..

5.2K 323 33
                                    

Evə qayıdanda özümü tonlarla ağırlığq altında saatlarla qalıb sağ çıxmış kimi hiss edirdim. 

Universitet gözləntilərimi qarşılamamış, həyatımı dəyişdirməmiş, problemlərimi, əndişələrimi unutdura bilməmişdi. Atamı ikinci dəfə yollara salmamaq üçün avtobusla qayıtdım. Məktəb vaxtlarımdan vərdişkar olduğum üçün çətinlik çəkmirdim. Avtobusdan istifadə etməklə bir dərdim yoxdur ,  amma insanlar.. O bir neçə kvadratlıq yerdə həbs olduğun müddətcə hər cürə insanla dib dibə qala bilirsən. Tum çırtlayıb yerə tökən kim, sarımsaq yeyib yola çıxan kim, təpənin üzərində dayanıb gəyirməkdən çəkinməyən kim, burnunu qarışdıran kim, cinsi tələbatını ödəyən kim.. Əslində cinsi tələbat məsələsində fərddən çox cəmiyyətin və ya mental dəyərlərin və yaxud da dinsəl qavramların daha çox payının olduğunu düşünürəm. İnsanlar normal şəkildə bu tələbatlarını qarşılaya bilmir. Bir çox kişilər hətta evlənənə qədər heç bir qadınla əlaqədə olmur. Hormonal təsirlərin artması da tarazlı şəkildə  beyinlərindən bir iki şeyin əksilməsinə səbəb olur. Ən kiçik fürsəti dəyərləndirməyə çalışıb sakitləşməyə çalışırlar. Təbii ki, bir tərəfdən baxanda bu onların günahı deyil. Yaradılışda olan şeylərdir. Amma yaradılışda elə gözəl mükəmməlliklər var ki, istənilən halda dadımıza çata bilir. Məsələn, iradə gücü kimi. Bəzi insanlar bunu gözardı edir ama gerçəklik budur ki, harada olursan ol öz bədənini kontrol altında tutmaq öz əlindədir.

Avtobusun içində sözün əsl mənasında "yeyişən"çütlüklər görürdüm. Mən insanların topluluq içərisində bir birlərinə sevgilərini göstərmələrinə, yaxınlaşmasına qarşı biri deyiləm. Amma avtobusda da yox da..

Dəqiqə başı öskürüb , söz atan xalaların, pəncərədən çölə baxmaqdan boynu tutulan dayıların qarşısında yox.. 

 Bir də sürücülərin ən çox qaydanı özləri pozsa da dayanmadan yan yörədəki sürücüləri söyməsi var ,təbii..

Yəni, əgər yaxşı gözətcisinizsə bir avtobus səyahətində olduqca çox çeşiddə şəxsiyyət analizi apara bilərsiniz..

Evin qapısından içəri girəndə burnuma çox bərbad qoxu doldu. Üz gözümü turşudub nəfəsimi tutaraq bir təhər otaqları gəzməyə başladım təlaşla. Evdə biri ölmüşdü sanki. 

Nəhayət mətbəxdən gələn səslərə yönəlib özümü içəri atdım. Atam qollarını sıvayıb qazın üzərində nə isə qarışdırırdı. 

- Ata ?

- Xoşgəldin ! Mən zənn edirdim zəng edərsən. Niyə tək gəlmisən ?

- Təfərrüatlara keçməzdən əvvəl bu möhtəşəm qoxunun səbəbini soruşsam ?

-  Hə, gəl özün bax !

Üzündə açan güllərin səbəbini anlamağa çalışaraq irəli addımladım. Qazanın içinə baxıb qaşlarımı qaldırdım

- Borş ?

Bir müddət qazanın içərisində hələ yumuşalmadığı bəlli olan kələmə , kökə sonra da atamın üzünə baxdım. Əllərini bir birinə sürtüb " birazdan hazır olacaq !" dedi. 

Atamı hara aparmışdılar ? Bu adam kim idi belə ?!

-  Hə, danış görək, ilk günün necə keçib ? 

- Danışmağa dəyəcək bir şey olmadı desəm ?

- "Mən demişdim" deyərəm !

Qollarımı bir birinə dolayıb atamın üzünə zillədim. Biri mənə nə olduğunu açıqlasın artıq !

