- Doktora hədə-qorxu gəlməyini deyirəm. Biz quldur deyilik. Hər şeyi ağılla həll etməliyik. Qoy hər şey yoluna düşsün, sonra lazım olsa hər kəsi öz əməlinə uyğun cəzasına çatdırarıq!..
- Mən sizin üçün çalışıram...
- Bunu bilirəm və qiymətləndirirəm.
-Yaxşı... Salamat qalın!
- Sənə yaxşı yol!
Ruslan Dadaşov onunla əl tutub “NİSSAN” a oturdu və maşını döndərib Asəfin açdığı darvazadan küçəyə çıxdı. Qaplan maşının dalınca yüyürüb
yenə geri qayıtdı və sahibinin ayaqlarına sürtündü. Məlikxanlı əyilib onun başına sığal çəkdi. Sonra stola yaxınlaşıb stəkana konyak süzdü. Onu
başına çəkib zərblə stolun üstünə qoydu və ucadan dilləndi:
- Sabahı gözləyək!
XI fəsil
Qızıl alışqan
Veneranın qrup yoldaşları kursun sonuncu semestr imtahanını verirdilər.
Bu imtahandan sonra üçüncü kursa keçəcəkdilər. Venerasız... Tələbələr ikibir, üçbir toplaşıb dəhlizdə söhbət edirdilər.
Qrupun ən fəal, əlaçı tələbəsi olan Venera Muradzadə imtahana gəlməmişdi. Ən yaxın rəfiqəsi olan Gülşən imtahanın başlanmasına beş
dəqiqə qalmış onun cib telefonuna zəng vurmuşdu. Telefonu isə söndürülmüşdü. Yəqin ki, öz həyatı kimi, həmişəlik...
KAMU SEDANG MEMBACA
Xəyanət
Misteri / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...
