Adsız Bölüm 37

3.5K 306 4
                                    

 Sabah görüşürük ?

Kənandan gələn mesaja cavab yazmaq üçün ekrana baxırdım.Cümləni düzgün qura bilmək üçün mesajı üç dörd dəfə silməli və yenidən yazmalı oldum. Ona sabah görüşə biləcəyimizi və Buludu da yanımda gətirə biləcəyimi dedim. Çox danışmadan sağollaşdıq bu dəfə. Ləmanla bir az daha vaxt keçirmək istəyirdim. Sonra atam ikimizi də yanına çağırıb bizə bir şey göstərəcəyini dedi. İkimiz də maraqla gözləməyə başladıq. Atam qucağındaki qəzeti qatlamağa başladı. Əvvəlcə nə etmək istədiyini anlamasam da qəzet yavaş yavaş şəkil almağa başladıqca marağımın artmağa başladığını hiss etdim. Atam qısa hekayə danışmağa başladı. Və hekayədəki hadisələr dəyişdikcə qəzet də formasını dəyişməyə başlayırdı. İlk dəfə idi ki , belə bir şey görürdüm. Fiqurlar elə ardıcıllıqla şəkillənirdi ki,sanki elə sırf bu hekayə üçün əvvəlcədən dizayn edimişdi və hansısa batareya ilə işləyirdi. Atam əvvəlcə gəmi düzəltdi çünki obraz gəmi ilə səyahət edib bir xəzinə axtarışına çıxırdı. Daha sonra bir adaya sonra da bir mağaraya çatırdı. Və sonda başına bədbəxt bir hadisə gəlir və adam özünü bir anda məhkəmə salonunda görür. Atam əllərini sürətlə tərpədir, fiqurlar dəyişdikcə o da səs tonunu dəyişir, hekayəni daha maraqlı hala salırdı. Ləmanı başa düşmək olardı amma iş orasındadır ki, həyəcandan mənim də nəfəsim kəsilirdi. Sonunda adam məhkəmədən qaçıb yenidən balaca bir qayığa minib öz balaca kəndinə qayıda bilirdi. 

Atamın bunu haradan öyrəndiyini soruşanda bunu ona babamın öyrətdiyini dedi və bir anlıq gözləri yol çəkdi..Bir gün onunla bu barədə danışacaq, aralarında nə olduğunu soruşacaqdım amma indi yeri və zamanı deyildi.. Atam anasız böyümüşdü. Nənəm erkən yaşda böyrək çatışmazlığından dünyasını dəyişmişdi. Babam ondan sonra bir daha evlənməmiş, iki mərtəbəli böyük evində tək başına yaşamışdı. Evin tək uşağı olan atamı da evdən qovduqdan sonra nə etdiyini, necə olduğunu bilməmişdim. Görəsən atam arada ondan xəbər tuturdumu?..

Səhər açılanda atam Ləmanı yeməkdən sonra hazırlamağımı tapşırdı. Hər nə qədər buna həvəsli olmasam da dediyini etdim. Ləmanla hər dəfə vaxt keçirəndən sonra ayrılmaq iki qat çətinləşdirdi..

- Yaxşı, paltonu geyin görüm. Qollarını uzat..

Ləmanı qapı ağzında geyindirərkən atam da idman ayaqqabılarının iplərini bağlayırdı.

- Sən saat neçəyə gələrsən?

- Bilmirəm,sizdən sonra hazırlaşıb çıxacam

Atama Ayşənlə görüşüb bir az alış veriş edəcəyimizi demişdim amma bu yalan deyildi. Kənandan sonra onunla görüşüb yeni il şənliyi üçün paltar alacaqdım. Buna görə dünəndən atamdan pul istəmişdim. Və mənə gözlədiyimin iki qatı pul verib nəyə ehtiyacım varsa almağımı,lazım olsa yenə istəyə biləcəyimi demişdi.

- Açarı özünlə götür, ola bilsin bir az gecikdim

- Yaxşı

Ləmanı qucaqlayıb möhkəm öpdükdən sonra onu atamın qucağına göndərdim. Arxalarınca əl sallayıb gözdən itənə qədər gözlədim.

Otağıma keçib cəld paltarlarımı geyindim. 

Qəribə olan tək şey,Kənanla görüşə getdiyim halda geyim,makiaj kimi məsələlər üçün narahat olmamağım idi. Məni onsuz da hər dəfə öz adi halımla görürdü və indi də əksini edəcək deyildim. Şalvar,sviter geyinib ağ papağımı taxdım. Buludu bürümək üçün isti tutan balaca bir adyal götürdüm və onu da qucağıma aldım..  Telefonumu,pul qabımı ,adyala bükdüyüm Buludu da götürüb qazları son dəfə yoxladıqdan, işıqları da söndürdükdən sonra evdən çıxdım..

