyə başlayırdım..Görüşdüyü insanları..Başqa oğlanları..

İlahi ! Bunu qəbul edə bilmirdim axı ! Zibil ! Ta əvvəldən bunu öyrənmiş olsa idim yenə bu cürmü davranacaqdım ? Onu bu qədər yaxından tanımasaydım, söhbət etməsəydim..mən də digər insanlar kimi ona nifrətlə baxa biləcəkdimmi? Yəni mən də əslində onlardan biriydim ?

Bir az zaman lazım idi..Zaman keçsə hər şey düzələcəkdi..Fikirlərim öz yerinə oturacaqdı.Onunla danışdıqdan sonra bir çox sualıma cavab tapacaq və ancaq bundan sonra ya onunla əlaqəmi bitirəcək, ya da dost qalacaqdım..

Hə..Sadəcə zaman..Amma.. Bəzən, hər kəsə dərman olan zaman sizi daha çox qanadırdı..

Saat on ikidə son bölüm də bitdi və atama yatacağımı bildirib qapımı bağladım. İşdən gələndə məni evə gördüyünə təəccüblənmişdi. Mən də özümü yaxşı hiss etmədiyimi və yenidən xəstələnmək istəmədiyim üçün şənliyə getməyəcəyimi bildirmişdim. Bir az şübhəli qalsa da razılaşmaqdan başqa seçimi qalmamışdı.

Görəsən atama bütün olanları danışsaydım reaksiyası nə olardı ? Anlayışlımı olardı yoxsa mənə dərhal Kənanla əlaqəmi kəsməyimimi əmr edərdi ? Hətta bəlkə məni bu vaxta qədər bu məsələni uzatdığım üçün günahlandırardı..Ya da düzgün qərar verdiyimi bildirib bir iki məsləhət verərdi..Kaş onunla danışa bilsəydim..Kaş onu bu cür məsələlərə qarşı hansı fikir sahibi olduğunu biləcək qədər tanısaydım..Amma hələ ki, bu cür yaxınlıq qura bilmək üçün çox tez idi..

Günün ən xoş tərəfi Ləmanla telefonda danışmağım oldu. Yenə sözlərinin bir çoxunu anlamadım amma gülüşünü eşitmək belə bəs edirdi.. Bizə gəlməsini istəyirdim amma hələ ki, çox yorğun və " qarışıq" idim..

ƏnWhere stories live. Discover now