Adsız Bölüm 18

4.9K 337 14
                                    

Atam hələ gəlməmişdi. Ən azından onlar gəlmədən rahatca bir şey yeyə bilərdim . Dünəndən qalma hazır pizza var idi.  İki dilim yeyib divanda uzanaraq tv'ni açdım. Bütün yerli kanallarda mahnı ifa edib yazıq alətə əziyyət verən saz aşıqları ya da rayonlara toy çəkilişinə gedən aparıcılar var idi. Birdən gözüm televizorun üzərindəki qalın toz təbəqəsinə sataşdı. Sonra da diqqətlə ətrafıma nəzər saldım. Divar dibləri zibillə dolmuşdu. Masanın üzəri çirklənmişdi. Qazın üzərindəki yağ quruyub qalmışdı. Ayağa qalxıb hər yeri təmizləməyə qərar verdim. Evləri tozsoranlayıb sildim. pəncərə qıraqlarındaki torları alıb yerləri də sildim. Pəncərələri sildikdən sonra isə çöldəki mənzərənin çox daha qəşəng olduğunun fərqinə vardım. Kirli paltarları maşına atıb mətbəxi də həll etdim. Qan tər içində qalmışdım. Demək olar ilk dəfə idi ki, evləri təmizləyirdim. Duş qəbul edib qurulandım.Və özümə bir çay süzüb yenidən salona getdim. Oturduqdan sonra masaya bir iki şirniyyat qoymaq ağlıma gəldi. Atamgil gələndə yesinlər deyə. Amma bir şey məni saxladı.

Üzərimə bir şey atıb bir az dincəlmək istədim . Bir müddət sonra yuxuya getmişəm..

Yanağımın üzərində ilıq bir şey hiss edərək oyandım.  Gözlərimi açmışdım amma heçnə anlaya bilmirdim . Bir az gözlədikdən sonra bulanıqlıq düzəlməyə başladı. Başımın üzərində biri dayanıb üzümə zilləmişdi. 

Gülümsəyirdi. 

Kim olduğunu anlayanda qəfildən sıçradım və geriyə doğru sürünməyə çalışdım. Belim divana dirənmişdi və heç yerə qaça bilmirdim. Ani hərəkətlərimdən və üz ifadəmdən qorxmuşa bənzəyirdi çünki qaçaraq otaqdan çıxıb kimləsə danışmağa çalışdı. Atamın səsi gəlirdi. Üst başımı düzəldib dərindən nəfəs aldım. Əllərim əsirdi, həyəcanlanmışdım. Heç belə olacağını düşünməmişdim. Hazırlıqsız idim.

Biraz keçdi. Ayağa qalxıb otağın içində var gəl etməyə başladım. Yanlarına gedə bilmirdim amma atama verdiyim sözdən də dönmək istəmirdim. Günlər əvvəl atama ona yaxşı davranacağıma dair verdiyim sözdən..

Çox keçmədən atam əlindən tutduğu qızı ilə birlikdə qapının girişində göründü. Əllərimi ovxalayıb əvvəlcə atama sonra qıza sonra təkrar atama baxdım. bir söz demək lazım idi amma nə olduğunu tapa bilmirdim.

- Xeyli vaxtdır yatmışdın, dedik oyatsaq yaxşı olar - atam gülümsəyərək dedi

- Hə.. Şey, yuxuya getmişəm

- Görünür çox yorulmusan.. Ev tərtəmiz olub, əlinə sağlıq

Bunu məcazi mənada dedisə də əllərimə baxmağa başladım

- Yəqin acmış olarsan. Biz də süfrəni hazırlayırdıq

Atam qızla birlikdə otaqdan çıxdı . mən də arxalarınca getdim. Atam restoran yeməkləri gətirmişdi.  Bir az kabab, bir neçə növ də salat var idi. Su qabını görüb hələ qoyulmayan stəkanları çıxardım.

- günün necə keçib ?

- demək olar eyni idi. 

- çox vaxt bu cür olur

- hə..

Atab boşqabları yerləşdirdi və məni gözləməyə başladı. Qız çoxdan oturmuş, atamın verdiyi bir parça çörəyi dişləməyə çalışırdı.

Atama baxıb gülümsəyərək oturdum. 

- Hə.. Di, nuş olsun !

