Adsız Bölüm 65

3.1K 224 35
                                    

- Neyləməyə çalışırsan ?! Niyə ikidə bir dibimdə bitirsən ? Nə istəyirsən məndən ?!

Dərs otağına geri çıxmışdıq. Toğrulun qarşısında dayanıb qollarımı bir - birinə keçirmişdim. Bu dəfə , həqiqətən , irəli getmişdi. Çox hirsli idim.

- Vovv - voov.. Bir dayan, Qəmər, niyə belə acıqlanmısan ? Mən sadəcə..

- Nə ?! Sən nə ? Qələt edib bir dəfə rəqs etdik deyə qırx ilin dostu olacaq deyilik ki ! Dostlarımın yanında gəlib rahat-rahat danışa bilməzsən ! Sanki çox yaxınımmışsan kimi özünü yanımdakilərin gözünə soxursan ! O gün Ayşənlə atam, bu gün Kənan. Facebookda, instagramda izləmələr. Nə olub ?!

Toğrul artıq danışmağa belə çalışmırdı. Gülümsəməsi itmişdi və məni çağırdığı üçün çox peşman görünürdü. Bir müddət sonra həddən artıq şişirtdiyimin fərqinə varıb sakitləşdim. Amma hələ də hirsim keçməmişdi. Kim bilir Kənan indi nələr düşünürdü.. Həm ona sevdiyimi demişdim həm də başqa oğlanla danışırdım. Bu cür düşünəcəyindən qorxurdum..

- Bağışla, mən.. bu qədər qıcıqlandığını anlamamışdım. Sadəcə bəzi şeyləri acıqca bildirmək istəyirdim..İstəyirdim biləsən ki..

- İstəmirəm! Heçnəyi bilmək is-tə-miii-rəəəm! Sənin nə deyəcəyin mənə maraqlı deyil, okey ? Bir də kiminsə yanında olarkən gəlib mənimlə o tərzdə danışsan məndən incimə !

Toğrul çaşıb qalmışdı. Yəqin hələ də bilmirdi ki, hal - hazırda qarşısında dayanan qız kimdir.. İçimdəki ifritə çölə çıxmışdı. Özümü nağıllardaki mənfi obrazlar kimi hiss edirdim. Elə bilirdim üzüm təmiz kifirləşib, saçlarım pırtlaşıb , dırnaqlarım uzanmağa başlayır.

Amma bunu etməli idim,elə deyil ? Vaxtında ona dəqiq cavabımı bildirməsəm sonradan özü məni günahlandırardı ki,bəs niyə mənə ümid verirdin ? Bəlkə də öz - özümə məsələ yaradırdım. Heç məndən xoşu gəldiyini deməyəcəkdi. Amma hər halda onunla dost olacaq da deyildim. Onu heç tanımırdım da !

İndi qarşımda dayanıb üzümə peşman -peşman baxan oğlan üçün içdən - içə vicdan əzabı çəkirdim amma bəzən belə lazım idi. Yeməkxanaya qayıtmaq üçün tərpənirdim ki, ehmalca qoluma toxundu adımı səsləyərək. Özümü cəld kənara çəkib əlindən qurtuldum amma ona tərəf çönüb nə demək istədiyini eşitmək istədim.

- Bağışla ki, narahat etdim. Təəssüf edirəm ki, bu cür alındı. Mən düşünmüşdüm ki, biz..Yaxşı yola gedə bilərik.. İstəsən Ayşəndən də, Kənandan da üzr istəyib ortada yanlış anlaşılacaq bir şey olmadığını başa salaram. Həqiqətən, səni bu qədər narahat etdiyimi düşünməmişdim. Bağışla..