- Ata, yaxşı olduğuna əminsən ?

- Bu nə sualdır, əlbəttə əminəm !?

- Səncə də bütün bunlar qəribə deyil ?

Atam yenidən gülmək istəsə də üzümə bir neçə saniyə baxıb dərindən nəfəs aldı

- Gəl otur, biraz söhbət edək

Oturmazdan əvvəl bir oturacağı da geriyə çəkib mənim üçün hazırladı. 

Əllərini masanın üzərində birləşdirib  sanki iş görüşməsindəymiş kimi qəddini düzləşdirdi

- Qulaq as, Qəmər. Bir başa sözə keçəcəyəm. Bilirəm ki, sənin üçün heç vaxt arzulanan ata ola bilməmişəm. Birlikdə keçirdiyimiz zamanlar demək olar ki, olmayıb. Mən bu qədər qəddar biri deyiləm,əslində. Yəni övladıyla vaxt keçirməyi özünə sığışdırmayan, qızı ilə dost olmaq istəməyən atalardan deyiləm. Amma iş elə alınıb ki, özümü hər zaman.. Yəni sanki biz bir rəsim olmuşuq amma mən hər zaman çərçivəyə sığmadığı üçün kəsilən hissə olmuşam. Başa düşürsən ? özümü o şəkilə aid hiss etməmişəm.. Ananla biz.. Bir birimizə uyğun deyildik.  Hələ də anlaya bilmirəm ki, bu məsələni niyə bu qədər uzatmışıq.. Ömrümüzün yarıdan çoxu bu cür keçib. İndi isə anan yoxdur, təbii mən bunu bir əmr və ya qərar kimi demirəm, yəni sən istədiyin zaman onunla görüşüb vaxt keçirməkdə sərbəstsən, sadəcə demək istəyirəm ki.. Hamımız üçün bu ən yaxşısı idi. Mən onu günahlandırmıram.. O doğru qərar verib.. Bəlkə də mənim illərdir cəsarət edə bilmədiyim şeyi etdiyi üçün hətta onu qısqanıram da.. Amma bu o demək deyil ki, bundan sonra da həyatımız əvvəlki kimi durğun keçəcək.. Mən bunu bizə verilən fürsət kimi dəyərləndirmək istəyirəm.. Anana qarşı incik olduğunu görə bilirəm. Bəlkə də bunu bildirməməyə çalışırsan amma gərək onu başa düşək.. Ona bir az vaxt vermək lazımdır.. Bir müddət sonra səni görməyə gələcəyinə əminəm.. Onsuz da bu işi rəsmi olaraq bitirməliyik.. Yəni əvvəl axır..

- Qarşılaşacağıq..

- Hə

Atam bir şey demək üçün ağzını açsa da gələn səs onu saxladı. Yemək daşırdı. Atam "hop - hop- hop" deyərək ayağa qalxıb qazı azaltdı. 

Dedikləri içimi rahatlatmışdı. Mənimlə bu cür içdən danışması xoşuma gəlirdi. Gec də olsa anlamışdı və bu da ən azından bir addım idi. 

Gözəl bir addım.

- Hara gedirsən ?

Atam maraqla soruşdu

- Üstümü dəyişəcəkdim, nədi ki ? 

- Şey..

- Danışıq bitti elə bildim

- Bir şey də demək istəyirdim amma.. Vacib deyil,qalsın başqa vaxta

- yox, yox, de, eşitmək istəyirəm

- Yaxşı.. Amma inanmağını istəyirəm ki, bu heç bir halda bizim əlaqəmizə təsir göstərməyəcək. Yaxşı ? 

- Iı..Okey..

Deyəcəyi şey hər nə idisə indidən sevməmişdim 

- Bu yaxınlarda evimizə biri daha gələ bilər

Bir söz deyə bilmədim amma udqunmağım üçün bir neçə saniyə əlləşdim

- Mənim.. Bilirsən, mənim ananla uzun müddətdir aramda heçnə yox idi

- Həyatında biri var ?

- Yox.. Yox, yəni artıq biri yoxudr.. 

- Evlənmək istəyirsən ? Nə olub axı ?

- Yox, elə bir şey deyil.. Qəmər.. Mənim bir qızım daha var..

ƏnWhere stories live. Discover now