Darıxıram! Az qalır ürəyim partlasın. Nə sabah, nə də ondan sonrakı sabahlara heç bir ümidim yoxdur!”Çox istəyirdi ki, bu saat dərdini bölüşməyə bir adam olsun yanında. Ancaq bu elə dərd idi ki, onu heç kəslə bölüşə bilməzdi Gülafət. Arzulayırdı ki, heç olmasa, ona canı yanan, onu ürəkdən istəyən bir adam olaydı. Nə Niyazinin, nə anasının, nə də bacısının gözünə görünmək istəyirdi indi. Başa düşərdilər hər şeyi o saat... Ancaq Asəf... Hə, Asəf daha yaxşıdır. O, başa düşməz. Ağlına da gətirməz. O, Gülafət xanımı ideal hesab edir, həm də yaman çox istəyir onun xətrini. Asəf gəlməliydi bir azdan. Dedi axı ki, gəlirəm... Üst-başına nəzər yetirəndə, özündən asılı olmayaraq Ruslanı xatırlayıb çimçişdi: “Alçağın biri alçaq! Daha heyvanla sənin nə fərqin varmış ki?! Heyvan oğlu, heyvan!” Ayağa qalxanda yenə ağrı hiss etdi: “Səni görüm şikəst olasan! Tərbiyəsiz! Manyak!”Ağır-ağır yeriyərək vanna otağına keçdi. Soyunub, tələsik yuyundu. Qurulanıb əyninə təzə alt paltarı və təzə xalat geyindi. İndi hər üçü çəhrayı rəngdə idi. Sanki bununla dəyişmək, mənəvi cəhətdən də təmizlənmək, olanları unutmaq istəyirdi. Ancaq tez də başa düşdü ki, bu mümkün deyil.
“Mən nə etdim?.. Yüz faiz uşağa qalacam!...”
- deyə düşündü.
Üzünə, boynuna, boğazına pudra çəkib göy ləkələri görünməz etməyə çalışdı. Dodaqlarına nazik boya çəkdi. Saçlarını darayıb ətirləndi. Asəf gələndə bu işləri yenicə qurtarmışdı. Onu içəri buraxaraq, qapını
bağladı və qayıdıb divanda əyləşdi.
- Sizə nə olub, Gülafət xanım?
- otağa daxil olan Asəf ürəkdən gələn canıyananlıqla soruşdu.
- Bilmirəm, Asəf, bilmirəm... - başını aşağı dikdi.
KAMU SEDANG MEMBACA
Xəyanət
Misteri / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...