Qəribə işdir! - polkovnik başını yırğaladı. - Hansısa bir qızı öyrədib yoldan çıxarmaq olar ki, sadəcə, sizə şər atsın. Bunun üçün onu qorxutmaq da olar, nəsə bir şey boyun olmaq da. Ancaq onu öyrətmək ki, sizə şər ataraq intihar etsin, bax bu qəribədir!
- Hər halda, siz şəxsən mənə inanırsınız? - Məlikxanlı narahatlıqla
soruşdu.
- Əgər sizə inanmalı olmasam... daha çətin bir məsələnin üstündə baş sındırmalı olacam... -Qasımlı müəmmalı cavab verdi.
- Hansı məsələnin?
- O məsələnin ki, - xəfiyyə bir anlıq ara verib Məlikxanlının düz gözlərinin içinə baxdı. - Siz məni bu işə hansı məqsədlə qoşmaq istəyirsiniz?
Ruslan Dadaşov dostu ilə gizlicə baxışdı. Sanki demək istəyirdi ki, görürsünüz, o artıq tələsini hazırlayır... Ancaq tez də üzünü hiyləgər xəfiyyəyə tutdu:
- Sizin fikrinizcə, o qız nə üçün belə bir iş tutub?
- Bəs sizin fikrinizcə? - Qasımlı cavabdan yayındı.
- Şəxsən mənə belə gəlir ki, onu ölüm qorxusu ilə təhdid edib həmin məktubu yazdırıblar. Sonra isə zəhərləyib öldürüblər!
- Mən heç vaxt qabaqcadan öz rəyimi bildirmirəm. - Polkovnik
qaşqabaqlı cavab verdi. Sonra isə üzünü ev sahibinə tutdu:
- Sizə birinci məsləhətim bu ola bilər ki, siz, təcili olaraq yaxşı bir vəkil tutmalısınız!
- Bu asan işdir! - Ruslan yenə söhbətə qarışdı. - Mənim vəkil
dostlarım çoxdur.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...