Adsız Bölüm 48

3.6K 281 45
                                    


Universitetin qapısından yenicə çıxırdıq ki, biri arxamızdan Kənana adı ilə səsləndi. Kənan arxamdan gəlirdi deyə onu görə bilmək üçün geriyə dönməli oldum. Qarşıdan Fərid öndə olmaqla beş oğlan gəlirdi. Onları orada gördüyüm an bədənimi bir qorxu hissi bürüdü. Özümdən asılı olmadan Kənanın qolundan yapışdım. Kənan məni arxada tuta bilmək üçün qolunun birini önümə sipər etdi.

Uşaqlar düz önümüzdə dayandılar. Fərid əvvəlcə məni sonra da Kənanı başdan ayağa süzüb dünyadaki ən iyrənc bir şeyə baxırmış kimi sifətini büzdü. Getmək üçün Kənanı çəkişdirməyə başladım amma qarşı tərəf çoxluq idi deyə səsimi çıxarmağa cəsarət etmirdim. Çünki tək sözümlə alovlanıb Kənanın üzərinə cummağa hazır görünürdülər. Arxa tərəflərdə insanlar bir birlərinə nələrsə pıçıldaya- pıçıldaya toplanmağa başlayırdılar. Sanki çox uzun zamandır bu günün gəlməsini gözləyirmiş kimi, simalarında tərifsiz maraq və azca sezilən gülümsəmə hiss olunurdu.

- Kimləri görürəm..

Fərid ağzını əyə - əyə danışmağa başladı. İlahi ! Kənan onun haqqında hər nə qədər xoş söz demiş olsa da üzünü gördüyüm an ürəyim bulanırdı.

Fərid başını yana əyib mənimlə göz-gözə gəlməyə çalışdı.

- Sən heç ağıllanmayacaqsan,hə ? Harada özünə uyğun olmayan insan var ondan yapışırsan. əvvəlcə məni bezdirdin indi də olmayacağını bilə - bilə ona yapışmısan ?

Kənanın bədəninin gərildiyini hiss edirdim amma özünü tuturdu. Bir addım irəli atıb əlini havaya qaldıraraq "sakitləş" deyirmiş kimi əlini irəli geri astaca salladı.

- Fərid, bura yeri deyil. Sakitləş..

Kənanın ağzını açıb danışa bilməsi, ona cavab verə bilməsi belə Fəridi qudurtmuşdu. Dişlərini qıcayıb qəfildən irəli atıldı və Kənanın havada asını duran əlini qavrayıb burdu.

Qeyri ixtiyari qışqıraraq irəli atıldım və Fəridin əlinin üzərini cırmaqlamağa başladım. Elə o andaca aləm qarışdı. Fəridin dostlarından biri məni qollarımdan tutub kənara çəkdi və orada saxladı. Fəridlə birlikdə qalan dörd nəfər isə Kənana hücum etməyə başladı. Kənan artıq özünü müdafiə etməyə başlamışdı. Bunu etmək ürəyincə deyildi, bilirdim,amma yumruqlarından bir neçəsi hədəfinə çatdı..Bacardığı qədər dirəndi amma Fərid dostlarının arxasından fırlanıb bildirmədən Kənanın arxasına keçdi və onu yerə yıxdı. Hamısı yerdə dəbələnən Kənanı amansızlıqla təpikləməyə, qolları arasına aldığı başını yumruqlamağa başladılar. Var gücümlə qışqırıb kömək istəsəm də bir insan övladı köməyə gəlmədi.Ta ki, müəllimlər hadisədən xəbər tutana qədər..

Az sonra bir başa dekan yanımıza gəldi və Fəridin yanındaki uşaqlardan üçü qapıdan çıxıb qaçmağa başladı. Kənan yerdə halsız vəziyyətdə uzanmışdı.. mən isə olduğum yerdə donub qalmışdım və dizlərimi yerindən tərpədə bilmirdim.

Dekan gəldikdən sonra nələr dedi, Fərid ona nə cavab verdi bilmədim. Heçnə eşitmir, yerdə uzanan Kənandan başqa heç kimi görmürdüm. Qırıq qırıq addımlar atdım və sonra qaçaraq Kənanın yanında diz çökdüm. Qışqırmaqdan səsim qısılmışdı və göz yaşlarımın verdiyi bulanıqlıq üzünü görməyimə mane olurdu. Huşu özündə idi. Onu yerindən qaldırmadan öncə dekanın yanında başını önünə əyib dayanan Fəridə baxdım və dəli cəsarəti ilə yerimdən fırlayıb yanına qaçdım. Üzünə var qüvvəmlə şillə yapışdırdım. Təəccüb içində qalan dekan özünü tez cəmləyib məni qolumdan tutaraq kənara çəkmək istəyəndə fürsəti əldən verməyib düz qarşımda dayanan Fəridin üzünə ağız dolusu tüpürdüm.

