14

123 9 1
                                    

mərtəbəsindəki mətbəxdə, deyəsən, çay süfrəsi üçün hazırlıq görürdü.Asəf isə darvazaya yaxın saxladığı «BMW» markalı minik maşınının yanında dayanmışdı. O, Məlikxanlının şəxsi sürücüsü olmaqla yanaşı,
həm də cangüdən vəzifəsini yerinə yetirirdi.İri və yaraşıqlı bir ov iti stoldan bir qədər kənarda uzanmışdı. Bu Məlikxanlının sevimli iti Qaplan idi. O, çənəsini quma söykəyib
qəmgin baxışlarla sahibinə göz qoyurdu. Başqa vaxt olsaydı, durub yanına gələr, ayaqlarına şırmanardı. Ancaq indi, sanki sahibinin çox vacib məsələ barədə düşündüyünü başa düşür və onu narahat etmək istəmirdi. Məlikxanlı, doğrudan da özünü çox çıxılmaz bir vəziyyətdə hiss edirdi. O, baş vermiş intihar hadisəsi barədə hələ saat 9-da xəbər tutmuşdu. Respublika prokurorluğundan yaxın bir adamı zəng vurub onu hadisənin bütün təfərrüatı ilə tanış etmişdi. Həmin telefon zəngindən sonra
narahatlıqdan özünə yer tapa bilməmiş, xeyli həyəcan keçirmişdi. Düşünüb bir qərara gələ bilmədiyi üçün, çoxdan tərgitməyinə baxmayaraq, yenidən siqareti siqaretə calamışdı.
Nəhayət, qəti qərara gələrək, arvadını da götürüb dənizkənarı malikanəsinə gəlmişdi. Təcili kömək gözlədiyi iki vacib şəxsə gizlin xəbər göndərib onlarla elə buradaca, saat 12-yə görüş təyin etmişdi. Həyat yoldaşına isə, hələlik, bu barədə heç nə deməmişdi. Gülafət xanım onun ikinci arvadı idi. Birinci arvadı dörd il bundan əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Ondan Zakir adlı bir oğlu da var idi. Zakiri icra hakimiyyəti sistemində işə düzəltmiş, evləndirib, təzə ev almış və oraya köçürtmüşdü. Arvadının ölümündən iki il sonra uşaq həkimi işləyən otuz yaşlı Gülafətlə evlənmişdi.
Gülafət xanım tibb institutuna gec qəbul olunmuş, bütün fikrini oxumağa verdiyi üçün ailə qurmaq haqqında düşünməmişdi. Çox elçiləri geri qaytarmış, çox təklifləri rədd etmişdi. Özündən yaşca böyük, yegan

XəyanətWhere stories live. Discover now