Bir müddət tərəddüd etsəm də nəhayət bir neçə qaşıq salat götürə bildim. Atam toyuq kababından bir parça götürüb qızın boşqabına qoydu və bıçaqla kiçik parçalara bölməyə başladı. Çox güman o, bunu qızın hələ dişləri tutmadığı üçün edirdi amma yenə də qısqanmışdım.

 Qız hər şeydən xəbərsiz yeməyini yeyir, arada üzümə baxırdı. ifadəsi gah çox ciddi, gah maraq dolu , gah da təbəssümlü olurdu. Mən isə onunla göz gözə gəlməmək üçün əlimdən gələni edirdim. Hiss edirdim ki atam bir yandan məni izləyir. Necə davrandığımı nə hiss etdiyimi anlamağa çalışır. Amma heçnə demirdi. Bir az işlərindən danışdı. Atam bir ofis işində idi və bu ay vəzifəsi artırılmışdı. Maaşı da pis deyildi. Yemək bitdikdən sonra atam masanı yığmağa kömək etdi. Qabları yumağı təklif etsə də önə atılıb özüm həll edəcəyimi bildirdim. Qızla təkbətək qalmaq istəmirdim. Atam razılaşıb içəri otağa keçdi.

Axşam düşəndə otağımda idim və atamla qızın izlədikləri çizgi filmin səsini dinləyirdim. Qız nəşəylə gülür tez tez içini çəkir, əl çalırdı. Atam onlarla izləməyimi təklif etdi amma dərslərim olduğunu deyib uzaqlaşdım. Bir saat sonra , saat doqquzda  atam qapımı çaldı və qızın yatmalı olduğunu bildirdi. Bunu mənə niyə dediyini anlamadım amma bu uzun çəkmədi. Çünki atam qızın mənimlə bir otaqda yatacağını bildirdi. Rəngimin qaçdığını hiss etdim. Hirslənirdim amma səsimi çıxara bilmirdim. Arxa tərəfində dayanıb əlini tutan qıza baxmırdım amma qorxmasını da istəmirdim. Etiraz etməyə çalışsam da atam dəfələrlə rica etdi. Axırda qızın gecə paltarlarını əlimə tutuzdurub qızın yanağından öpərək yanıma göndərdi.

Qız otağımı gəzməyə, hər şeyə tək tək baxmağa başladı. Qapının önündə dayanıb onu izləyir mən tərəfə çönəndə gözümü qaçırırdım. Sonra gəlib önümdə dayandı və gözləməyə başladı. Bir az sonra əsnədi və əlimdəki paltarlara baxıb baxışlarımı yenidən onun üzünə dikdim. 

- Bunları geyinməlisən- deyib paltarları ona uzatdım amma qız almadan üzümə baxmağa davam etdi. bir müddət sonra paltarları götürüb çarpayımın üzərinə çıxdı. Koftasını çıxarmağa çalışarkən başı sviterinin içində qalmışdı və heç bir yeri görə bilmir, çabalayırdı. Bir az gözləyərək ona özünü düzəltməsi üzün vaxt verdim amma heç cürə koftasını çıxara bilmədi. Yanına gedib çəkinərək sviterini yenidən əyninə geri qaytardım və sviterin qollarını tutub dartdım. Qolları asanlıqla çıxdı və qız üzümə baxıb içini çəkərək güldü. Gecə paltarlarını geyindirib saçlarını açdım və onu adyalın altına göndərdim. İndi yerin içərisində uzanmışdı amma gözünü yummurdu. Oturacaqda oturub başqa yerə baxmağa çalışırdım amma gözləri üzərimdə ikən rahat ola bilmirdim.

- Nə istəyirsən? - dedim sakit səslə

Qız bir neçə saniyə üzümə baxdı və sonra gözlərindən yaş axmağa başladı. yerimdə qurcalaqlanıb nə etməli olduğumu düşündüm. Atamı çağırmaq istədim amma marketə siqaret almağa getdiyini xatırladım. Çarpayıya yaxınlaşıb ayaq üstə eyni sualı yenə təkrarladım amma bu dəfə özümü həqiqətən narahat hiss edirdim. Qız hıçqırmağa başlayanda yanında oturdum və qız cəld şəkildə əlimdən yapışıb məni özünə dartdı. Donub qalmışdım . Yorğanı itələməyə başladı və məni yenidən dartdı. Nə istədiyini anladım. yanına uzanıb qucağıma girməsinə icazə verdim. İki dəqiqə içində artıq yuxuya getmişdi..





ƏnWhere stories live. Discover now