100

55 3 0
                                    

İti əlinin hərəkəti ilə özündən uzaqlaşdırdı. Bu saat onunla məşğul olmağa heç həvəsi yox idi. Bu vaxt maşın səsi eşidən gözətçi küçəyə çıxdı və qayıdıb darvazanı taybatay açdı. Boz rəngli “Nissan-Maxima” həyətə daxil oldu. Ruslan Dadaşov maşından düşüb qapını çırpdı və stola yaxınlaşdı:
-Axşamınızxeyir, Niyazi müəllim!
Əhval-ruhiyyəsinin çox yüksək olması səsindən hiss olunurdu.
-Axşamın xeyir, Ruslan, gəl əyləş!
- Vəziyyət necədir?
- Ruslan stulda oturub soruşdu.
- Gördüyün kimi... Səndə nə xəbər var?
- İşlər pis getmir!
- Ruslan konyakdan süzüb başına çəkdi.
- Qaldı ki,
bu məsələyə, sabah analiz verəcəksiniz, sonra isə hər şey yaxşı olacaq.
- Sonra nə olacaq ki?
- Məlikxanlı dostunun zirəkliyinə inanırdı.
- Sonra biz tələb edəcəyik ki, sizə atılan bu böhtanı təşkil edənlər
tapılıb cəzalandırılsınlar. Başda qızın öz atası olmaqla!
- Niyə o?
- Məlikxanlı maraqla soruşdu.
- Çünki sizin kimi mötəbər bir adamı ləkələməyə yönəlmiş böhtan onun qızının əli ilə yazılıb!
- Sən doktor Muradzadəyə zəng vurub, onu hədələmisən?
- Məlikxanlı məzəmmətlə soruşdu.
- Özüm yox... Ancaq tapşırmışam, zəng vurublar!
- Axı niyə?
- Qoy bilsin ki, qızı, yaxud bəlkə də özü kimə sataşıb!
Məlikxanlı daha bir söz demədi. Bir qədər düşünüb, astadan,

XəyanətWhere stories live. Discover now