İçimə qarşısını ala bilmədiyim peşmanlıq hissi dolurdu. Səs tonu o qədər yumuşaq və mülayim idi ki, bayaq onunla danışdığım səs tonumdan utanırdım. Nahaq iş tutdum. Hər şeyi daha sakit də yoluna qoymaq olardı.. Amma olan olmuşdu. İndi üzr istəyəcək deyildim ki..Oldu keçdi. " Quyruğu dik tutmalı idim" . Zoraki gülümsəyib sinif otağından çıxdım və onu orada tək buraxdım. Yeməkxanaya enmək üçün pilləkanlara çatana qədər arxamca baxdığını hiss etdim..

Bir an əvvəl Kənanın yanına çatıb olanları danışmaq istəyirdim. Heç bilmirdim bunu niyə edirəm. Güya ona maraqlı idi ki, Toğrulla aramda nə isə olur ya yox ? Çox güman sadəcə təəccüblənmişdi ki,niyə ona bu qədər vaxt heçnə deməmişəm. Sonra da gülümsəyib deyəcəkdi ki, əgər belə bir şey varsa mənim adıma sevinir. İlahi..Bircə bu olmayaydı. Ora çatana qədər yüz fikir dəyişdirdim. Getsəmmi, getməsəmmi..Ona açıqlama etsəmmi, etməsəmmi? Ya bəlkə özü bir söz soruşana qədər heçnə deməyim..? Ya da qabaqdan gəlmişlik edib bir söz soruşsa onu tərsləyim.. Yox elə ən yaxşısı o , özü bir söz deməyənə qədər susmaq idi. Həm də anlayaram görüm mənimlə nə dərəcədə maraqlanır..

İçəri girər - girməz onun olduğu yerə doğru baxdım amma yox idi. Zibil ! Ayşənə yaxınlaşıb soruşdum ki, onu görüb ya yox. Amma Əli ilə mesajlaşdığı üçün telefondan başını qaldırmadığından nəyinki Kənanı, burnunun ucundaki şeyi belə görməyəcək halda idi.

Dəhlizə çıxdım. Sağa - sola boylandım. Budur , xeyli irəlidə addımlayır, arada bir də çiynindən sürüşən çantasını yuxarı dartırdı. Adını qışqırıb onu çağırsam da eşitmədi. Addımları yeyinlədib demək olar qaçaraq ona tərəf getdim amma universitet qapısından çıxdı. Mən qapıya çatanda isə o , artıq universitet həyətindən çıxırdı. İkinci dəfə səsləndim amma yanındaki oğlanla danışırdı. Bu.. Hə, xatırladım, sarışın oğlan.. Onu parkda görmüşdüm. Adı nə idi.. ? Hə , Ümid.. Maraqlıdır ki, Ümid məni gördü. Hətta bir anlıq gülümsədi də.. Amma Kənan onu qolundan dartaraq özü ilə apardı. Məni eşitmişdi..

Yaxşı.. Demək danışmaq istəmirsən ?

Yox..belə asan qaçmağına icazə verməyəcəkdim. Var qüvvəmlə arxalarınca qaçdım və onlar qara rəngli böyük Jeep'ə minmədən özümü Kənana çatdırdım. Ey,bir dəqiqə , bu onun maşını idi ? Çünki, Kənan sürücü tərəfin qapısını açırdı. Çaşqınlığımı atıb onu qolundan tutaraq özümə tərəf döndürməyə çalışdım. Qolundaki bütün əzələlər gərginləşmişdi. Onu ilk dəfə idi bucür hiss edirdim.. Niyəsə qəribə oldum.. Həm bu qədər hirsli göründüyü üçün qorxmuşdum , həm də..başqa bir şey..Bilmirəm nə.. Arxası mənə çönük idi və maşının qapısını tuturdu. Ümidə baxdım. O da digər qapının önündə gözləyirdi amma üzündə daha çox kədər görünürdü ya da əndişə, dəqiq bilmirəm.

- Kənan !

Birdən mənə tərəf çöndü. Üzünün qəzəbli olmasını gözləyirdim amma olduqca ifadəsiz görünürdü. Hətta deyərdim gülümsəyirdi də.Amma and içə bilərəm ki, bu həqiqi gülümsəmə deyildi.

ƏnDonde viven las historias. Descúbrelo ahora