74

72 5 0
                                    

işi onun üçün Ruslan Dadaşov təşkil etmişdi. Atasının xahişi ilə. İcra başçısı, nədənsə, həmişə Ruslanın hörmətini saxlayırdı. Elə deputatlığa namizədliyini də Ruslan bu rayondan vermək istəyirdi. Həm başçıya görə, həm də necə olmasa, Zakir özü də burada idi. Zakirin fikrincə, bəzi xasiyyətləri olmasaydı, Ruslandan yaxşı deputat olardı. Birincisi, bilikli hüquqşünas idi, ikincisi çox güclü təşkilatçılıq qabiliyyəti var idi, üçüncüsü də, lazım gələndə, sadəliyi bacarırdı. Bir də gördün, qolunu çırmayıb sənin üçün kabab çəkdi, yaxud salat düzəltdi. O qədər pulu ola-ola maşını həmişə özü sürür, sürücü-filan götürmürdü. Di gəl ki, kobudluğu, bir də arvadbazlığı olmayaydı.Zakirin tərbiyəsi uşaqlıqdan elə qurulmuşdu ki, qadınlardan bacardıqca uzaq gəzirdi. Doğrusu, həm də qorxurdu. Qorxurdu ki, sonra bir hoqqası çıxar, evdə də biabır olar, işdə də. Bəxtindən, özünə də pis qadın qismət olmamışdı. Həyat yoldaşı Zəminə qəşəng, mehriban bir qadın idi.Son vaxtlar çalışırdı ki, Ruslanla az əlaqə saxlasın. Evinə də dəvət etmirdi. Ən çox da arvadına görə! Düzdür, arvadına arxayın idi öz aləmində. Ancaq bilirdi ki, Ruslan da Ruslandır. Xüsusilə keçən yay birlikdə rayonlara gəzintiyə çıxandan sonra çalışırdı ki, onunla çox oturub durmasın.Sentyabrın əvvəlləri idi, deyəsən. Ruslan dedi ki, gəl mənimlə Gəncə tərəflərə gəzintiyə çıxaq. Zakir də həmin bu vəzifəyə təzəcə təyin olunmuşdu. Şöbə müdiri idi bundan əvvəl. Hə... Zakir də dedi ki, yaxşı alınmaz axı, işə təzə başlamışam. Ruslan o saat cib telefonu ilə başçıya zəng vurub Zakir üçün icazə aldı və dedi ki, iki-üç günlüyə mənə lazımdı o... Axır ki, Zakir razılaşdı və Ruslanın ağ «Mersedes»ində
yola düşdülər (Onda Ruslan «Mersedes» sürürdü. Sonra deyəsən onu bir həkim dostuna bağışlayıb, indiki bu «Nissan»ı aldı).

XəyanətWhere stories live. Discover now