Fərid dayanmadan qışqırır, söyüş söyür, dostlarının qolları arasından sivrilib çıxmağa çalışırdı. Ortalıq qarışmışdı. Ayşən qaçaraq yanıma gəlib qollarımdan yapışaraq üzümə baxdı. Salamat olduğumdan əmin olmağa çalışırdı. Mən isə olanların şokundan daha çox , bir neçə saniyə əvvəl düz önümdə dayanan insanın varlığının hiss etdirdiyi qəribə duyğunun təsirində idim. Bəlkə bir saniyədən belə az çəkmişdi. Üzümə baxıb heçnə demədən getmişdi. Təşəkkür etməyə belə fürsət tapmamışdım.
-Gəl, sinifə gedək
Özümü Ayşənin ixtiyarına buraxıb addımladım. Otağa qayıdıb təmiz sakitləşməyə çalışdım amma olanları yenidən xatırladıqca bədənim yenidən stress qarışıq adrenalin ifraz edirdi. Ürək döyüntülərim artır, yanaqlarım qızarır, əllərim əsirdi. Sonra bir anlıq o qəribə anı, susub qaldığım həmin anı xatırlayıb yenidən sakitləşirdim.
Fərid niyə onu görər görməz üz ifadəsi dəyişmişdi ? Keçən gün də mübahisə edərkən görmüşdüm ikisini. Aralarında nə keçmişdi ? Kim bilir onun başına nə oyun açmışdı !
- Al,su iç
Ayşən bir əli ilə kürəyimi sığallayıb digər əlindəki su şüşəsini önümdə tutdu. Bir neçə qurtum alıb şüşəni əlimdə saxladım. Dərs başladı. Fərid ortalıqda yox idi. Böyük ehtimal xəstəxanaya getmişdi ya da həyətdə üzünün göynəməsinin ( çay qaynar olmasa da bunu böyüdəcəyindən əmin idim ) keçməsini gözləyirdi . Gəbərsin !
Evə qayıtmaq vaxtı çatmışdı. Ayşənin avtobusu gəldi və mindiyi avtobus şüşəsindən baxıb yenə gülümsəyərək əl salladı.
Mən isə hələ də gözləyirdim. Sonra polevirimin yanımda oldadığının fərqinə vardım. Keçirdiyim adrenalin bədənimin qızmasına səbəb olduğundan onu dərsdə çıxarıb oturacağımın arxasına keçirmişdim. Sinifə geri qayıtmalı oldum. Dəhlizə daxil olub ikinci mərtəbəyə qalxdım. Otağa doğru gedərkən bir pəncərə kənarına söykənən "onu" gördüm. Adını bilmədiyim oğlanı. Dərsin bitməmişdi demək. Neçənci kurs idi ki ? Bu dəfə əlində bir kitab var idi. Maraqlı bir şeyə oxşayırdı çünki qaşlarını çatıb gözlərini diqqətlə vərəqin üzərində gəzdirirdi. Sağa - sola baxıb tərəddütlə yanına yaxınlaşdım. Düz önündə dayanmışdım amma hələ də hiss etmirdi.
- Ey..
Başını qaldırıb üzümə baxdı. Sonra o da sağa sola boylanıb yenidən baxışlarını mənə çevirdi. üzü təəccüb içində idi və dodaqları bir birindən aralı vəziyyətdə qalmışdı.
- Sa..lam..?
Sözü iki hecaya bölərək , havada asılı qalan kitabı aşağı saldı. Başına keçirdiyi kapüşonunu geriyə doğru itələyib saçlarını önə çıxardı. Qəddini düzəldib önümdə dayanaraq bir söz deməyimi gözlədi. Ayağa qalxdığı zaman iki qatım olurdu. Bir addım geri çəkilib köynəyimin qollarını dartışmağa başladım.
- Şey, mən.. Təşəkkür etmək istəyirdim.. Şey üçün.. Bu gün olanlar..
- Hə..O məsələ..Önəmli deyil.. !
Çiynini çəkib gülümsədi.
Bunu deyərkən həqiqətən utanıram amma inanılmaz dərəcədə cazibədar görünürdü. Və bunu deyərkən də özümdən beş qat utanıram amma gülümsəməsini gördüyüm an irəli atılıb onu öpmək istəmişdim.
Okay, qaşlarınızı çatmağınız lazım deyil. Özümdən utandığımı dedim axı !
- Aıı..Oldu, hələlik!
deyib cavab gözləmədən arxamı çöndüm və iti addımlarla otağa addımladım.
30 addım.
Arxamca baxırdı ? Aaaaa! Bir an əvvəl otağa çatmaq istəyirdim !!
20 addım.
İlahi ! Çox utanmışdım. Niyə utandım ki ? O qədər də bərbad danışmadım.
10 addım
Okay, qaçma,qaçma,az qalıb, qaçmaa
Və otaq!
Şükürlər olsun !
Polevirim orada idi. Götürdüm amma indi necə çıxacaqdım ?
Yaxşı, bu biri tərəfdən fırlanıb gedəcəkdim.
Huh ! Dərindən nəfəs al və..getdik !
Nə gün idi !
Son zamanlarda adətən bu cür olurdu. Bir şey bərbad başlayırdı amma yaxşı bitirdi.
Ləmanın bizdə qalan " barbi" sini çəkirdim. Sarı saçları mənə onu və ipək saçlarını xatırladırdı. Barbinin incə vücudu və əynindəki çəhrayı rəng paltarı isə o yaşdaki uşaqlara görə həddən artıq təmtəraqlı idi. Yeri gəlmişkən, bu oyuncaqları niyə bu qədər mükəmməl düzəldirdilər ki ?
Sinə öndə, bel incə, sarı saçlar, mükəmməl dodaq, bəmbəyaz diş !
Bunlar özümdə olmadığına görə demirəm əlbəttə amma həqiqətən bir az artıq idi..deyəsən..sanki..elə deyil?! ..hər nə isə !