- Heyvan oğlu heyvan ! Sən insan deyilsən, sən insan ola bilməzsən ! Kənanın danışdığı insan sən deyilsən. Onun dostum dediyi adam sən deyilsən. Davamlı olaraq tərəfini tutduğu, uşaqlığını birlikdə keçirtdiyi o uşaq sən deyilsən ! Sən insan deyilsən ! İnsan deyilsən !

Fərid qolunun tərsi ilə üzünü silərkən gözlərimin içinə baxır, dediklərimi dərk etməyə çalışırdı. Cümlələrim bitərkən və dekan məni onun önündən ayırarkən ,  ona arxamı çevirməzdən əvvəlki qısa bir an  baxışlarını Kənana çevirdiyini gördüm.. İndiki baxışlarında isə bayaqki nifrətdən əsər yox idi..

Dəqiqələr sonra bir qadın təlaşla özünü üniversitet qapısından içəriyə atdı. Kənanı bir oturacaqda oturdub dəhlizdə gözləyirdik. Təcili yardım maşını hər zamanki kimi gecikirdi. Kənanın burnundan axan qan kəsmək bilmir, göz altında, sağ qaşının kənarındaki izlər gedərək şişir və göyərirdi. Qadının Kənanın anası olduğunu oğlunu görər görməz içini çəkərək əli ilə ağzını qapamasından anladım və Kənanın önündən geriyə çəkildim.

Qadın dayanmadan ağlayır, bunu kimin etdiyini öyrənməyə çalışır, əlini oğlunun üzünə, yaralarına yaxınlaşdırmaq istəsə də toxuna bilmirdi. Bunu edən hər kimdirsə onu tapacağını və bədəlini ödədəcəyini deyirdi. Kənan halsız vəziyyətdə anasının əlindən tutub özünə sarı çəkir, sakitləşməsini rica edirdi..

Az sonra təcili yardım maşını gəldi və Kənan anası ilə birlikdə xəstəxanaya getdi..

Fərid ortalıqda görünmürdü amma dekan bayaqdan bəri Kənanın anasını sakitləşdirməyə çalışır, ondan dönə - dönə üzr istəyirdi.

İndi isə özü otağının yolunu tutmuşdu, böyük ehtimal Fəridlə danışmağa gedirdi..

Ayşən on dəqiqə olar ki,xəbəri eşidib yanıma gəlmişdi. Dayanmadan bir şeylər deyir,məni sakitləşdirməyə çalışırdı. Amma üzündə bir ifadə var idi..Sanki bu olanları çoxdan gözləyirmiş kimi davranırdı o da..Və bu olanların səbəbini bildiyini hiss edirdim..

- Ayşən ?

- Hə..?

- Məndən nəsə gizlətmirsən?

- Y..yox.Nə gizlədəcəm ?

Gözlərini qaçırırdı..

- Ayşən ?!

- Qəmər..Mən..

- De.

- yəni bunun doğru olub olmadığını belə bilmirəm,əlbəttə.Ona görə sakit ol, xahiş edirəm. Yəni işin doğrusunu öyrənmədən..

- Ayşən !

Yenidən gözlərimə baxdı və əllərimi tutdu.

- Biz yuxarıda paltarlarımızı dəyişəndə zalda hay - küy qopdu. Biri nəsə xəbər gətirmişdi və hamı içini çəkir, aşağı düşməyə tələsirdi. Mən də nə olduğu ilə maraqlandım. Aşağıda dava çıxdığını dedilər. Buna əhəmiyyət vermədən işimə geri qayıtdım amma sonra içəridəki qızların bir biri ilə danışdığını eşitdim Biri :"Eşitdin ? Fəridgil o oğlanı döyürmüş. Tez ol, biz də düşək " dedi. O biri də " Hansı oğlanı ?" deyə sual verdi. yanındaki də cavab verdi ki..

- Nə ?

- Dedi ki, " O gey olan oğlanı"

ƏnWhere stories live. Discover now