Adsız Bölüm 21

4.6K 322 22
                                    

- Necə yəni bu gün mənlə qalacaq ? Ata onunla evdə tək qala bilmərəm !

- Əzizim, burda çətin heçnə yoxdur. Qapını bağlayıb gedəcəyəm. Sabah da dərsin yoxdur. Bir iki günlük idarə edəcəksən vəssalam 

- Gözlə, bir dəqiqə, nə ? Necə yəni bir iki gün ?

Atam qolumdan ehmalca tutub məni yataq otağına çəkdi. Qız əlindəki " barbi" ilə oynayırdı.

- Dedim axı, Lamiyənin anası rəhmətə gedib. Rayona getməliyik. Uşağı boş yerə yollarda yormağa nə gərək var ? Lamiyə də indi qıza baxacaq vəziyyətdə deyil. Bir az anlamağa çalış, xahiş edirəm. Qorxmalı heçnə yoxdur. Artıq uşaq deyilsən ki. Evin içində heçnə olan deyil. Sadəcə qapıları bağladığından əmin ol. Gecə yatmazdan əvvəl qazların da bağlı olduğundan əmin ol. Vəssalam. Bir də qorxmamağınız üçün işığı açıq qoyun. Nə isə olsa telefonum açıq olacaq, zəng edərsən.  Onu ancaq sənə əmanət edə bilərəm, Qəmər. Qəbul etmək sənin üçün çətin olsa da o sənin bacındır. Səndən rica edirəm, bu günlər ərzində ona bacardığın qədər qayğı ilə yaxınlaş. çalış qorxmasın, çox ağlamasın. Əgər belə olsa təngnəfəsliyi başlayır.  Dərmanını qəbul etsə də bədəni taqətdən düşür. 

- Xəstədir ?

- Həyati təhlükəsi yoxdur. Amma ehtiyyatlı olmaqda fayda var. O çox balacadır. Anası da sənə narahatlıq verdikləri üçün üzr istədiyini çatdırmağımı xahiş etdi. Amma bu, onun üçün olduqca çətin zamandır. Səndən çox şey istədiyimin fərqindəyəm amma xahiş edirəm ki, bunu təmkinlə qarşılayasan.

Saatına baxdı, sonra da məni qucaqlayıb bir müddət eləcə dayandı

-  Daha getməliyəm. Məni gözləyir. 

Qapıdan çıxarkən ayaq saxladı və yenidən mənə tərəf qayıdıb çiyinlərimdən tutdu

- Bir birimizə dayaq çıxmalıyıq, Qəmər.. İndi sənin növbəndir amma ümid edirəm sıra mənə çatanda bu etdiklərinin qarşılığını verə bilərəm..  

İçəri otağa keçib qızın önündə diz çökdü. mən isə hələ də yataq otağında dayanıb nəyisə gözləyirdim

- Hə, ataya bir maç ver görüm !

 Qız qollarını atamın boynuna dolayıb yanağını həvəslə öpdü.

 Atam onun burnunu azca sıxıb  alnından öpdükdən sonra pencəyini geyindi, balaca əl çantasını götürüb dəhlizə doğru getdi. Arxasınca addımlayıb yola saldım. Qız yanımızda deyildi, böyük ehtimal bütün bu olanlardan xəbərsiz idi.

Atam getməzdən əvvəl yemək üçün bir iki şey aldığını dedi və ehtiyyatlı davranmağımız üçün ( daha çox məni ) bir daha tənbehlədi. Məsələdən nə qədər razı qalmasam da , bizim üçün narahat olmasını istəmədiyimdən zoraki gülümsədim.

Atam da buna gülümsəmə ilə qarşılıq verib pilləkənlərlə aşağı enərək gözdən itdi.

Bu gün universitetdən gələndən bəri oturub dincəlmək qismət olmamışdı. Qapıdan girər girməz atamın içəri otaqlara girib çıxdığını, harasa hazırlaşdığını görmüşdüm. 

Fəridlə keçən o cahil söhbətləri kefimi yetərincə pozmuşdu, bu da üzərinə " sous " oldu.

Əynimi dəyişmədən mətbəxə keçdim. Masanın üzərində bulaşıq boşqablar var idi. Demək qız ac deyil. 

Özüm üçün bir sendviç hazırlayıb yedim. Ortalığı bir az səliqəyə salıb  rahatlanmaq üçün otağıma keçmək istəyəndə televiziyanın düz önündə oturub nəyəsə diqqətlə baxan qızı gördüm.

ƏnOù les histoires vivent. Découvrez maintenant