Avtobusda o qədər adam var idi ki, özümdən çox Buludun əzilməməsinə və zədə almamasına diqqət edirdim. Sürücülərin gözündə avtobuslardaki boş yerlər limitsiz idi və " orta" heç vaxt dolmurdu.

Milləti yara yara və içimdən söyüşlər söyərək özümü avtobusdan rəsmən yerə atdım.  

Metroya minəcək və "Sahildə" enəcəkdim.

Dekabr ayında olsaq da hava o qədər soyuq deyildi. Qarlar ərimişdi və iki gündən bir gün çıxırdı. Bu gün günəşli olmasa da hava tutqun deyildi."Fəvvarələr " tərəfə gedib sözləşdiyimiz kimi Mcdonalds 'ın önündə gözləməyə başladım. İki dəqiqədən də az zaman keçdi və Kənan yanında başqa bir oğlanla gəldi. Uzaqdan, məni görər görməz gülümsəmişdi və dekabr ayının ortasında ruhuma tərifsiz istilik yayılmışdı. Yanıma gələr gəlməz mənə salam vermədən bir başa Buluda doğru əyilib onu salamladı və başını sığalladı. Sonra üzümə baxıb yenidən gülümsəyərək mənimlə hal əhval tutdu. Ovucunu burnumun üzərinə qoyub " üşümüsən" dedi və bir yerə getməzdən əvvəl məni dostu ilə tanış etdi.  Bizi bir birimizə gözstərərək " Ümid - Qəmər, Qəmər- Ümid " dedi. Əl tutuşub bir birimizə gülümsədik amma danışmağa başlamazdan əvvəl Kənan yanımızdan tələsik ayrılıb iki dəqiqəyə qayıdacağını bildirərək Mcdonalds'a girdi.  Ümid Kənandan olduqca uzun boylu,sarışın,mavi gözlü oğlan idi. Papaq taxmamışdı deyə qulaqları,burnu və dodaqları qıpqırmızı qızarmışdı. Əynində çox da qalın olmayan dəri kurtka var idi. Çox da dar olmayan şalvarının balaqları dəri ayaqqabılarının içərisində qalmışdı.  Kənanla simaca bənzəməsələr də hərəkətləri, utancaq baxışları,danışarkən sıxılmaları bir birlərinin eynisi idi.

- Nəhayət,sizi görmək qismət oldu. Kənan danışa danışa bitirə bilmirdi 

Üzümün yanmağa bağladığını hiss edirdim. Məndən danışırdı ? Dostuna məndən danışmışdı. .

Sadəcə gülümsəyərək yerə baxdım

Ona baxmadığım üçün cəsarətlənmişdi deyəsən, çünki danışmağa davam etdi

- Qəmər,sizə təşəkkür etmək istəyirəm.Kənanla dost olduğunuz, onu digər insanlar kimi özünüzdən uzaq tutmadığınız üçün..Kənanın əlində olmayan səbəblərə görə..

Dərindən nəfəs alıb başını yellədi. 

- O,çox tək qaldı..Bildirməyə çalışmadı amma nə qədər pis olduğunu mən bilirəm..Çətin zamanlar keçirdi və heç gözləmədiyi anda siz onunla danışmağa bağladınız. Onunla keçirdiyim bu qədər vaxt ərzində ilk dəfə həqiqətən xoşbəxt olduğunu görə bilirəm..Onunla əlaqənizi heç vaxt kəsməyin..Yoxsa yenə öz qabığına çəkiləcək.Bunu ikinci dəfə qaldıra biləcəyindən əmin deyiləm..Hətta ailəsi belə onu..

- Mən..Əslində nə baş verdiyini tam olaraq..

Cümləmi bitirə bilmədən Kənan əlində üç paketlə geri dönüb birini Ümidə verərək gülümsədi və mənə baxıb " Sənin payını mən daşıyaram " dedi. 

Səssizlik.

- Yaxşı, mən yavaş - yavaş gedim..Sizi tanıdığıma həqiqətən çox sevindim,Qəmər. Ümid edirəm yenə görüşə bilərik

Buludu bir əlimdə tutub digər əlimlə onun əlini sıxıb sağollaşdım amma dedikləri bütün gün ağlımdan çıxmadı..

ƏnDonde viven las historias. Descúbrelo ahora