23

91 7 0
                                    

III Fəsil
Gizli söhbət
Qaplan ayağa qalxıb bir neçə addım qabağa gəldi. Əwəlcə yad qonağa,
sonra isə öz sahibinə nəzər saldı. Daha sonra bir daha polkovniki sınayıcı
nəzərlərlə süzüb yerinə qayıtdı.Sükan arxasında oturmuş gənc, nədənsə, maşından düşmədi. Qara,
qısaqol köynək, cins şalvar geyinmiş bu adam Qasımlının pərəstişkarı və
dostu, əməliyyat-axtarış polisi, kapitan Mahir Talıbov idi. O bu gün öz
şəxsi maşınında, sadəcə olaraq, çox sevdiyi polkovnikin sürücüsü rolunu
ifa edirdi.
Qasımlı stola yaxınlaşanda, ev sahibi qalxıb onunla mehriban görüşdü və
onun üçün qoyulmuş stulda əyləşməyini xahiş etdi. Qonaq əyləşən kimi,
Məlikxanlı sadə görkəmli, ancaq son dərəcə ağıllı və kəskin baxışları olan
bu adamı diqqətlə gözdən keçirtdi: «Deməli, həmin məşhur xəfiyyə bu
imiş...». O, xəfiyyəni bu cür təsəvvür etmirdi. Odur ki, gözlərinə inana
bilmirdi. Dəqiqləşdirmək üçün:
- Polkovnik Qasımlısınız. Elə deyilmi? - deyə soruşdu.
- Bəli... - Xəfiyyə ani bir baxışla onu və tanımadığı ikinci qonağı
gözdən keçirtdi. - Mənə dedilər ki, sizə lazımam.
- Sizi bir qədər yaşlı təsəvvür edirdim. - ev sahibi təəccübünü
gizlətmədi.
- Nədənsə, hamı belə düşünür...
- Çox sağ olun ki, gəldiniz! Doğrusu, ümidimi üzmüşdüm. -
Məlikxanlı bunu deyib əli ilə Ruslanı göstərdi: - Əvvəlcə, icazə verin, sizi  Ruslan müəllim ilə tanış edim. Ən yaxın dostumdur. Özü də
hüquqşünasdır. Düzdür, indi öz peşəsi ilə yox, sahibkarlıqla məşğuldur, ancaq, hər halda çox bacarıqlı hüquqşünasdır.
- Tanış olmağıma şadam! - Qasımlı qısa və quru cavab verdi.
- Nə içəcəksiniz? - Ev sahibi söhbəti dəyişdi.
- Mümkünsə, qəhvə!

XəyanətWhere stories live. Discover now