4

227 10 0
                                    

dərdinə əlac edə bilməyəcəkdi. Düzgün müalicə olmasa, iki-üç aydan sonra xəstəlik ölümlə nəticələnməli idi.Müalicə uğurla gedirdi və axıra qədər belə davam etdirilsə, qız sağalıb
ayağa durmalı idi. Muradzadə onu xəstəxanaya qoymağı məsləhət görməmişdi. Müalicə evdə, anasının nəzarəti altında gedirdi. Muradzadə isə gündə bir dəfə Aydana baş çəkir və bu zaman lazım olan dərmanları da özü ilə gətirirdi...
Doktor fikirdən ayrılaraq, dəstəyi götürdü və həyat yoldaşına zəng vurdu.
- Çıxırsan?
- Hə, gəl, işimi qurtarmışam. - Nelya xanım bildirdi. - Düşüb
aşağıda gözləyirəm.
- Gəlirəm!
Muradzadə xalatını soyunub asılqandan asdı. Tibb bacısını da evə buraxıb
həyətə çıxdı. Xəstəxananın qarşısında saxladığı gümüşü rəngli “Qaz-31”-
ə oturub onu Nelya xanımın işlədiyi, o qədər də uzaqda olmayan poliklinikaya sürdü. Çatan kimi arvadını götürüb evə yola düşdü.
- Venera yaman sevinəcək! - arxa oturacaqda əyləşmiş Nelya xanım dilləndi. - Yazıq uşaq bir ildən çoxdu bizimlə bir yana çıxmır.
- Bizimlə demə! - Əri düzəliş verdi. - Ümumiyyətlə, heç yana çıxmır. Evdən məktəbə, məktəbdən evə! Belə olmaz! Bizim üzümüzü də ki, nə görürsə, axşamlar görür. Gərək bundan sonra onunla daha çox məşğul
olaq. Bir də görəcəyik, məktəbi qurtardı, sonra da çıxıb gedəcək ərə.
- Getsin də. - Nelya xanım güldü. - Məgər onda görə bilmə¬yəcəyik
onu?
- Evimizdə olanda nə görürük ki, yad evdə olanda nə görək?!
Nelya xanım fikirli halda başını buladı. Əslində o, əri ilə razı idi.

XəyanətTempat cerita menjadi hidup. Temukan sekarang